From Wikipedia, the free encyclopedia
Vətəndaş müharibəsi eyni dövlət (və ya ölkə ) daxilində mütəşəkkil qruplar arasında olan müharibədir. Bir tərəfin məqsədi ölkəyə və ya bölgəyə nəzarəti ələ keçirmək, bir bölgə üçün müstəqilliyə nail olmaq və hökumət siyasətini dəyişdirmək və ya devirmək ola bilər. Bu termin eramızdan əvvəl 1-ci əsrdə Roma Respublikasının müxtəlif vətəndaş müharibələrinə istinad etmək üçün istifadə edilən kalka lat. bellum civile sözündəndir.
Müharibə |
Hərbi tarix |
Müharibə dövrləri |
Ən qədim tarix müharibələri · Qədim dövr müharibələri Orta əsr müharibələri · Barıt müharibələri Sənaye müharibələri · Müasir müharibələr |
Döyüş meydanları |
Hava döyüşləri · İnformasiya müharibələri Quru qoşun döyüşləri · Dəniz müharibələri Kosmos müharibələri · Hərbi itkilər · |
Silahlar |
Zirehli maşınlar · Artilleriya Bioloji silahlar · Süvari qoşunları Kimyəvi silahlar · Elektron silahlar Piyada · Nüvə silahı Psixoloji silah |
Hərbi taktika |
Gücdən salma taktikası · Partizan müharibəsi |
Hərbi strategiya |
Silahlı Qüvvələrin strukturu |
Silahlı Qüvvələrin strukturu · Hərbi rütbə |
Hərbi logistika |
Hərbi avadanlıq · Materiallar |
Digər |
Müharibə cinayətləri · Soyuq müharibə (dəqiqləşdirmə) |
Hərbi siyahılar |
Döyüşlərin siyahısı · Komandanların siyahısı Hərbi əməliyyatların siyahısı · Mühasirə siyahısı Hərbi nəzəriyyəçilərin siyahısı · Müharibələrin siyahısı Hərbi cinayətlərin siyahısı · Silahların siyahısı Hərbi yazıçıların siyahısı |
Müasir vətəndaş müharibələrinin əksəriyyəti kənar qüvvələrin müdaxiləsi nəticəsində baş verir. Amerikalı professor, politoloq Patrik M. Reqan "Vətəndaş müharibələri və xarici güclər" (2000) kitabında qeyd etmişdir ki, İkinci Dünya Müharibəsinin sonu ilə 2000-ci il arasında 138 dövlətdaxili münaqişənin təxminən üçdə ikisi beynəlxalq müdaxilə ilə həyata keçirilib. Vətəndaş müharibələri çoxlu sayda insan itkisi və əhəmiyyətli resursların istehlakı ilə nəticələnə bilər.
20-ci əsrin birinci yarısında eyni vaxtda beşdən çox vətəndaş müharibəsi baş vermədiyi halda Soyuq Müharibənin sonuna yaxın 20-dən çox eyni vaxtda vətəndaş müharibəsi baş verdi. 1945-ci ildən bəri vətəndaş müharibələri 25 milyondan çox insanın ölümü, milyonlarla insanın məcburi köçkünə çevrilməsi ilə nəticələnib. Vətəndaş müharibələri çox vaxt iqtisadi çöküşlə nəticələnir.
Stanford Universitetinin vətəndaş müharibələri üzrə mütəxəssisi Ceyms Firon vətəndaş müharibəsini "mərkəzdə və ya regionda hakimiyyəti ələ keçirmək və ya hökumətin siyasətini dəyişdirmək məqsədi daşıyan mütəşəkkil qruplar arasında ölkə daxili şiddətli münaqişə" kimi tərif edir. Digər alimlər vətəndaş müharibəsini "hərbi əməliyyatların başlanğıcında ümumi hakimiyyətə tabe olan tərəflər arasında tanınmış suveren qurumun sərhədləri daxilində gedən silahlı döyüş" kimi tərif edir.[1] Vətəndaş iğtişaşının vətəndaş müharibəsinə çevrilməsinin intensivliyi alimlər tərəfindən mübahisələndirilir. Bəzi politoloqlar vətəndaş müharibəsini 1000-dən çox itki kimi təyin edir, digərləri isə hər tərəfdən ən azı 100 nəfərin olması lazım olduğunu bildirir. Münaqişə alimlərinin ümumi gəldikləri fikrə görə, onlar vətəndaş müharibələrini ildə 1000-dən çox münaqişə qurbanlarının olması ilə təsnif edirlər. Bu nisbət, məsələn, İkinci Sudan Vətəndaş Müharibəsində və Kamboca Vətəndaş Müharibəsində öldürülən milyonların kiçik bir hissəsidir, lakin Şimali İrlandiya münaqişəsi və Afrika Milli Konqresinin Cənubi Afrika Respublikasında Aparteid dövründəki mübarizəsi kimi bir neçə böyük münaqişələri istisna edir.[2]
İldə 1000 itki meyarına əsasən, 1816-cı ildən 1997-ci ilə qədər 213 vətəndaş müharibəsi olub, onlardan 104-ü 1944-cü ildən 1997-ci ilə qədər baş verib.[3]
Cenevrə Konvensiyalarında “vətəndaş müharibəsi” termini konkret olaraq müəyyən edilmir; lakin "beynəlxalq xarakter daşımayan silahlı münaqişədə" tərəflərin öhdəliklərini təsvir edir. Bura vətəndaş müharibələri daxildir, amma Konvensiyaların mətnində vətəndaş müharibəsinin konkret tərifi verilmir.
Buna baxmayaraq, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Cenevrə Konvensiyalarına şərhləri vasitəsilə müəyyən aydınlıq gətirməyə çalışmışdır. Müvafiq olaraq, şərhlərdə Cenevrə Konvensiyasının müxtəlif şərtləri nəzərdə tutulur; şərhdə isə qeyd edilir ki, bunlar sərt şərtlər kimi şərh edilməməlidir. BQXK- nın öz şərhində sadaladığı şərtlər aşağıdakılardır: [4]
b) üsyançıları yalnız bu Konvensiyaya görə döyüşən tərəf kimi tanıdığını; və ya
(c) münaqişə beynəlxalq sülhə təhlükə yaradarsa sülhün pozulması və ya təcavüz aktı kimi Təhlükəsizlik Şurasının və ya Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının gündəliyinə qəbul edilməsi.
(b) qiyamçı tərəfin milli ərazinin müəyyən bir hissəsində əhali üzərində faktiki hakimiyyətinin olması.
(c) silahlı dəstələrin mütəşəkkil bir hakimiyyətin rəhbərliyi altında hərəkət etməsi və müharibə qanunlarına riayət etməyə hazır olması.
(d) üsyan edən tərəfin Konvensiyanın müddəalarına əməl etməyə razı olması.
Vətəndaş müharibələri barədə 2017-ci il tədqiqatlarına görə üç əsas səbəb göstərilir: fərdlərin öz mənfəətlərini maksimuma çatdırmaq istəyinə əsaslanan tamah əsaslı səbəblər, sosial-iqtisadi və ya siyasi vəziyyətə cavab olaraq münaqişəyə əsaslanan şikayətə əsaslanan səbəblər və ədalətsizlik və zorakı səfərbərliyi aradan qaldırmağa yönəlmiş imkanlara əsaslanan səbəblər. Tədqiqata görə, vətəndaş müharibəsinin başlamasının ən ətraflı izahı Ceyms Firon və David Laitinin 2003-cü ildə yazdıqları ing. American Political Science Review adlı məqalədə fürsət yarandığı zaman müharibənin başlanmasına əsaslanan izahatdır.[5]
Vətəndaş müharibəsi ilə parçalanmış bir dövlətdə rəqabət aparan tərəflər çox vaxt qarşı tərəfin müharibəyə son qoymaq öhdəliyinə olan inama malik olmurlar.[6] Öhdəlik problemləri davamlı sülh sazişinin qarşısını ala bilər, çünki onlar gələcəkdə sövdələşməni başa çatdıra bilməyəcəyini bilirlər.[7] Dövlətlər tez-tez sövdələşmələri, mübahisələri həll edən və sülh yolu ilə həlli təmin edən güclü siyasi və hüquqi institutların olmaması səbəbindən münaqişə tələlərindən (təkrarlanan vətəndaş müharibəsi münaqişələri) xilas ola bilmirlər.
Politoloq Barbara F. Valter təklif edir ki, müasir vətəndaş müharibələrinin əksəriyyəti əslində liderlərin ictimaiyyət qarşısında hesabat vermədiyi, siyasətdə ictimai iştirakın zəif olduğu və informasiyanın şəffaflığının olmadığı zaman yaranır. Valter iddia edir ki, bu məsələlər lazımi qaydada dəyişdirildikdə, onlar qurulmuş hökuməti xalqa daha yaxşı xidmət etməyə məcbur edir. Onun fikrincə, bir millətin institutsionallaşmasının ən yaxşı nümunəsi idarəçiliyin gücüdür. Yoxsulluq səviyyəsi isə təkrar vətəndaş müharibəsi şansının bir nömrəli göstəricisidir.
Əhalinin yüksəkliklərdə səpələnməsi və dağlıq ərazinin olması münaqişə şansını artırır. Bu amillərin hər ikisi üsyançıların xeyrinədir, çünki sərhədlərə doğru səpələnmiş əhaliyənəzarət mərkəzi bölgədə cəmləşmiş əhaliyə nəzarət etməkdən daha çətindir, dağlar isə üsyançıların sığınacaq axtara biləcəyi ərazi hesab olunur.[8][9]
Vətəndaş müharibəsi riskinin artmasına səbəb olan amillərdən biri də əhalinin sayıdır. Vətəndaş müharibəsi riski ölkənin əhalisinin sayı ilə təxminən mütənasib olaraq artır.[10]
Yoxsulluq və vətəndaş müharibəsi arasında əlaqə böyükdür. Bəzi araşdırmalar göstərir ki, adambaşına düşən gəliri aşağı olan bölgələrdə vətəndaş müharibəsi ehtimalı daha yüksəkdir. Yoxsulluqdan münaqişəyə doğru gedən vəziyyət araşdırmalarda sistematik şəkildə sübut edilmişdir.
Tarixən bərabərsizlik səviyyəsinin yüksək olması vətəndaş müharibəsi ehtimalının artmasına səbəb olub. Müstəmləkəçiliyin və ya əhalinin sayının vətəndaş müharibəsi riskini artırdığı bilindiyindən, müstəmləkəçilər ilə əhali arasında sərhədlərin yaradılması və müstəmləkəçilərin pis rəftarından yaranan narazılıq vətəndaş münaqişələrinin yaranma səbəblərdən biridir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.