Əsgər İsmayılov (həkim)

Azərbaycan-sovet dövlət xadimi From Wikipedia, the free encyclopedia

Əsgər İsmayılov (həkim)
Remove ads

Əsgər Ələkbər oğlu İsmayılov (1898, Naxçıvan14 mart 1959) — Azərbaycan həkimi və dövlət xadimi, Azərbaycan SSR xalq səhiyyə komissarı və naziri (1941–1947), tibb elmləri namizədi (1935), dosent, Azərbaycan SSR əməkdar həkimi.

Cəld faktlar Azərbaycan SSR səhiyyə naziri, Əvvəlki ...
Remove ads
Remove ads

Həyatı

Əsgər Ələkbər oğlu İsmayılov 1898-ci ildə Naxçıvan şəhərində kəndli ailəsində anadan olmuşdur. 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini bitirdikdən sonra o, fakültə terapiya klinikasının ordinatoru təyin edilmiş, 1929-cu ildən isə həmin klinikanın aspirantı olmuşdur. 1935-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. Həmin vaxtdan Böyük Vətən müharibəsi başlananadək Azərbaycan Dövlət Tibb İnstitutunda işləmiş və eyni zamanda Elmi-Tədqiqat Klinik İnstitutuna rəhbərlik etmişdir.[1]

Əsgər İsmayılov 1941-ci ildən 1947-ci ilədək Azərbaycan SSR xalq səhiyyə komissarı (1946-cı ildən naziri) işləmişdir. Həyatının son illərində Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu terapiya və daxili xəstəliklər prapedevtikası kafedrasında fəaliyyət göstərmiş, kənd əhalisinə tibbi yardım göstərən həkimlər briqadasının rəhbəri olmuşdur.[1]

Əsgər İsmayılov 1920-ci ildən RK(b)P (Sov. İKP) üzvü olmuşdur. "Azərbaycan SSR əməkdar həkimi" fəxri adına layiq görülmüş, "Qırmızı əmək bayrağı", "Qırmızı ulduz" ordenləri və medallarla təltif edilmişdir.[1]

Əsgər İsmayılov 14 mart 1959-cu ildə vəfat etmişdir.[1]

Remove ads

İstinadlar

Loading content...

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads