From Wikipedia, the free encyclopedia
Yaponiyada protestantlıq xristianlığın ən az yayılmış cərəyanlarından biridir.[1] Yaponiyadakı protestant məzhəblər və təşkilatlar Yaponiya Xristian Kilsələri Assosiasiyasının ikinci dərəcəli komitəsi olan Yaponiya Milli Xristianlıq Şurasında iştirak edirlər.[2] Hazırda Yaponiyada 300-ə yaxın protestant qrup fəaliyyət göstərir.[3]
Yaponiyanın protestantlıq ilə ilk tanışlığı XIX əsrdə baş verib.[1] 1837-ci ildə Yaponiya ilə ticarət etməyə cəhd edən, lakin uğursuz olan ABŞ-yə məxsus Morrison gəmisinin göyərtəsində protestant missionerlər var idi.[1] 1846-cı ildə Bernard Bettelheym Okinavanın Naha şəhərində missionerliyə başlamış və buradakı ilk protestant missioner olmuşdur.[1]
1858-ci ildə ABŞ-la imzalanan Harris müqaviləsi ölkələr arasında dini əlaqələrin qurulmasına gətirib çıxarmışdır.[1] Nəticədə, 1859-cu ildə Yaponiyaya ilk amerikalı protestant missionerlər gəlmişdirlər.[1] Onların arasında episkopalian M.Vilyams, holland islahatçı missionerlər Quido Verbek və Samuel Braun, presbiterian Ceyms Körtis Hepbörn və baptist Conatan Qobl var idi.[1] İlk 10 il ərzində Yaponiya protestantlıq 4 məzhəblə təmsil olunmuşdur: Holland İslahat Kilsəsi, Anqlikan-Episkopal Kilsəsi, Presbiterian Kilsəsi və Amerika Baptizm Azad Missiya Cəmiyyəti.[2] Bu dövrdə protestantlıq Yaponiyada çox az sürətlə yayılırdı: 1872-ci ilə kimi cəmi 5 yapon baptizmi qəbul etmişdi.[2] Protestant missionerlər ancaq Naqasaki və Yokohamada fəaliyyət göstərirdilər.[3] Buna səbəb Yaponiyada Bibliyanı təbliğ etməyin qadağan olması və ABŞ Vətəndaş müharibəsi idi.[1] 1870-ci ilə kimi Yaponiyada cəmi 15 protestant missioner fəaliyyət göstərirdi.[1] 1860-cı illərdə protestantlığa keçən yaponların arasında ən məşhuru Niicima Co idi.[1] O, 1875-ci ildə ABŞ-dən qayıtdıqdan sonra Kioto şəhərində Doşişa İngilis Məktəbini qurmuşdur.[1] Bu dövrdə protestantlığı qəbul edən azsaylı yaponlar əsasən yapon dili müəllimləri, missioner xidmətçiləri və tələbələr idi.[1]
1870–80-ci illərdə Yaponiyada protestantlığı qəbul edənlərin sayı xeyli artmış, əsasən ABŞ-dən gələn protestant nümayəndələrin təsiri böyümüşdür.[2] 1872-ci ildə protestantlığa keçən yaponlar tərəfindən "Yokohama bandası" adlı qrup təşkil olunmuşdur.[1] Bu qrupa Yokohamada ilk protestant kilsəsini tikdirmişdir.[1] Qrupa Uemura Masahisa, İbura Kacinosuke, Honda Yoiçi kimi yaponlar daxil idi.[1] 1870-ci illərdə Yaponiyanın Şizuoka, Hirosaki, Niiqata, Osaka, Kumamoto və Sapporo şəhərlərində, eləcə də, Tokionun Tsukici, Şiba və Koişikava bölgələrində protestant bandalar təşkil edilmişdir.[1] Bunların içərisində Kumamoto bandası 1876-cı ilin yanvarında 35 tələbənin iştirakı ilə qurulmuşdur[2] və Kozaki Hiromiçi, Ebina Danco, Yokoi Tokio kimi üzvləri gələcəkdə Konqressionalist kilsəsinin liderlərinə çevrilmişdirlər.[1] Qeyri-kilsə hərəkatının (Mukyoday) qurucusu olan Uçimaro Kanzo Sapporo bandasının üzvü idi.[1]
1878-ci ildə Yaponiya hökuməti xristianlıqla bağlı bütün məhdudiyyətləri ləğv etmişdir.[3] Protestant kilsələri xristianlığı yaymaq üçün təhsilə diqqət ayırmağa başlamış və missioner müəllimlər cəlb etmişdirlər.[1] Kiotoda Doşişa Universitetinin (konqressionalist), Tokioda isə Aoyama Qakuin Universitetinin (metodist), Meyci Qakuin Universitetinin (presbiterian / reformist) və Rikkyo Universitetinin (anqlikan) əsası qoyulmuşdur.[1] Yokohamada Ferris məktəbi (reformist), Tokioda isə Toyo məktəbi (metodist) kimi qız məktəbləri qurulmuşdur.[1]
Meyci dövründə protestantlığa keçənlərin çoxu keçmiş samuraylar idi və xristianlıq nəzəriyyəsi onlara etik, biblioji və qeyri-teoloji xarakteristikalarla təqdim olunurdu.[2] Missioner müəllimlər yeni və ali sivilizasiyaların təmsilçiləri kimi qəbul edilirdi və xristianlıq dini Qərb dünyası ilə əlaqələndirilirdi.[2]
XX əsrdən etibarən yapon protestant missionerlər Mancuriya, Koreya, Tayvan, Sinqapur və Şimali Amerikada da fəaliyyət göstərməyə başlamışdır.[1] 1922-ci ildə Yaponiyada Milli Xristianlıq Şurası qurulmuşdur.[1] Bu şura əsasən protestant təşkilatları və institutları əhatə etmişdir.[1] 1930-cu illərdə Yaponiyadakı protestantların sayı 300 mini keçmişdir.[1] Həmin dövrdə Toyohiko Kaqava Qərb dünyasında ən çox tanınan yapon protestant hesab olunurdu.[1]
Koreyanın Yaponiya işğalı altında olduğu ilk 10 illiyin sonunda – 1914-cü ildə Koreyada əhalinin cəmi 1,1 %-i (196 min) protestant idi.[1] Koreyanın Yaponiya işğalı altında olduğu son il olan 1945-ci ildə isə bu rəqəb 3 %-ə (740 min) qalxmışdır.[1]
1931–45-ci illər Yaponiyadakı protestantlar üçün çətin dövr hesab olunur.[1] Çünki bu dövrdə Yaponiyada militarist, milliyyətçi və totalitarist hökumət qurulmuş, bir çox xarici mənşəli dinə təzyiqlər edilməyə başlanmışdır.[1] Prostestantlar hökumət tərəfindən şintoizm mərasimlərində iştirak etməyə məcbur edilmişdir.[1] 1940-cı ildə hökumətin bütün protestant məzhəblərini tək kilsə altında birləşdirmək istədiyi məlum olmuşdur.[1] 1941-ci ilin dekabrında birləşmiş Protestant kilsəsi hökumət tərəfindən tanınmışdır.[1] Yaponiyadakı protestant məzhəblər içərisində sadəcə Anqlikan kilsəsi, Yeddinci günün adventistləri, eləcə də, Müqəddəslik hərəkatı üzvləri bu kilsəyə daxil olmaqdan imtina etmişdir və buna görə dini təşkilat statunu itirmişdir.[1] Sakit okean müharibəsi zamanı bir çox protestant təqib edilmiş və həbs olunmuşdur.[1]
İkinci dünya müharibəsində Yaponiyanın məğlub olmasından sonra bir çox məzhəb Protestant kilsəsini tərk edərək öz kilsələrini qurmuşdur.[1] Müharibədən sonrakı dövrdə Yaponiyaya 2500-dən çox qərbli missioner gəlmişdir.[3] Onların çoxu ABŞ-dəki yüzlərlə kiçik evanqelist kilsənin təmsilçiləridirlər.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.