dövlət başçısı postunun bir ailə üzvləri tərəfindən irsən alındığı hökumət sistemi From Wikipedia, the free encyclopedia
Monarxiya (lat. monarchia q.yun. μοναρχία — təkhakimiyyətlilik) — Ali hakimiyyətin vətəndaşların iradəsindən asılı olmayaraq tam və ya qismən bir mütləq dövlət başçısının (imperator, kral, sultan, padşah, şah, xan və s.) əlində cəmləşdiyi idarəetmə forması.
Dövlət idarəetmə formaları |
---|
|
Adətən, monarxın hakimiyyəti ömürlükdür və nəsildən-nəsilə ötürülür. Lakin Malaziya və Birləşmiş Ərəb Əmirliklərində monarx 5 il müddətində seçilir. 2011-ci ildə dünya siyasi xəritəsində 44 monarxiya var idi: 14-ü Asiyada, 12-si Avropada, 3-ü Afrikada, 1-i Okeaniyada. Onların arasında bir imperiya, krallıqlar, knyazlıqlar, hersoqluqlar, sultanlıqlar, əmirliklər, papa şəhər-dövləti olan Vatikan var.
İqtidar sayı | Legitim | İllegitim |
Tək başına | Monarxiya | Tiraniya |
Qrupun iqtidarı | Aristokratiya | Oliqarxiya |
Çoxluğun iqtidarı | Politiya | Demokratiya |
Monarxiya çox uzun müddət yer üzündə hakim olan idarəçilik forması olmuşdur. Mütləq monarxiyalar da hələ ki var — Səudiyyə Ərəbistanı, Bruney və s. Burada xalqın azad iradəsi nəticəsində formalaşmış qurumlar mövcud deyil və dövlət suverenliyinin yeganə daşıyıcısı monarxdır. Mövcud olan monarxiyaların əksəriyyəti konstitusiya tipli monarxiyadır. Burada monarxla yanaşı onun hakimiyyətini məhdudlaşdıran digər ali dövlət orqanları da suverenitetin daşıyıcısı olaraq çıxış edirlər — Böyük Britaniya, Yaponiya, İspaniya, Belçika, İsveç, Norveç və s. Bu cür ölkələrdə monarxiya həqiqətdə parlament demokratiyasıdır.
Hazırda Avropada heç bir mütləq monarxiyalı dövlət yoxdur. Avropa dövlətləri arasında ilk dəfə İngiltərə 1689-cu ildə mütləq monarxiyadan konstitusiyalı monarxiyaya keçmişdir. Mütləq monarxiya despotizmlə qarışdırılmamalıdır. Monteskyonun bildirdiyi kimi “monarxiya tək bir şəxsin, lakin əvvəlcədən təsbit olunmuş qanunlara görə idarə etdiyi bir hökumətdir”. Halbuki despotizmdə qayda və qanunlara əməl etməyən biri hər şeyi öz iradəsi ilə həll edir.
Bu idarəçilik formasında hakimiyyət bölgüsü adətən “yarımçıq” olur. Qanunların parlament tərəfindən qəbul edilməsinə baxmayaraq, monarx mütləq veto hüququna malikdir, yəni o, təsdiq etməzsə, qanun qüvvəyə minə bilməz. Bundan əlavə monarx, adətən, qanun və hətta qanundan yüksək qüvvəyə malik olan fövqəladə fərmanlar verə, başlıcası isə, faktiki olaraq dualist monarxiyanı mütləq monarxiya ilə əvəz etməklə parlamenti buraxa bilər. Məsələn, İordaniyada 1974-cü ildə parlament buraxıldıqdan sonra növbəti parlament seçkiləri 1989-cu ildə keçirilmişdir. Əgər hökumət varsa, o, öz fəaliyyətinə görə parlament qarşısında deyil, yalnız monarx qarşısında məsuliyyət daşıyır.
Konstitusiyalı monarxiya quruluşlu dövlətlər: Aruba, Avstraliya, Barbados, Belçika, Böyük Britaniya, Butan, Danimarka, İordaniya, İspaniya, İsveç, Kamboca, Kanada, Küveyt, Lesoto, Lixtenşteyn, Lüksemburq, Malayziya, Mərakeş, Monako, Niderland, Norveç, Tailand, Yaponiya, Yeni Zelandiya.
Monarx
Monarx (yun. μόναρχος — yun. μόνος, "tək" və yun. αρχός, "hökmdar" — mütləq hökmdar) — monarxiya quruluşu mövcud olan dövlətlərdə vərasət, yaxud seçki (nadir hallarda) yolu ilə seçilən dövlət başçısı (çar, imperator, kral, sezar, kayzer, firon, knyaz, şahzadə, hersoq, taqavor, ekzarx, nequs, şah, sultan, əmir, xəlifə, xan, malik, bəy, vəzir, puştun və s.). [1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.