From Wikipedia, the free encyclopedia
Urmiya gölü (az.-əski. اۇرمیه گؤلۆ) və ya Urmu gölü (az.-əski. اۇرمۇ گؤلۆ) — İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri arasında, Türkiyə ilə sərhəddən bir qədər aralıda yerləşən qapalı, duzlu göl[1][2]. Əgər coğrafi ədəbiyyatda göl adlandırılan Xəzər dənizi nəzərə alınmazsa Urmiya gölü nəyinki Azərbaycanın həm də Qərbi Asiyanın ən böyük gölü sayılır. Duzluluq dərəcəsinə görə isə dünyada üçüncü yeri tutur. Göl özünün əsrarəngiz gözəlliyi ilə seçilir. Köçəri quşların mühüm miqrasiya xətti üzərində qərarlaşdığından onun əhəmiyyəti artır. Burada xüsusi ilə köç mövsümündə quşların sayının artdığını müşahidə etmək olur. Gölün tarixi yatağı 6,000 km² çatırdı. Hazırda isə fasiləsiz quraqlıq, gölə axan çayların üzərində su anbarlarının inşası ilə əlaqədar gölün qurumasına baş verir. Göl quruyaraq səviyyəsi azalır və yerində min tonlarla duzlaqlar meydana gəlir. Bu hal davam edəcəyi halda bitki və heyvanlarla yanaşı insanların həyatına böyük təhlükə törədə bilər. Ekoloji fəlakət nəticəsində bölgə əhalisi ərazini tərk etmək məcburiyyəti qarşısında qalacaqdır.
Urmiya gölü | |
---|---|
دریاچه ارومیه | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1.270 m |
Eni | 55 km |
Uzunluğu |
|
Sahəsi |
|
Həcmi | 45 km³ |
Dərin yeri | 16 m |
Duzluluğu | min. 85 ‰, maks. 280 ‰ |
Yerləşməsi | |
37°39′43″ şm. e. 45°24′18″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Göl öz adını onun yaxınlığında yerləşən Urmiya şəhərinin adından götürmüşdür. Cənubi Azərbaycan əhalisi arasında daha çox Urmu gölü olaraq tanınır. Ən qədim vaxtlardan indiyə qədər Urmiya gölünə müxtəlif adlar verilmişdir: "Çiçe" (fransız səyyah Şarden)[3], "Təla", "Şahi gölü" və s. Ərəblərin istilasından sonrakı orta əsr mənbələrində çox vaxt göl Urmiya şəhərinin adı ilə "Urmiya gölü kimi adlandırılır. Pəhləvi sülaləsinin dönəmində gölün adı Rza şahın şərəfinə (1925) Rzaiyyə gölü[3] adlandırılırdı. 1946-cı ildə Azərbaycan Milli Hökuməti yenidən Urmu adını bərpa etsə də Məhəmmərza Pəhləvinin hakimiyyət illərində gölün adı yenidən dəyişdirilmişdir. 1979-cu il İran İslam İnqilabından sonra şah rejimi ilə bağlı adlar dəyişdirilmiş və Urmiya adı bərpa edilmişdir.
Göl haqqında ilk məlumatlar b.e.ə 9-cu əsrdə Assuriya mənbələrində qeyd edilir. Xüsusi ilə III Salmanasar göl ətrafı ərazilərə yürüşü daha ətraflı şəkildə təsvir edilmişdir. Gölün Mesopotamiyaya yaxınlığı səbəbindən ilkin sivilizasiya məskənlərindən biri olmuşdur. Bölgədə yaranan ilk dövlət qurumu Aratta idi. Daha sonradan Lulubi və Kuti kimi şəhər dövlətləri meydana gəlmişdir. Urmiya gölü ətrafında antik dövrdə yaranan ilk dövlət isə Manna olmuşdur.
Gölün cənubunda yerləşən Həsənli qəsəbəsi burada mövcud olmuş zəngin Manna mədəniyyəti haqda fikir söyləməyə imkan verir. Urmiya gölünün qərb sahilləri boyunca b.e.ə VII əsrdə (b.e.ə 680[4]) Şərqi Avropadan Kimmerlər, Skiflər və Saklar gələrək məskən salmışlar. Bu dönəmdə onlar Sak çarlığını qura bilmişlər. Sonrakı dönəmlərdə göl kənarında Midiya dövləti qurulmuşdur[5] Səfəvi-Osmanlı müharibəsi dönəmində göl yaxınlığında, 1604-cü ildə tarixi Urmiya döyüşü baş vermişdir.
Urmu gölü Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir. Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir[3]. Səthinin sahəsi 5,822 km²-dir.[6] Gölün uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilmoterdir. Ən dərin nöqtəsi 16 m[7], orta dərinlik isə 5 m təşkil edir. Göldə 100-dən çox ada vardır. Şahı və Qoyundağ adalarında yaşayış mövcuddur. İri adalarında Püstə meşələri mövcuddur. Gölün su toplayıcı sahəsi 50 min km³-dir. Sahəsi əsasən gölə daxil olan sudan asılıdır. İl ərzində gölə daxil olan suyun miqdarı 5 min km³-dir. Üstəlik gölə daxil olan suyun 80% qış və yaz aylarına təsadüf edir. Ən iri qollarından biri olan Acıçay gölə şimal-şərq istiqamətdən tökülür. Axarsız göldür. Axarı olmadığınından suyu kəskin şordur. Yaz ayları suyunun duzluğu 80-150 ‰, payızda isə 260—280 ‰ qədər qalxır. Suyunun tərkibi xlor, natrium və sulfatlarla zəngindir. Naviqasiya üçün yararlıdır. Göldə suyun səviyyəsinin enməsi səbəbindən maksimal dərinlik hazırda 3 metr civarındadır. Üstəlik gölün dib sturukturundada dəyi.iklik müşahidə edilir[8].
Gölə ümumilikdə 13 nisbətən iri və çoxlu sayda kiçik çay tökülür[9]. Gölə axan çaylar:
Urmiya gölündə irili-xırdalı yüzdən çox ada vardır. Adaların ümumi sahəsi 33,640 hektardır. Şahı, Qoyundağı, Əşkdağı, Arzu nisbətən böyük adalarıdır. Urmiya gölündə yerləşən adaların unikallığı ondadır ki, onların bəzisində yaşayır vardır. Gölün ən böyük adası Şahının sahəsi 3525 ha-dır. Adada Saray, Gəmiçi, Teymurlu, Qıpçaq, Burasarlu, Xoralı adlı yaşayış məntəqələri vardır. 1979-cu ilə olan məlumata əsasən adada 1170 ailə[10] yaşayırdı. Ada əhalisi əsasən əkinçilik, maldarlıq, gülçülük, bağçılıq, xalçaçılıq və s. işlərlə məşğul olurlar. Göldə yerləşən Şərfəxana və Gülməxana limanlarında çalışanların çoxunun da Şahı adasının sakinləridir. Relyefi əsasən dağlıqdır. İki zirvədən ibarətdir. Unikal cəhəti ərazisindən axan yeganə Keçiçay çayıdır. Ərazisində 54 bulaq mövcuddur. Qış ayları sahillərində çoxlu sayda köçəri quşları müşahidə etmək mümkündür. Şahı adasında Çingiz xanın nəvəsi Hülakü xanın və onun oğlu Abaqa xanın qəbrləri yerləşir[11]. Ada son illər gölün quruması ilə əlaqədar quruya birləşərək yarımadaya çevrilmişdir[12][13]. İkinci böyük adası Qoyundağı adasıdır[10]. Adanın sahəsi 3175 ha-dır. Uzunluğu 9 km, eni isə ən maksimal hissədə 4 km-dir. Burada daimi axarı olan iki bulaq var. Şirin su və bol otlaq sahələrinə sahib olması heyvandarlığın inkişafına imkan verir. Göldə yerləşən iki yaşayışı olan adadan biridir. Osman Yumruğu adlanan ada isə gölün ən kiçik adasıdır[14]. Ada göl səthindən 10 metr hündürlüyə sahibdir. Üstəlik ada dünyanın sahəsinə görə ən kiçik ikinci adası adına layiq görülmüşdür. Hazırda isə gölün quruması ilə tamamən quruda qalmışdır. Kazım Daşı adası isə qəhrəmanlıq salnaməsi ilə tarixə düşmüşdür. Ada xalq qəhrəmanı Kazım xan Quşçunun şərəfinə adlandırılmışdır. Adada Göyərçinqala qəsrinin qalıqlarını müşahidə etmək olar.
Urmiya gölü daxilində ümumilikdə irili-xırdalı 102 ada vardır[15][16]. Adaların siyahısı:
Urmiya gölünün sahil hissələri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu, və Sulduz kimi bölgələrin ərazisinə düşür. Adı çəkilən bölgə ümumilikdə Cənubi Azərbaycanın torpaqlarının beşdə birini yəni 20%-ini təşkil edir. Üstəlik bölgə ən münbit və əkin üçün yararlı bölgələrdən sayılır.
Urmiya gölü zəngin mineral ehtiyatlara sahibdir. Burada 5 milyard ton potas, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromid, 250 ton litiumun olduğu ehtimal edilir. Hazırda Marağanın Vərcövu kəndində tikilmiş Kavə Soda zavodu şüşənin ən mühüm materialının ixracı ilə məşğuldur. Urmu gölü öz gözəl təbiəti və zığının müalicəvi özəlliyi ilə bir çox turistlərin bölgəyə gəlməsinə nədən olur. Sərnişin və yükdaşıma üçün gölün 6 limanı ("Gülmənxana", "Şərəfxana", "Heydərabad", "Rəhmanlı", "Xantaxtı", "Şahi") vardır.
Göl və onun çevrəsində 2014-2016-cı il biomüxtəlifliyin son siyahıları əsasən (adalarda yerləşən çayları ilə birlikdə) 62 növ bakteriya, 20 növ fitoplankton, 24 növ məməli heyvan, 41 növ sürünən, 212 növ quş, 7 növ suda-quruda yaşayan, 5 növ molyusk, 26 növ balıq yaşayır[17][18]. Bu canlıların varlığı və çeşidliyi Urmu gölünün UNESKO tərəfindən Biosfer qoruğu elan edilməsinə və Ramsar konvensiyasına[19] salmasına səbəb olmuşdur. Göl İran Ekologiya departamenti tərəfindən qoruq elan edilmişdir[20]. Göldə balıqların yaşaması üçün əlverişli şərait olmadığından burada balığa rast gəlinmir. Köçəri quşlardan qızılqaz, qutan, ərsindimik, leylək, İbis, ala ördək, bizdimdik, qağayı və s. miqrasiya zamanı gölə enirlər. Göldə balıq olmasa belə köçəri quşların əsas yemi Artemiyalardır[21]. Burada yaşayan Urmiya artemiyası (Artimiya urmiana) gölün endemik canlısıdır. Göl ətrafı ərazilər şoranlıqdır. Burada cığ və qamış kimi bitkilər geniş sahil ərazilərini əhatə edir.
Göl ətrafında yerləşən soda zavodu bölgə sakinləri üçün mühüm təhlükə mənbəyidir. Müəssisə ətraf mühiti zəhərləyir və gölü çirkləndirir. Digər təhlükə göldə duzluğun artması ilə artemiyalarla qidalanan qızıl qazların dimdiklərində kilidin əmələ gəlməsi ilə bu canlıların aclıq və susuzluqdan tələf olmasıdır[22]
Bu göldə yaşamaqda olan Artemiyalarnın sayı təbii halda 1 litrdə 4000 qədər ola bildiyi halda hazırda 1 litrdə 1 dənəyə enmişdir.
Gölün suyu ortalama olaraq il ərzində 1,3 milyard m³ azalır. Yerli ekoloqlar həyəcan təbili calaraq bildirirlər ki, əgər gölün qurumasının qabağı alınmasa bu gedişlə 2020-ci ilə qədər göl tamamilə quruyacaqdır. Gölün yerində bataqlaşmış və ya şoranlıqlar meydana gələcəkdir. Urmiya şəhər rəhbərliyinin sözlərinə görə əgər Urmu gölü tamamən quyuyarsa onun yerində 10 milyard ton duz qalacaqdır[23]. Bu isə bölgədə yaşayan 14 milyon insanın ərazini tərk etməsinə səbəb olacaqdır. Duz və qum fırtınaları belə qaçılmazdır ki, bu isə təqribən 500 km radiusda yaşayan 70-75 milyon əhalinin fəlakətlə ilə üsləşməsinə səbəb ola bilər[3].
Urmu gölünün üzərinə salınmış körpü özlüyündə dəyərli bir plan olsa da, onun onun faydasının zərərindən çox olub-olmaması sual doğurur. Körpü salınarkən yaxınlıqda yerləşən Zənbil Dağını dağıdılaraq gölə tökülmüşdür. 1979-cu ildə tikilməsinə başlanan körpünün sonda 2008-ci ildə birinci hissəsi istifadəyə verilmişdir.
Bu körpünün tikintisi ilə göl cənub və şimal olmaqla iki yerə bölünmüşdür. Bununla da şimal ilə cənub arasında axın əlaqəsi zəyifləmişdir. Gölün üzərində inşa edilən Urmiya gölü körpüsü[24] iki dambanı birləşdirdiyindən burada gölün eni cəmi 1500 metrdir. Bu isə göl daxilində əlaqəni zəyiflədir. Bununla yanaşı gölün qurumaması üçün ildə ən azı 6,000,000 m³ suya ehtiyacı duyulur. Bu qədər su illərdir bu gölə tökülmür. Gölün səviyyəsi 10 ildə, 6 metr aşağı düşmüşdür. Səviyyənin 6 m azalması gölün sahəsinin təqribi 20% azalmasına səbəb olmuşdur. Gölün 9 iri adasından 5-i quru ilə birləşmişdir. Gölün xüsusi ilə cənub hissəsində sahəsi 120,000 ha olan şoraqlıq meydana gəlmişdir. Bu gün Urmu gölünün suyunun duzluluğu 1 litrdə 300 qrama çatır. Urmiya gölünün sahillərində qalaqlanan duzlaqlar əsas təhlükə sayılır. 1998-ci ildən quruyan gölün səviyyəsi 70% azalmışdır[25]
2008-ci ildən bu yana Urmu gölünün suyunun azalması yavaş-yavaş özünü ciddi şəkildə göstərir və ziyalılar, milli fəallar, mütəxəssislər bunula bağlı ciddi xəbərdarlıq edirlər. Bütün bu xəbərdarlıqlara baxmayaraq gölə axan çaylar üzərində sayısız bəndlərin tikilməsi Urmu gölünün mövcudluğunu daha da şübhə altına alır.
Şərqi Azərbaycan ostanlığının Su və Lağım-Su idarəsi rəhbərliyinin dediyi sözlərə görə bu ərazilərdə çəkilmiş kanallar anbarlardakı suyun 26.6 % istifadə edə bilir. Şərqi Azərbaycan ostanının rəsmilərinin sözlərinə görə axar suların azlığından, yağıntı normal olsa da quraqlıq yaranacaq. 2007-ci ilə görə Nəhənd su anbarında 76 %, Səttarxan su anbarında 25 %, Ələviyan su anbarında 32 % su daxil olmaları azalmışdır. Ayduğmuş səddinin arbaxarında qar əsla yoxdur. Nəhənd səddinin axarbaxarında isə qar ötən ilə görə 80% azdır. Buna baxmayaraq 9 su anbarının tikintisi davam etdirilməkdədir.
Gölün qurumasına iki əsas səbəbi var:
Urmiya gölünün get-gedə quruması, dövlətin bu işlərə cavabdeh qurumlarının buna biganəliyi və digər tərəfdən gölə axan çaylar üzərində su anbarlarının salınmasının davam etdirilməsi Cənubi Azərbaycanın millətçi və ətraf mühitin qorunması üzrə fəalları arasında şübhələr doğurmuşdur. Onlar Urmu gölünün qurudulmasının planlı şəkildə olmasını düşünərən özəlliklə 2010-cu ildən ardıcıl və kütləvi etirazlar başlamışlar. Bu mitinqlərin əsas aparıcı qüvvəsi Traktor Sazi klubunun azarkeşləri oluşlar. Urmu gölünün qurudulmasına qarşı etirazların ən önəmliləri bunlardan ibarətdir:
İran hökuməti sentyabr 2011-ci il tarixində Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırdığını bəyan etmişdir. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardımı ayırıb.[51]
19 avqust 2013-cü iyədə İran Prezidenti Həsən Ruhani gölün qorunub saxlanılması probleminin həll edilməsi üzrə İşçi qrup yaradıb. Həsən Ruhani Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib: "Mən daha əvvəl insanlara söz verdiyim kimi, ölkənin energetika naziri Həmid Çitçianın rəhbərlik edəcəyi Urmiya gölünün saxlanılması üzrə İşçi qrup yaratdım". İşçi qrupun digər üzvləri sırasına, ölkənin kənd təsərrüfatı, daxili işlər nazirləri, ətraf mühitin qorunması üzrə təşkilatın rəhbəri və vitse-prezidentin planlaşdırma və strateji nəzarət üzrə nümayəndəsi daxildir. İşçi qrupuna bu sahədə artıq aparılan araşdırmaların və texniki elmi-tədqiqat işlərinin məlumatlarından istifadə etmək, iki ay ərzində Urmiya gölünün saxlanılması üzrə öz təkliflərini hökumətə təqdim etmək tapşırılıb.[52] 10 sentyabr 2013-cü ildə Həsən Ruhani gölə axan su hövzəsi üzərində bəndsalma işlərinin dayandırılması ilə bağlı xüsusi göstəriş vermişdir. Gölün bərpası üçün elmi mərkəzlərin təqdim etdiyi 30-dan çox təklifin araşdırılması İşçi qrupunun gündəliyinə salınıb.[51] 2013-cü ildə İran hökuməti gölün səviyyəsinin bərpa edilməsi üçün Xəzər dənizinin suyundan istifadə imkanları üzərində işlədiklərini bəyan etmişdir[53].
2023-cü il fevralın 24-də İran prezidenti İbrahim Rəisi tərəfindən Kani Sib bəndindən Urmiyə gölünə Zab çayının suyunun nəqli layihəsinin açılışı olub.[54]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.