From Wikipedia, the free encyclopedia
Qaraxitaylar (Çincə: 西遼 pinyin: xī liáo; mənası: Qərbi Liao, 黑契丹 hēi qìdān; mənası Qara Kitan, Monqolca: Хар Хятад; Kara Kitad, Farsca: قرا ختاى Qarā Khitā'ī; 1125–1211), Orta Asiyada Kidanlar tərəfindən qurulan Monqol/Türk dövləti. Paytaxtı Balasaqun idi.
Tarixi dövlət | |
Qaraxitaylar dövləti | |
---|---|
|
|
|
|
Paytaxt | Balasaqun |
Dövlət dini |
Bütpərəstlik Xristianlıq |
Ərazisi | 1210-cu ildə 2.500.000 km² |
İdarəetmə forması | Monarxiya |
Xan | |
• 1124-1144 | Yelü Dashi |
• 1211-1218 | Küçlüğ |
Vikianbarda əlaqəli mediafayllar |
1125-ci ildə Cürçenlərin qurduğu Cin sülaləsi tərəfindən dağıdılan Liao sülaləsinin son üzvü Yelü Daşi tərəfindən qurulmuşdur. O 1087-ci ildə doğulmuşdu və sülalənin daha az önəmli olan bir qolundan gəlirdi.
1132-ci ildə Balasaqun hakimi Qaraxani sülaləsindən II İbrahimə köməyə gedən Yelü Daşi Balasaqunu işğal edərək Qaraxaniləri Qaşqar şəhərinə qovdu.Ona Qaraxani ordusunda xidmət edən 16.000 kidan əsgəri də qoşuldu. Məhz həmin il Yelü özünə Gurxan titulunu götürdü. Həyat yoldaşı Çonqde isə imperatriça elan olundu. Ölümündən sonra digər həyat yoldaşı Tabuyan taxtı ələ keçirərək özünü imperatriça elan etmişdi.
İlk dəfə Qara Kitaylar dövründə əsgərlərə maaş verilməsi prosesi başlamışdı. Qarakitaylar artıq Mərkəzi Asiyaya köçsə belə Çin adətlərini saxlayırdılar. İmperiyada əsas dil Kidan dili və Çin dili olmağına baxmayaraq Fars və Uyğur dilləri də istifadə olunurdu.[1]
İmperiyada əsas imperator sülaləsi Yelü sülaləsi olduğu kimi, əsas xatunlar da Hsiao sülaləsindən çıxırdı.Hsiao Tabuyan 1144-cü ildə özünü imperatriça elan etmişdi. İmperiya vətəndaş müharibəsindən yorğun düşdüyü üçün asanlıqla Kuçluq xanın əlinə keçdi və daha sonra da Çingiz xan tərəfinən işğal olundu.Yelü sülaləsindən Büraq Hacib daha sonra Kirmana köçərək burada öz dövlətini qurdu.
Monqolustan tarixi | |
---|---|
Bu məqalələr ölkə seriyasındandır | |
Qədim tarix | |
Böyük Hun İmperiyası | |
Xianbei dövləti | |
Jujan xaqanlığı | |
Göytürk xaqanlığı | |
Uyğur xaqanlığı | |
Orta əsrlər | |
Yenisey qırğızları | |
Kidan | |
Xamaq Monqol | |
Böyük Monqol imperiyası | |
Yuan | |
Şimali Yuan | |
Monqolustan Tzin sülaləsinin tərkibində | |
Müasir tarix | |
Monqolustan Xalq Respublikası | |
Monqolustan | |
Monqolustan portalı |
Məbəd adı | Ölümündən sonrakı ad | Çincə soyadı və adı | Hakimiyyəti | Era adı |
---|---|---|---|---|
Deçonq (德宗 Dézōng) | Tianyouwuliedi (天祐武烈帝 Tiānyòuwǔlièdì) | Yelü Daşi | 1124–1144 | Yankin (延慶 Yánqìng) 1124 və 1125–1134 Kanqquo (康國 Kāngguó) 1134–1144 |
Yoxdur | Qantianhu (感天后 Gǎntiānhòu) | Tabuyan (塔不煙 Tǎbùyān) | 1144–1150 | Hsiankin (咸清 Xiánqīng) 1144–1150 |
Rençonq (仁宗 Rénzōng) | İstifadə olunmayıb | Yelü Yili (耶律夷列 Yēlǜ Yíliè) | 1150–1164 | Şaosinq (紹興 Shàoxīng) 1150–1164 |
Yoxdur | Çenqtianhu (承天后 Chéngtiānhòu) | Yelü Pusuan (耶律普速完 Yēlǜ Pǔsùwán) | 1164–1178 | Çonqu (崇福 Chóngfú) 1164–1178 |
Yoxdur | Moçu (末主 Mòzhǔ) ya da Modi (末帝 Mòdì) | Yelü Çiluqu (耶律直魯古 Yēlǜ Zhílǔgǔ) | 1178–1211 | Tianhsi (天禧 Tiānxī) 1178–1211 |
Yoxdur | Yoxdur | Küçlük (屈出律 Qūchūlǜ) | 1211–1218 | Yoxdur |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.