Türkmənçay müqaviləsi
sülh müqaviləsi / From Wikipedia, the free encyclopedia
Türkmənçay sülh müqaviləsi (rusca:Туркманчайский договор, farsca:عهدنامه ترکمانچای) — Qacarlar sülaləsi ilə Rusiya imperiyası arasında imzalanan və İkinci Rusiya-İran müharibəsini bitirən müqavilə. 1828-ci ilin 10 fevral tarixində Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanmışdır. Bu müqaviləyə əsasən, Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İran, İrəvan, Naxçıvan və Talış xanlığının özlərində qalmış hissəsinin də Rus imperiyasının ərazisi olduğunu qəbul edirdi. İki imperiya arasında sərhəd kimi Araz çayı qəbul edilirdi. Rusiyaya keçən torpaqlar hal-hazırkı Ermənistanın ərazisini, Naxçıvan Muxtar Respublikasının ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinin bir hissəsini və indi Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır bölgəsini əhatə edirdi.[1]
Türkmənçay müqaviləsi | |
---|---|
| |
Müqavilənin tipi | Sülh müqaviləsi |
İmzalanma tarixi | 10 fevral 1828-ci il |
İmzalanma yeri | Təbriz, Türkmənçay kəndi |
Qüvvəyə minməsi | 10 fevral 1828-ci il |
• şərtləri |
Qacar dövləti Xəzər dənizində artıq hərbi donanma saxlaya bilməz. |
İmzalayanlar |
Abbas Mirzə İvan Paskeviç |
Tərəflər |
Qacar dövləti Rusiya imperiyası |
Dilləri | rus dili, fars dili |
Vikianbarda əlaqəli mediafayllar | |
Türkmənçay müqaviləsi Vikimənbədə |
Müqaviləni İran tərəfindən vəliəhd şahzadə Abbas Mirzə və Fətəli şahın nümayəndəsi Allahyar xan Əsəf Əl-Dövlə, Rusiya tərəfindən isə general İvan Paskeviç imzalamışdır. Gülüstan müqaviləsində olduğu kimi bu müqavilə də Rusiyanın qəti qələbəsi ilə bitən müharibədən sonra imzalanmışdır və bütün şərtlər Rusiya tərəfindən diktə edilmişdir. Hətta general Paskeviç İran nümayəndələrinə bildirmişdi ki, Rusiyanın təklif etdiyi şərtlər ilə razılaşmasa, Çar qoşunları Tehranı tutacaqdır.[2]
Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması nəticəsində Rusiya Cənubi Qafqazın və Şimali Qafqazın bir hissəsinin işğalını başa çatdırdı. Rusiya tərəfindən işğal olunan ərazilər 1918–1920-ci illər istisna olmaqla, bir də 1991-ci ildə müstəqil oldu.[3]