Eramızdan əvvəl III əsrdən eramızın XIII əsrinə qədər Minusinsk çökəkliyinin cənub hissəsində Yenisey çayının yuxarı sahillərində məskunlaşan qədim türk xalqları From Wikipedia, the free encyclopedia
Yenisey qırğızları (q.türk 𐰶𐰃𐰺𐰴𐰕:𐰉𐰆𐰑𐰣) — Yenisey və Altay hövzələrinin qədim və orta əsr türkdilli əhalisi üçün tarixşünaslıqda qəbul edilən ad[1] (Tyan-Şan qırğızlarından fərqli olaraq).[2] Qədim türk xalqı olan Yenisey qırğızları eramızdan əvvəl III əsrdən eramızın XIII əsrinə qədər Minusinsk çökəkliyinin cənub hissəsində Yenisey çayının yuxarı sahillərində yaşayıblar. Onların vətənlərinin özəyi Monqolustanın şimalında, müasir Tıvada yerləşən meşəlik Tannu-Ola dağ silsiləsi (qədim dövrlərdə Lao və ya Koqmen dağları kimi tanınır) idi. Sayan dağları da müxtəlif dövrlərdə onların ərazisinə daxil olmuşdur. Qırğız xaqanlığı eramızın 550-ci ildən 1219-cu ilə qədər mövcud olub. Xaqanlıq 840-cı ildə Yenisey ərazilərindən Mərkəzi Asiya və Tarım hövzəsinə qədər dövləti genişləndirərək Türk Xaqanlığının rəhbərliyini Uyğur xaqanlığından aldı.
Ümumi sayı | |||
---|---|---|---|
məlum deyil | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Qədim qırğız dili | |||
İrqi | |||
monqoloid | |||
Dini | |||
Daxildir | |||
Türk xalqları | |||
Qohum xalqlar | |||
Tyanşanda yaşayan müasir qırğızlar, Tarbagatay qırğızları, fuyu qırğızları, altaylılar, teleutlar, telengitlər, şorlar, xakaslar, çulumlar, tuvalar |
Son aşkar edilmiş arxeoloji nümunələrinə görə, qırğızların tarixi eramızdan əvvəl 201-ci ildən başlayır. Yenisey qırğızları Çaatas mədəniyyəti ilə bağlıdırlar və bəlkə də Taştik mədəniyyəti ilə də əlaqələri mövcud olub.[3][4][5] Onların endonimi Çin tarixi mətnlərində Jiegu (結骨), Hegu (紇骨), Hegusi (紇扢斯), Hejiasi (紇戛斯), Hugu (護骨), Qigu (契骨), Juvu (居勿) və Xiajiasi (黠戛斯) kimi müxtəlif şəkildə transkripsiya edilmişdir. Lakin ilk dəfə Han dövrü qeydlərində Gekun (və yaxud Ko-kun; (çin.)) və ya Jiankun (və yaxud Chien-kun; (çin.)) kimi rast gəlinir.[6]
Amerikalı tarixçı Piter Qolden *Qïrğïz < *Qïrqïz< *Qïrqïŕ kökünü yenidən qurur və qədim türkcə qïr 'boz' (at rəngi) və -q(X)ŕ/ğ(X)ŕ ~ k(X)z/g(X)z şəkilçisinin törəməsini təklif edir.[7][8]
Tan sülaləsi dövrü səlnaməçisi Duan Çenşi “Youyangdan müxtəlif qəlyanaltılar” əsərində yazırdı ki, qırğız tayfasının (Jiānkūn bùluò 堅昆部落) mifoloji əcdadları “tanrı və inək” (神與牸牛) (Göktürklərdə qırğızlardan fərqli olaraq, mifoloji əcdad dişi qurd Xiongnuçanyunun qızı olan Qaoçe idi) qırğızların yaranma yeri Sayan, ya da Tannu-Ola dağları ilə eyniləşdirilən Kuman dağlarının (曲漫山) şimalındakı mağaradır,[9][10][11] Bundan əlavə, Xin Tangşu Qırğız ordusunun Türk Kögmän (> Ch. Quman) və Kem çayı (> 劍 Jiàn) mənşəli Qingshan 青山 "Mavi Dağlar"ın yanında yerləşdiyini qeyd edir.[12] Eramızın VIII əsrində Göytürk imperiyası süqut edən zaman Yenisey qırğızları Göytürk modeli əsasında öz çiçəklənən dövlətlərini qurmuşdular. Göytürklərin Orxon yazısını mənimsəmiş, Mərkəzi Asiya, Çin və Yaxın ŞərqdəAbbasilər xilafəti ilə ticarət əlaqələri qurmuşlar.
Yenisey Qırğız xaqanlığının qırğız xaqanları məşhur Han sülaləsi sərkərdəsi Li Quanqın nəvəsi olan Çin generalı Li Linqdən törəmələrini iddia edirdilər.[13][14][15] Li Linq Hunlar tərəfindən əsir alınmış və eramızdan əvvəl I əsrdə fərarilik etmişdir.[16][17] Tang Li imperator ailəsi də Li Quanqdan törədiyini iddia etdiyi üçün Qırğız xaqanı bu səbəbdən Tan imperator ailəsinin üzvü kimi tanınmışdı. Tan imperatoru Jongzong onlara demişdi ki, "Sizin və bizim millətiniz eyni əcdad qəbiləsindəndirlər (Zong). Siz başqa əcnəbilər kimi deyilsiniz."[18]
758-ci ildə uyğurlar Qırğız xaqanını öldürdülər və qırğızlar Uyğur xaqanlığının hakimiyyəti altına keçdilər. Bununla belə, Yenisey qırğızları vaxtlarının çoxunu üsyan şəraitində keçirdilər. 840-cı ildə onlar Monqolustanın Orxon vadisindəki uyğurların paytaxtı Ordu-Balıq şəhərini talan etməyə və uyğurları Monqolustandan tamamilə qovmağa müvəffəq oldular.[19][20] 843-cü il fevralın 13-də "Xariciləri öldürün" dağında Tan sülaləsi Uyğur Qağan qüvvələrini dağıdıcı məğlubiyyətə uğratdılar.[18] Lakin Yenisey qırğızları Monqolustanın ağaları kimi uyğurları əvəz etməkdənsə, öz ənənəvi vətənlərində yaşamağa və əsrlər boyu olduğu kimi yaşamağa davam etdilər. Uyğur xaqanlığının məğlubiyyəti və süqutu uyğurların Monqolustandan Turfan, Kumul və Qansuya kütləvi miqrasiyasına səbəb oldu və burada Qarahoca uyğur idıkutluğu və Qansu Uyğur idikutluğu qurdular.
XIII əsrin əvvəllərində Çingiz xan hakimiyyətə gələndə Yenisey qırğızları ona sülh yolu ilə tabe oldular və könüllü şəkildə Monqol imperiyasının tərkibinə daxil olaraq, müstəqil dövlətlərinə son qoydular. Monqol İmperiyası dövründə Şimali Monqolustanda Yenisey qırğızlarının ərazisi Kem-Kemçik adlı kənd təsərrüfatı koloniyasına çevrildi. Yuan sülaləsinin əsasını qoyan Xubilay xan monqol və xan məmurlarını da (müstəmləkəçilərlə birlikdə) Qırğız və Tıva bölgələrinə hakim kimi göndərdi.
Sonralar Yenisey qırğızlarının bir hissəsi cunqarlar tərəfindən Cunqar xanlığına köçürüldü. 1761-ci ildə cunqarlar Tzin sülaləsi tərəfindən məğlub edildikdən sonra, oyrat dilli cunqarların bir tayfası olan Öeletin bir hissəsi Çinin şimal-şərqindəki (Mancuriya) Nonni hövzəsinə sürgün edildi və bir qrup Yenisey qırğızı da Öeletlərlə birlikdə sürgün edildi.[21][22] Çinin şimal-şərqinə köçən qırğızlar Fuyu qırğızları kimi tanınırdılar. Hazırda onlar əsasən monqol və çinlilər tərəfindən asimliasiyaya uğrayıblar.[23][24][25] Onlardan yalnız kiçik bir hissə qalıb.
Bu gün Yenisey qırğızlarının törəmələri qırğız, xakas, fuyu qırğızları və altay xalqlarıdır.
Yenisey qırğızları mədəni və dil baxımından türk idilər. Yang Şaofu və başqalarının 852-ci ildə Anksinin himayədarı general Ge Jiayuna istinad edərək tamamladıqları Xu Huiyao soyundan olan Tang Huiyaoya (961-ci il) görə, qırğızlar əsasən Qafqaz xüsusiyyətlərinə, bəziləri isə Şərqi Asiyalı xüsusiyyətlərinə malik olub.[26] Yenisey qırğızlarının mənşəyi barədə xeyli sayda nəşrlərin çap edilməsinə baxmayaraq, onlar kifayət qədər tədqiq edilmədiyindən qırğızların digər qədim və xüsusilə müasir xalqlarla qohumluq əlaqələri məsələsi açıq qalır. Qədim qırğızların hipotetik nəsilləri uzun müddətdir və tez-tez xakaslar kimi xatırlanır.[27] Xiajiasi (黠戛斯) sözündən sovet alimləri xakas etnonimini yaratmışdırlar.[28] Amerika alimi Edwin G.Pulleyblank hesab edir ki, "qırmızı üz və sarı baş" mənası türkcə qïzïl ~ qizqil, yəni "qırmızı" mənasını verən etnonimi izah edən tərcüməçi tərəfindən verilmiş xalq etimologiyası ola bilər.[29]
Bununla belə, bu haqda başqa fərziyyələrdə mövcuddur. Belə ki, Sibir tarixinin tanınmış mütəxəssisi S.V.Baxruşin 1955-ci ildə Yeniseydəki "Qırğız torpağı"nı təsvir edərək yazırdı: "Adına baxmayaraq, qırğızlar onun əhalisinin yalnız kiçik bir hissəsini təşkil edirdi".[30] Sonrakı araşdırmalar təsdiqləyir ki, “Yenisey qırğızları” və “qırğız torpaqları” terminləri səhvən qırğızları nəzərdə tuta bilər, baxmayaraq ki, əslində söhbət XVII əsrin Qırğız Kıştımlarından gedir, onların formalaşmasında isə Xakas etnik qrupu daha böyük rol oynamışdır.[31]
“Yenisey qırğızları” termini sovet tarixçiləri tərəfindən qədim xalqa (yəni Yenisey qırğızlarını) qədim türk “qırğız” etnonimini özündə saxlayan müasir qırğızları ayırd etmək üçün verilmişdir.
Əsasən Qırğızıstanda nəşr olunan bəzi nəşrlərdə və ədəbiyyatda “Yenisey qırğızı” ifadəsi əvəzinə “bayırkı qırğızları”, tərcümədə “qədim qırğız” ifadəsi işlədilir.
Hazırda Yenisey qırğızlarının Asiyanın müasir xalqları ilə əlaqəsini sübut edən sübutlar əlavə tədqiqatlara ehtiyac duyur. Bununla belə, Yenisey qırğızlarının dili - qədim qırğız - qırğız alt qrupunun müasir dillərinin əcdadı hesab olunur: fuyu-qırğız (Mançuriyada kiçik bir qrup), çulım, xakas, şor, sarıq, Cənubi Altay dilləri. XI əsrin ikinci yarısında fuyu qırğızlarının təcrid olunması və köçü Sarıq-Yuğur təcridinə təsadüf edir. Fuyular xakaslarla qohumdurlar və hazırda Çində Qansu əyalətində yaşayırlar. Onlar bu ərazilərdə Qırğız xaqanlığının süqutundan sonra peyda olublar. Beləliklə, fuyular Yenisey qırğızlarının yeganə sübut olunmuş müasir qohumlarıdır. Bununla belə, antik və orta əsrlər dövrlərində Yenisey qırğızlarının Yeniseydən Tyanşana çoxmərhələli köçü haqqında fərziyyə irəli sürən Aleksandr Bernştamın nöqteyi-nəzəri hələ də aktualdır.[32] Bu fərziyə Yenisey qırğızları ilə müasir qırğızların birbaşa qohum olması deməkdir. Qırğızıstanın Koçkor və Talas vadilərində tapılmış qədim türk rünləri ilə Orxon-Yenisey ədəbi dilində yazılmış mətnlər VIII əsrin ikinci yarısına aiddir ki, bu da Yenisey qırğızlarının Yeddisuya erkən köçü dövrünə təsadüf edir. Yenisey qırğızlarının özlərinin kimliyi, yəni XVII əsrdə Rusiyanın Yenisey üzərində hücumuna müqavimət göstərən qədim qırğızların Yenisey qırğızları ilə əlaqəsi hələ də açıq qalır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.