Rusiya imperiyası
tarixi imperiya (1721–1917) / From Wikipedia, the free encyclopedia
Rusiya İmperiyası (rus. Российская империя) — 1721-ci ildə Şimal müharibəsinin sona çatmasından 1917-ci il Fevral inqilabı nəticəsində hakimiyyətə gələn müvəqqəti hökumət tərəfindən Respublika qurulana qədər Avrasiya və Şimali Amerika boyunca mövcud olmuş imperiya.[1]
İmperiya | |||||
Rusiya imperiyası | |||||
---|---|---|---|---|---|
rus. Российская Империя | |||||
|
|||||
««С нами Бог!» Tanrı bizimlədir!» |
|||||
Himn: «Боже, Царя храни!» Tanrı, Çarı qoru! |
|||||
22 oktyabr (2 noyabr) 1721 — 1 (14) sentyabr 1917
|
|||||
Paytaxt | Sankt-Peterburq | ||||
Dilləri | rus dili, polyak dili, fin dili, isveç dili | ||||
Rəsmi dilləri | Rus dili və regional dillər | ||||
Dövlət dini | Pravoslav | ||||
Valyuta | qızıl rubl[d], Rubl | ||||
Ərazisi |
23,700,000 km² (1866) 21 799 825 km² (1916) |
||||
Əhalisi | 125,640,021 (1897) | ||||
İdarəetmə forması |
Mütləq Monarxiya (1721–1906) Konstitusiyalı monarxiya (1906–1917) (de-yure) |
||||
Dövlət başçıları | |||||
İlk İmperator | |||||
• 1721-1725 | I Pyotr | ||||
Son İmperator | |||||
• 1894-1917 | II Nikolay | ||||
İlk Baş nazir | |||||
• 1905-1906 | Sergey Vitte | ||||
Son Baş nazir | |||||
• 1917 | Nikolay Qalitsin | ||||
Tarixi | |||||
• 22 oktyabr 1721 | I Pyotr tərəfindən imperiya elan edilməsi | ||||
• 26 dekabr 1826 | Dekabristlər üsyanı | ||||
• 3 mart 1861 | Kəndli islahatı | ||||
• 22 yanvar 1905– 16 iyun 1907 |
1905-1907-ci illər inqilabı | ||||
• 6 may 1906 | Konstitusiyanın qəbulu | ||||
• fevral–mart 1917 | Fevral inqilabı | ||||
• 15 mart 1917 | II Nikolayın devrilməsi | ||||
• 14 sentyabr 1917 | Müvəqqəti hökumət tərəfindən respublikanın qurulması | ||||
Davamiyyət | |||||
Rusiya → Azərbaycan |
|||||
a. 1866-cı ildən sonra Alyaska ABŞ-yə satıldı, lakin Batum, Qars, Pamir və Zakaspiyski əldə edildi. b. 1914-cü ildə Sankt-Peterburqun adı Petroqrad olaraq dəyişdirildi. c. Rusiya, imperiya dağılanadək Yuli təqvimindən istifadə etməyə davam etdi. |
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Dünya tarixində üçüncü böyük imperiya olmaqla, üç qitə boyunca uzanan Rus İmperiyası ərazi ölçüsünə görə yalnız Britaniya və Monqol İmperiyasından geri qalırdı. Rusiya imperiyasının yüksəlişi rəqib qonşularının — İsveç, Reç Pospolita, İran və Osmanlı imperiyalarının zəifləməsi sayəsində baş verdi. Bu, 1812–1814-cü illərdə Napoleonun Avropanı idarə etməklə qərbə və cənuba doğru genişlənmək istəyinin dəf edilməsində böyük rol oynadı.
Rusiya İmperiyasını 1721-ci ildən 1762-ci ilə qədər Romanovlar ailəsi, 1762-ci ildən sonra bu ailənin alman əsilli qolu Holşteyn-Qottorp ailəsi idarə edirdi. 19-cu əsrin əvvəllərində Rusiya İmperiyası şimaldan Şimal Buzlu okeandan cənubda Qara dənizə, qərbdən Baltik dənizindən şərqdə Sakit okeana və 1867-ci ilə qədər Amerikada Alyaskaya qədər uzanırdı.[2] 1897-ci ildə əhalinin siyahıya alınması ilə qeydiyyata alınan 125.6 milyon nəfər ilə həmin dövrdə Böyük Tzin və Hindistandan sonra dünyada əhalisinin sayına görə üçüncü yerdə idi. Rusiya bütün imperiyalar kimi iqtisadiyyat, etnik və dini mənsubiyyət fərqliliklərini özündə birləşdirirdi. İmperiyada çoxsaylı üsyan və sui-qəsd cəhdləri həyata keçirən müxalif qüvvələr var idi. Onlar gizli polis tərəfindən yaxından izlənilir və minlərlə insan Sibirə sürgün edilirdilər.
İqtisadi cəhətdən, imperiyanın əsas bazasını kənd təsərrüfatı təşkil edirdi. Böyük əmlaklarda təhkimli kəndlilərin çalışması (1861-ci ildə azad olunanadək) ilə məhsuldarlıq göstəriciləri aşağı idi. Dəmir yolu və fabriklərdə xarici sərmayələrin qoyulması hesabına iqtisadiyyat yavaş-yavaş sənayeləşdirildi. Torpaqlar 10-cu əsrdən 17-ci əsrə qədər zadəganlar (boyarlar), sonralar isə imperator tərəfindən tərəfindən idarə olunurdu. Çar III İvan (1462–1505), daha sonra ortaya çıxacaq olan imperiyanın təməlini qoymuşdur. O, dövlətin ərazisini üç dəfə artırmış, Qızıl Ordanın ağalığına son qoymuş, Moskva Kremlini bərpa etdirmiş və Rusiya dövlətinin bünövrəsini qoymuşdur. Çar Böyük Pyotr (1682–1725) çoxsaylı müharibələr aparmış və onsuz da böyük olan imperiyanı daha da böyüdərək Avropanın əsas güclərindən birinə çevirmişdir. O, paytaxtı Moskvadan yeni şəhər modeli olan Sankt-Peterburqa köçürmüş və ənənəvi, orta əsrlərdən qalma bəzi ictimai və siyasi baxışları müasir, elmi, Avropayönümlü və rasionalist bir sistemlə əvəz edən mədəni inqilab həyata keçirmişdir.
Böyük Yekaterina (1762–1796-cı illərdə hakimiyyətdə olmuşdur) imperiyaya qızıl dövrdə başçılıq etmişdir. O, fəthlə, müstəmləkəçilik və diplomatiya ilə dövləti genişləndirmiş, Qərbi Avropa xətləri boyunca Böyük Pyotrun modernləşmə siyasətini davam etdirmişdir. Çar II Aleksandr (1855–1881) 1861-ci ildə bütün 23 milyon təhkimli kəndlilərin azad olunması da daxil olmaqla bir çox islahatlar həyata keçirmişdir. Onun Şərqi Avropada siyasəti pravoslav xristianları Osmanlı hökmranlığı altında qoruyurdu. 1914-cü ilə qədər davam edən bu əlaqə Rusiyanın Birinci Dünya müharibəsinə Fransa, Birləşmiş Krallıq və Serbiya tərəfdən qatılaraq Alman, Avstriya və Osmanlı imperiyalarına qarşı mübarizəyə başlamasına gətirib çıxardı.
Rusiya İmperiyası 1905-ci il inqilabına qədər mütləq bir monarxiya kimi idarə olundu və daha sonra de-yure konstitusiyalı monarxiyaya çevirildi. İmperiya, 1917-ci ilin Fevral İnqilabı və Birinci Dünya müharibəsində iştirakında kütləvi uğursuzluqları səbəbindən süqut etdi.