Tannu-Ola
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Tannu-Ola (tıva Таңды-Уула) — Cənubi Sibirdə, Tıvanın cənubunda yerləşən dağ sistemi. Şərq və qərb olmaqla iki hissədən ibarətdir[2]. Silsilə şərqdən qərbə, Monqolustan sərhədi boyunca uzanır. Orta hündürlüyü 2500–2700 m-dir[3]. Uzunluğu təqribən 300 km-dir.
Əbədi qarla örtülü dağları yoxdur. Şimal yamacları Yenisey üçün xarakderik olan sidr tayqa meşələri ilə örtülmüşdür. Cənub yamaclarında çöllər üstünlük təşkil edir. Tannu-Olanın qərb ucu Altay dağlarına bitişikdir. Silsilədən axan çaylar əhəmiyyətsizdir.
Geoloji süxurları: mişar daşı, şist, konqlomerat, effuziv çöküntü süxurları və qranitlər (Şərqi Tannu-Ola) ilə təmsil olunur. Daha əvvəllər dağlarda kobalt çıxarılırdı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.