Latviya (latış. Latvija), köhnə mənbələrdə Letoniya[3] (liv. Leţmō) və ya Liflyandiya,[4] rəsmi adı ilə Latviya Respublikası (latış. Latvijas Republika, liv. Leţmō Vabāmō) – Şimali Avropada dövlət. 1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400 nəfərdir. Ərazisi 64 589 km².-dir. Əhalisinin sayına görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur. Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belorusiya, cənubda Litva ilə həmsərhəddir. Pul vahidi — avro. Latviyanın dövlət müstəqilliyi 18 noyabr 1918-ci ildə elan edilmişdir. 1940–1991-ci illərdə SSRİ-nin tərkibində olmuşdur. Azərbaycan Latviyanın müstəqilliyini 30 avqust 1991-ci ildə tanımışdır. Latviya Azərbaycanın müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Latviyada səfirliyi 2005-ci ildə açılmışdır.
Cəld faktlar Tarixi, • Elan ...
Bağla