Silah — insanların və ölkələrin bir başqa insana və ya ölkələyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdir. Silahlardan həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir.
Silahın tarixi
İlk dəfə odlu silah XIV əsrdə Çində ixtira olundu. Daha sonra bu odlu silahlar Yaxın Şərqə, Avropaya və Afrikaya yayıldı. Hətta silahda istifadə olunan barıtı da çinlilər ixtira edib. Bu isə IX əsrdə ixtira olunub.
Silah növləri
Silahlar iki yerə bölünürlər: soyuq və odlu.
Soyuq silahlar
Soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və s. aiddirlər.
Soyuq silahlar da iki yerə bölünürlər: cinayət məsuliyyəti daşıyan və daşımayan.
Odlu silahlar
Mərmisi barıtın yanması ilə əmələ gələn təzyiq nəticəsində istiqamətlənmiş hərəkət edən və hədəfi məhv etmək qabiliyyətinə malik olan silaha odlu silah deyilir. Odlu silahlara tapança, avtomat, pulemyot, raket, top və s. daxildir.
Odlu silahlar özlüyündə iki qrupa bolunur: yivli və yivsiz. İlkin yaranmış odlu silahlar yivsiz idi. Yivlər silahın lüləsinin daxilində spiralvari halqalardir. Ballistikada bu halqalar arsındakı məsafə (diametr) kalibr (5.45; 7.62) adlanır. Yivlər atəş zamanı mərminin fırlanmasına səbəb olur. Fırlanan mərmi isə daha cox məsafə qət edir, daha dəqiq olur və daha surətli hərəkət edir, hədəfi sərrast vurmağı təmin edir. Yivlər sayına görə 4-dən 8-ə qədər, sağ və sol istiqamətli olurlar. Yivsiz odlu silaha misal olaraq ov tüfənglərini göstərmək olar. Bütün döyüş silahları yivlidir.
Bundan başqa silahların qaz silahı, pnevmatik silah kimi növləri də var. Bunlar odlu silah hesab olunmur.
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.