Toyohiko Kaqava (賀川 豊彦?, 10 iyul 1888[1][2][…], Kobe23 aprel 1960[1][2][…]) – yapon sosial islahatçı və evangelist.[3] O, 1930-cu illərdə Qərb dünyası tərəfindən ən məşhur yapon protestant hesab olunurdu.[3] Tanrı krallığı və Milyon ruhun xilası hərəkatlarında vacib rol oynamış, İkinci dünya müharibəsindən sonra isə Dünya federasiyası hərəkatında iştirak etmişdir.[4]

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Toyohiko Kaqava
yap. 賀川豊彦
Thumb
Doğum tarixi 10 iyul 1888(1888-07-10)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 23 aprel 1960(1960-04-23)[1][2][…] (71 yaşında)
Fəaliyyəti yazıçı, pastor[d], iqtisadçı, sindikatçı[d], siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Pasifizm tərəfdarı olması, Yaponiyada yoxsullara göstərdiyi dəstəyi, dini və iqtisadi əsərlərinə görə ABŞ mediası onu "Yaponiyanın Qandisi", "Yaponiyanın Şveytseri" və "Yaponiyanın Müqəddəs Frensisi" adlandırırdı.[3]

Həyatı

Kaqava 1888-ci ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur.[3] Yeniyetmə ikən Cənubi presbiterian missionerlər Çarlz LoqanHerri Mayers tərəfindən xristianlıqla tanış olmuşdur.[3] Tokuşima prefekturasında orta məktəbdə oxuyarkən vəftiz olunmuşdur.[5] İki il boyunca ABŞ-dakı Prinseton Dini Seminariyasında təhsil almış, 1917-ci ildə Yaponiyaya qayıtmışdır.[5]

Kaqava 21 yaşında ikən Kobe şəhərinin gecəqondularında yaşamağa, küçələrdə vəz verməyə başlamış, öz kvartalını evsizlər üçün sığınacağa çevirmişdir.[3] Yoxsullar üçün məktəblər, xəstəxanalar, yetimxanalar qurmuşdur.[3] İlk kitabı "Yoxsul psixologiyasının tədqiqi" (1915) kitabı onun gecəqondulardakı təcrübələrinə əsaslanır.[3] 1920-ci ildə yazdığı "Ölüm xəttini keçmək" adlı avtobioqrafik romanından əldə etdiyi gəlir sayəsində sosial proqramlar təşkil etmişdir.[3] Kaqava Yaponiya Sosialist Partiyasının qurucu üzvlərindən biri olmuşdur.[3] Əmək hərəkatındakı aktiv fəaliyyətinə görə 1921-ci ildə həbs olunmuşdu.[4] Daha sonra diqqətini fermer hərəkatına yönəltmiş, kənd təsərrüfatı kooperativlərinin qurulmasında iştirak etmişdir.[4]

Kaqava ABŞ və Avropa turları çərçivəsində 1 milyondan çox insana xitab etmiş, İncilin sosial və iqtisadi islahata ehtiyacı olduğunu demişdir.[3] Onun "Qardaşlıq iqtisadiyyatı" konsepsiyası dünya iqtisadiyyatının kapitalizmdən çox, əməkdaşlığa söykənməsini müdafiə edirdi.[3] Xüsusilə, liberal protestantlar arasında populyar olan Kaqava 1936-cı ildə Roçester Dini Seminariyasında Rauşenbuş mühazirələrini vermişdir.[3] Protestant missioner Vilyam Akslinqin Kaqava haqqında 1932-ci ildə yazdığı bioqrafiya onun bu cür yerlərə çağrılmasının yolunu açmışdır.[3]

İkinci dünya müharibəsindən əvvək ABŞ-lı missioner Stenli Cons və digər protestantlarla əməkdaşlıq edərək müharibənin qarşısını almağa çalışmışdır.[3] İkinci dünya müharibəsindən sonra dünya sülhü üçün çalışmışdır.[3] 1960-cı ildə ölmüşdür.[3]

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.