Gülüstan müqaviləsi
1813-cü ilin 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan müqavilə / From Wikipedia, the free encyclopedia
Gülüstan sülh müqaviləsi ( rus. Гюлистанский договор) — 1813-cü ilin 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan müqavilə. 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci Rusiya-İran müharibəsini bitirən bu müqavilənin imzalanması 1 yanvar 1813-cü ildə general Kotlyarevskinin Lənkəranı tutması ilə daha da sürətləndi.[1][2]
Gülüstan müqaviləsi | |
---|---|
Gülüstan müqaviləsi | |
| |
Müqavilənin tipi | Sülh müqaviləsi |
İmzalanma tarixi | 1813-cü ilin 12 oktyabr |
İmzalanma yeri | Gülüstan kəndi, Goranboy, Qarabağ, Azərbaycan |
Qüvvəyə minməsi | |
• şərtləri | Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir. |
Tərəflər | Qacar İran |
Vikianbarda əlaqəli mediafayllar | |
Gülüstan müqaviləsi Vikimənbədə |
Müqavilə Dağıstanın, Gürcüstanın, bugünkü Azərbaycan Respublikasının əksər hissəsinin və hal-hazırkı Ermənistan Respublikasının şimal torpaqlarının Rusiya imperiyasına keçməsini rəsmiləşdirirdi.[3]
Müqavilənin mətni Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi olan və hakimiyyətə böyük təsir gücünə malik olan Ser Qor Ousli tərəfindən hazırlandı. Müqaviləni Rusiya tərəfindən Nikolay Rtişev, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan Elçi imzaladı.[4]
Bu müqavilənin nəticəsi olaraq Cənubi Qafqazın əksər hissəsi Rusiya imperiyasının hakimiyyəti altına keçdi. İkinci Rusiya-İran müharibəsindən sonra Rusiya Cənubi Qafqazı bütünlüklə tutdu və bunu Türkmənçay müqaviləsində Qacar dövləti tərəfindən təsdiq edilməsinə nail oldu.[5]
Gülüstan müqaviləsi və ondan sonra imzalanan Türkmənçay müqaviləsi nəticəsində azərbaycanlılar iki yerə parçalandı.[6]