Remove ads
From Wikipedia, the free encyclopedia
Soçi — Rusiya Federasiyasının Krasnodar diyarında şəhər.
Soçi | |||||
---|---|---|---|---|---|
Сочи Шъачэ | |||||
|
|||||
43°35′07″ şm. e. 39°43′13″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1838 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 65 m, 6 m[3] | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +7 862 | ||||
Poçt indeksi | 354000–354999 | ||||
Digər | |||||
sochiadm.ru | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Soçi — Rusiya Federasiyasının Krasnodar diyarının şəhəri.
Müasir Soçi Krasnodar ölkəsində, Qara dəniz sahillərində kurort şəhəridir. Bu qədim Abaza şəhəri gözəlliyi ilə məşhur olan səfalı Üç Dərə yaylağında yerləşir. 1829-cu ildə Ədirnə sülhü ilə Rusiyaya keçən bu torpaqlar faktiki olaraq 1838-ci ildə Rus dövlətinə daxil olmuş, həmin ildəcə qəsəbəyə Aleksandriysk (rus taxt-tacının vəliəhdi şahzadə Aleksandrın şərəfinə; həmin il onun həddi buluğa- dolması bayram edilirdi) adı verilərək burada rus istehkam-qalası tikilir. O sonra Navaginski keşikçi postu adlanır. Burada kazak hərbi qarovul məntəqəsi yerləşirdi. Kırım müharibəsində Abaza Rusiyanın əlindən çıxsa da, 1864-cü ildə yenidən ələ keçir və Daxovski kazak postu adlanır. Bu şəhər tarixi Abaza torpağında yerləşir və adı yerli xalq olan abazalarla əlaqədardır. Abas~abaz xəzərlərdə və peçeneqlərdə nəsil adı olaraq göstərilir. Müasir abazalar Qaraçay-Çərkəzdə, Kabarda-Balkarda, Adıgöydə və Kislovodskda yaşayan müsəlman əhalinin adı kimi qəbul edilir. Abazalıların müəyyən hissəsi Qafqazın istilasında Türkiyəyə mühacirat etmişlər. "Abazalar müsəlmandır,"-deyə Övliya Çələbi bu yerləri gəzərkən onların etibarlılığı və səbatı haqqında yazmışdır: (türk. kendilerine kafir desek, insanı katl ederler, müselman desek, hoşlanıb severler). Övliya Çələbi abazaların torpaqlarının da dəqiq hüdudlarını göstərir: (türk. Türkiyeden denize girib Gürcüstan sahillerile bir gün üzdükden sonra Gürcüstan bitir, Fişe çayından Abaza diyarı başlar).Onların torpaqları Anapa qalasına kimi uzanıb gedir.
2. Tarix səhifələrində Abaza əsilzadələrinin bu adı nəsəb, soyadı kimi daşıdıqları müşahidə olunur.Osmanlı dövlətinin tarixinin tədqiqçilərindən biri olan alman alimi Hammerin yazdığına görə: 1769-cu il iyulun 17-də Xotin döyüşündə Abaza Mehmet paşa komandir idi.
3. Şəhərin sonrakı yeni adı Soçi də abaza tayfalarından olan Soça adındandır. Soça tayfası həmin limanda yaşayan Kıyı Abaza oymağına daxil idi.
4. Övliya Ata da özünün öz bəyi olan Soça tayfasından, onun əsgəri gücündən söz açır. Həm də Soça və Obur Elburus silsiləsinə daxil olan dağların adıdır. Şəhər həm də Soça çayının üstündə yerləşir. Yaxınlıqdan isə Mamayka, Buzuqa çayları axır. Soçi bağ-bağçalarını əzəmətli şümşad ağacları (rus dilində samşit işlənilir) bəzəyir. Soçi şəhərinin keçmiş Abaza adı tarixi, eləcə də ədəbi-bədii mənbələrdə yad edilir: Mən də cavanlıqda uzun müddət sizin Abazada qoyun otarmışam. (Q.Danilevski."Qaçaqlar Novorossiyada") Bundan başqa Sibirdə Krasnoyar (keç.: Kızıl Yar) diyarında Abakan çayı üzərində də Abaza şəhəri vardır. Bu yaxınlarda əski türk yurdu Soçidə böyük bir Məscidin inşasına başlanılmışdır.
Soçinin Adler rayonunda yerləşir. Krasnaya Polyana yaşayış məntəqəsinin mərkəzidir. Kənd dəniz səviyyəsindən 500 metr yüksəklikdə, sahildən 40 kilometr məsafədə, Mzymta çayının orta axarında yerləşir.[5]
471.334 nəfər
Minaxanım Təkləli, Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.