Yuna Kim
From Wikipedia, the free encyclopedia
Yuna Kim (hanqıl: 김연아; 5 sentyabr 1990, Puçxon, Kyonqido vilayəti, Cənubi Koreya)[1][2] — Cənubi Koreyalı fiqurçu. Yuna Kim, 2010-cu ildə Kanadanın ev sahibliyində baş tutan XXI Qış Olimpiya Oyunlarında qızıl medala, 2014-cü ildə Rusiyanın ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında isə gümüş medala sahib olub.[1] O, həm də 2009-cu ildə Los-Ancelesdə və 2013-cü ildə Londonda baş tutan Dünya Çempionatlarının, üç dəfə (2006—2007, 2007—2008 və 2009—2010) ISU Qran-Pri Finalının, 2006-cı ildə gənclər arasında Dünya Çempionatının, 2005-ci ildə gənclər arasında ISU Qran-Pri Finalının və altı dəfə (2003, 2004, 2005, 2006, 2013, 2014) Cənubi Koreya Çempionatının qalibi olub.[2]
Yuna Kim | |||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
hanqıl: 김연아 | |||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Yuna Kim | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Şahzadə Yuna | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Cənubi Koreya | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | (33 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Puçxon, Cənubi Koreya | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Təhsili | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 164 sm. (5 ft 4 in) | ||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Fiqurlu konkisürmə | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
Karyerası ərzində 36 yarışa qatılan Yuna Kim, onların 26-da qızıl medal, 7-də gümüş medal, 3-də isə bürünc medal qazanıb.[2] Yuna Kim, Olimpiya Oyunlarının, Dünya Çempionatının və Qran-Pri Finalının çempionu olmağı bacaran birinci idmançıdır.
Yuna Kim, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarının fevralın 9-da baş tutan açılış mərasimi zamanı Olimpiya məşəlini alovlandırıb.