![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/be/Iran_location_map.svg/langaz-640px-Iran_location_map.svg.png&w=640&q=50)
Türkmənçay (İran)
From Wikipedia, the free encyclopedia
Türkmənçay — İranın Şərqi Azərbaycan ostanındakı Miyanə şəhəri yaxınlığında kiçik şəhər. Yerli əhali tərəfindən Totman kimi tanınır.
Cəld faktlar Ölkə, Əhalisi ...
Türkmənçay | |
---|---|
37°35′07″ şm. e. 47°23′23″ ş. u. | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Bağla
Tarixi Türkmənçay müqaviləsi məhz burada 1828-ci ildə Rusiya və Qacar imperiyaları arasında bağlanmışdır. Bu müqavilənin nəticəsində Naxçıvan və İrəvan xanlıqları Rusiya imperiyasının tərkibinə qatılır. Çar Rusiyası sonralar İrəvan xanlığı ərazisində "Erməni vilayəti" adı altında inzibati bölüm yaradır. Türkmənçay müqaviləsinin imzalandığı imarət bu müqavilənin simvoluna çevrilmiş və hazırda şəhərin Abbas Mirzə küçəsində yerləşir.