From Wikipedia, the free encyclopedia
Qaoçan Uyğur idikutluğu — İndiki Sintzyan Uyğur muxtar vilayəti ərazisində mövcud olmuş dövlət.
İdikut dövləti tarix səhnəsinə ilk dəfə Uyğur xaqanlığının devrilməsindən sonra, 843-cü ildə çıxmışdı. Məngli yabqu başçılığında hərəkət edən uyğurlar Qaraşəhər və Qaraxocanı ələ keçirib öz dövlətini qurdu. Dövlət 857-ci ildə Tan sülaləsi tərəfindən tanınmışdı.Kutadqu Bilik (福樂智慧) kitabı bu dövlətdə yazılmışdır.
Uyğur adı | Çin adı | Hakimiyyəti | Məlumat |
---|---|---|---|
Bilgə Gün | 僕固俊 | 864–874 | Tibetlilərin köməyi ilə Qaraxocanı işğal etmişdi |
İllig Bilgə Tenqri | 頡利·毗伽·天王 | ?-954 | |
Arslan Bilgə Tenqri İllig Süngülüg xaqan | 阿兒思蘭·毗伽·天王·孫古律可汗 | 981–984 | Sun sülaləsi tərəfindən rəsmən tanınmışdı. |
Bögü Bilgə Tenqri İllig | 聖·毗伽·王天 | 996–1007 | |
Alp Arslan Qutluq Bilgə Gül Tenqri xan | 合·阿兒思蘭·骨咄祿·闕·毗伽·天汗 | 1007–1019/1024 | |
Gül Bilgə Tenqri xan | 闕·毗伽·王汗 | 1024–1068 | |
Tenqri Bögü El Bilgə Arslan Tenqri Uyğur Tarxan | 天聖國·毗伽·阿兒思蘭·天·回鶻·答兒罕 | 1068–1123 | |
Bilgə xan | 畢勒哥 | 1123–1130 | Onun dövründə idikutluq Qarakitayların vassalı oldu. |
Ər Teymur | 月兒帖木儿 | ?-1208 | |
Baurçuq Ər Tigin | 巴而朮·阿而忒·的斤 | 1208–1242 | Çingiz xanın qızı Altınbəyim ilə evlənərək Monqol imperiyasının 5-ci ulusun hökmdarı olmuşdu.[1] |
Kesmez | 怯失迷思 | 1242–1246 | Çingiz xanın nəvəsi idi. Hakimiyyəti az oldu, yerinə qardaşı Salıntı tigin keçdi. |
Salıntı tigin | 萨仑·的斤 | 1246–1252 | Çingiz xanın nəvəsi idi. |
Oğrunç tigin | 玉古伦赤·的斤 | 1252–1257 | Çingiz xanın nəvəsi idi. |
Mamuraq tigin | 马木剌·的斤 | 1257–1265 | Oğrunç tiginin oğlu idi. Möngke xaqanın Çinə yürüşündə 10.000 əsgərlə qoşulmuşdu. |
Qoşqar tigin | 火赤哈儿·的斤 | 1265–1280 | Mamuraq tiginin oğlu idi. Xubilayın tərəfində olduğu üçün Çağatayların hücumuna məruz qalmışdı. Döyüşdə öldürülmüşdür. |
Nəgril tigin | 紐林·的斤 | 1280–1318 | Torpaqları Duva xan tərəfindən işğal olunduğu üçün Yuana sığınmışdı. Paytaxtını Qansuya köçürməyə məcbur qaldı.[2] Bununla da Qaraxocada buddist uyğur hakimiyyəti sonlandı. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.