Azərbaycan SSR əməkdar həkimi
Azərbaycan SSR-də mövcud olmuş fəxri ad From Wikipedia, the free encyclopedia
Remove ads
Azərbaycan SSR əməkdar həkimi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар һәкими) — Azərbaycan SSR-də xalq səhiyyəsi sahəsində fərqlənmiş həkimlərə verilən fəxri ad.
Remove ads
Tarixi və əsasnaməsi
"Azərbaycan SSR əməkdar həkimi" fəxri adı 28 fevral 1940-cı ildə təsis olunmuşdur.[1]
Fəxri adla klinikalarda, xəstəxanalarda, hospitallarda, poliklinikalarda, ambulatoriyalarda, dispanserlərdə, həkim məntəqələrində, doğum evlərində, habelə başqa müalicə-profilaktika və sanitariya idarələrində 15 il (ilk əsasnamədə 10 il[2]) işləmiş və fəaliyyəti zamanı fərqlənmiş, xalq səhiyyəsi və əhaliyə tibb xidməti sahəsində xüsusi xidmətlər göstərmiş bütün ixtisaslardan olan həkimlərə verilirdi.[3]
Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (Azərbaycan SSR Baş Soveti) tərəfindən verilirdi və onu almış şəxslər Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (Azərbaycan SSR Baş Soveti Prezidiumunun Fəxri Fərmanı) ilə təltif olunurdular.[3][2]
Remove ads
İstinadlar
Həmçinin bax
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads