From Wikipedia, the free encyclopedia
Tintin macəraları (fr. Les Aventures de Tintin) — Belçikalı Erje tərəfindən yaradılmış komiks. XX əsrin ən məşhur komikslərindən biridir. Komiks əsasında çəkilmiş serial 50 dilə tərcümə olunmuşdur
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tintin macəraları | |
---|---|
Les Aventures de Tintin | |
| |
Müəllif | Erje |
Janr | Komiks |
Orijinalın dili | fransız dili |
Ölkə | Belçika |
Orijinalın nəşr ili | 1929 |
Vikianbarda əlaqəli mediafayllar |
Komiksin qəhrəmanı jurnalist və səyyah olan gənc Tintindir. Macəralarında ona sadiq iti Milu, dostu kapitan Heddok və digər personajlar kömək göstərirlər.
Bu komiksin "ligne claire" tərzində olması, gözlənilməz hadisələri böyük rəğbət qazanmışdır. Hadisələr bir çox janrı əhatə edir: kriminal, elmi, fantaziya və s.
Tintin Belçikanın paytaxtı və Erjenin doğum yeri olan Brüsseldə yaşayır. Bu faktı Tintinin Brüsselə geri qayıtdığı deyilən "Tintin SSRİ-də" və dostu Çanqın Tintin üçün məktubunu Brüsselə göndərdiyi danışılan "Tintin Tibetdə" kitabında görmək olar. Digər kitablarda da bununla bağlı faktlar tapmaq mümkündür (Brüsselin tanınmış yerləri, maşın seriya nömrələri və s.). Amma "Qızıl quldurun xəzinəsi" kitabında xəzinənin Mulensar qəsrinə aparıldığı deyilir və buranın hansı yer olduğu mübahisəli olaraq qalır.
Tintin 10 yanvar 1929-cu ildə yaradılıb və 75 yaşı 2004-cü ildə tanındığı bütün yerlərdə qeyd olunub. Tintin böyük ehtimalla Erjenin əvvəlki komiksinin qəhrəmanı və Tintinlə oxçar cəhətləri olan Totor əsasında yaradılmışdı. Totorun baş qəhrəmanı olduğu "Totorun Macəraları" komiksi 1926–1929-cu illərdə "Le Boy-Scout Belge" jurnalında nəşr olunmuşdu. Lakin yeni komiksində Tintin belçikalı jurnalist ("Petit Vingteme" qəzeti üçün müxbir olmağa çalışır), pilot və cəsur macərapərəstdir. Demək olar ki, hər macərasında Tintin öz araşdırmaq qabiliyyəti ilə işlərin üstünü açır, amma qəzetə çox az məqalə vermişdir. Tintin tərəfsizliyi ilə digər personajlardan fərqlənir. "Kastafiorenin zinət əşyaları" albomundan başlayaraq Tintin personajı dəyişdirilmişdir. Belə ki, o artıq macəra axtarmır. Bunu "Sidneyə 714 nömrəli reys" və digər komiks nömrələrində də görmək mümkündür. Bəzi Tintin sevərlər bu dəyişikliyi Tintin personajı üçün xəyanət sayırlar.
Ölümündən qısa müddət əvvəl keçmiş belçikalı nasist Leon Deqrelle Tintin personajı fikrinin əslində ona aid olduğunu bildirmişdi. Deqrelle Erjeni çoxdan tanıyırdı, amma özündən çox razı olması ilə tanınan Deqrellenin bu sözlərinin yalan olduğu güman olunur. Tintinin ilk görünüşünə qismən də olsa Erjenin kiçik qardaşı ilham vermişdi.
Kapitan Haddok Tintinin ən yaxın dostudur, ilk olaraq "Qızıl qısqaclı xərçəng" kitabında ortaya çıxmışdır. Haddok əvvəllər sərxoş və zəif şəkildə təsvir olunmuşdu, amma sonrakı nəşrlərdə cəsur və hörmətə layiq personaja çevrilmişdi. Kapitan öz kinayəli danışığı ilə də məşhurdur: Tintin nə vaxt bir fikir desə Haddok söz atmağa gecikmir.
Haddok öz hissləri ifadə etmək üçün hər cür sözü təhqir kimi işlədir: "Dimdikli məməli", "Başdan xarab", "Ölü basdıran" və ya "Xalça Taciri" kimi ifadələri tez-tez işlətsə də bunların heç biri təhqiramiz sözlər deyildir. Haddok içkini çox sevir, xüsusilə "Loch Lomond" pivəsini içməkdən zövq alır, amma sərxoşluğu əsasən komediya üçün istifadə olunur.
Haddok adı Erjenin arvadı ilə olan mübahisə zamanı həyat yoldaşının ağzından çıxmışdır. Erje beləcə bu adı seçdi. Haddokun 1976-cı ildə tamamlanan "Tintin və Pikarolar" kitabına qədər ilk adı yox idi, bu kitabda ilk adı Arşibald olaraq çəkilir. "Qızıl Quldurun xəzinəsi" kitabının sonunda Haddok Mulensar qəsrini alaraq Tintin ilə burada yaşamağa başlayır.
Profesor Turnosol eşitmə problemi olan, heyrətli olan və komiks boyunca Tintin və dostlarını avadanlıqla təchiz edən elm adamıdır. O, tək nəfərlik köpək balığı şəklində olan sualtı qayıq, Ay raketi, ultrasonik silah və s. kimi işləri Tintinə kömək etmişdir. Turnosol bəşəriyyət üçün elmi işlər görmək istəyir. Məsələn, sərxoşluğu aradan qaldırmağın yolunu içkinin dadını içənə iyrənc göstərmək kimi görür. Bu kəşfləri xüsusilə Haddokun xoşuna getmir, amma Turnosolun qulaqları ağır eşitdiyi üçün onun sözlərinin hamsını eşidə bilmir.
Turnolun ağır eşitməsi komiksə rəng qatmaq üçündür. Professor Turnosol eşitdiyi şeyi təkrar etmək kimi bir vərdişi var, amma pis eşitdiyi üçün təkrar etdiyi ifadə də səhv olur Məsələn, təyyarədə olarkən "attachez votre ceinture" (Kəmərlərinizi bağlayın) cümləsini "une tache de peinture?" (boya ləkəsi) kimi təkrarlayır. Amma professor həmişə yaxşı eşitdiyi, sadəcə bir qulağının azca pis eşitdiyi söyləyir. "Ay" kitablarında Turnosol eşitmə cihazı geyməyə başlayır və artıq hər şeyi aydın eşidir. Beləcə ciddi personaja dönür. Amma sonrakı saylarda o, bu eşitmə cihazını itirir və əvvəlki vəziyyətinə qayıdır. Turnosolun bu cür eşitməsinin Fransız fizikçi Yves Roçarddan ilham alındığı düşünülür.
Turnosol ilk dəfə "İtmiş Quldurun xəzinəsi" kitabında göründü və Erjenin uzun müddət axtardığı klassik elm adamı nümunəsinin nəticəsi idi.
Turnosol personajının İsveçrə alimi Avqust Pikkard əsasında yaradılması ehtimalı da var. "Kastafiore zinət əşyaları" kitabında Bianka Kastafiore Turnosolu Pikkard ilə qarışdırır və Turnosolun "hava şarı ilə yüksəlməsi ilə məşhur" olduğunu deyir.
Ağ it olan Milu Tintinin ən sadiq yoldaşıdır. Milu (mənası Fındıq və ya Muncuq, ingiliscə isə adı Snowy) ilə Tintin arasında əlaqələr çox dərindir və onlar bir-birilərini bir çox dəfə xilas ediblər.
Bir neçə istisna olmaqla (Məsələn, Tintin SSRİ-də) Tintin Milunun bir it olmasından danışmaz. Onlar bir-birilərini yaxşı başa düşürlər. Milunun komiksdəki qəhrəmanlara bir çox töhfəsi olmuşdu. Məsələn, "Sidneyə 714 nömrəli reys" kitabında yadplanetlilər tərəfindən qaçırıldığını xatırlayan yeganə obraz odur.
Kapitan Haddok kimi, Milu da "Loch Lomond" pivəsi içməyi sevir. Amma arada sərxoş olması onu bəlayə salır
Milu adı Erjenin ilk qız dostunun adı Mariya Luizin qısaltmasından əmələ gəlmişdir. Amma komiksdə Milu erkək itdir.
Dupont və Dupond arasında hansısa qohumluq əlaqəsi olmasa da əkiz kimi görsənən iki detektivdir. Onların yeganə fərqi bığlarıdır. Komiks boyunca ən çox gülməli epizodları onlar yaradırlar, çünki eyni cümləni müxtəlif şəkildə deyirlər. Tamamilə qabiliyyətsizdirlər, həmişə yanlış insanı həps edirlər, amma hər dəfə vacib tapşırıqlar (Məsələn, Sildaviyanın kosmik layihəsinin təhlükəsizliyini təmin etmək) onlara verilir.
Burulmuş bığları olan Dupont, düz bığı olan Duponddur.
Detektivlər xaricdə olmadıqları zaman əsa və kostyumla gəzirlər. Tapşırıqları zamanı yerli əhaliyə qarışmaq üçün yerli geyimləri geyinmək istəyirlər, amma hər dəfə axmaq geyimlər seçirlər. Dupont və Dupond əvvəl əlavə personajlar idi, amma daha sonra əsas personajlara çevrildilər.
Erje bu personajları eyni tip geyim geyən ata və qardaşından ilham alıb yaratmışdı.
Komiksin tərcüməçiləri bir-birinə oxşar olan adlar seçirdilər. Məsələn, ingilislər Tomson və Tompson, almanlar Şultze və Şulze, hollandlar Yansen və Yanssen, ispanlar Ernandez və Fernandez, çinlilər Duben və Dubenq, benqallar Conson və Ronson, islandiyalılar Skapti və Skafti kimi tərcümə etmişdilər. Digər dillərdə isə eyni və ya bənzər adlar qoyulur.
Maraqlıdır ki, bu personajların ingilis versiyası olan Tomson və Tompson adları 1980-ci illərin ingilis rok qrupu olan "Thompson Twins" üçün ilham vermişdir.
Komiksdə bir çox əlavə personaj var. Ən çox önə çıxanlar Bianka Kastafiore ilk olarak "Ottokarın Əsası" kitabında ortaya çıxmışdı. Milan Bülbülü olaraq tanınansa da səsi Haddokun heç cür xoşuna gəlmir. "Kastafiore zinət əşyaları" kitabında Haddok ilə evlənəcəyi yazılır. Rastapopoulos isə Tintinin ən böyük düşmənidir. İlk olaraq "Fironun siqarları" kitabında ortaya çıxıb. "Anbardakı kömür", "Sidneyə 714 nömrəli reys" və "Mavi Lotus" əsərlərində Tintinə düşməndir. Tintinin digər düşməni Komandir Zut isə "Anbardakı kömür" kitabında ilk dəfə görünüb.
Tintin macəraları ancaq Avropalı olmayanların karikaturalarına üstünlük vermək kimi faktorlara yer verməsi komiksi irqçiliklə günahlandıranların sayını artırmışdı. Ancaq Erje 1936-cı ildə "Mavi Lotus"u yazanda yeni ideologiyaya yer verdi. "Mavi Lotus"da hadisələr Çin-Yaponiya müharibəsindən ilham alınaraq (1937–1945) Çində baş verir. Erje bu əsəri yazana qədər Çin haqqında araşdırmalar apardı. Yaponiyanın və Qərbin Çinin müstəmləkələşdirilməsi işinə burnunu soxmasını tənqid etmiş və Çin haqqında bəzi yanlış fikirləri dilə gətirmişdi.
Tintin macəralarının bəzi hissələri nəşriyyatların istəyi ilə Erje tərəfindən dəyişdirilmişdir. Məsələn, ABŞ nəşriyyatçıları Amerikadakı bütün zənci personajların hamısını ağ və ya seçilməyən rəngdə olmasını istəmişdi. "Sirli ulduz"dakı mənfi personaj yəhudi adındakı bir ABŞ-lı olsa da, gələn təzyiqlər nəticəsində əvvəl bu personaj əsli bilinməyən ABŞ-lı ilə, daha sonra uydurma ölkədə yaşayan cənubi amerikalı ilə əvəz edilmişdi.
"Tintin Konqoda" Tintin macəralarının ən mübahisəli olanıdır. Kitabda tez-tez irqçi fikirlərin verilməsi və heyvanlara qarşı şiddətə yer verilməsi böyük tənqidə səbəb olmuşdur. Erje iddia etmişdi ki, sadəcə o dövrün reallıqlarını əks etdirmişdir. 1946-cı ildə albom yenidən yaradılanda Erje Konqonun Belçika koloniyası olduğu haqqındakı istinadları ortadan qaldırmışdı, lakin mübahisələri yatırmağa bəs etməmişdi. Mübahisəli vəziyyətinə görə albom ingilis dilində ancaq ağ-qara şəkildə nəşr edildi. Albom Skandinaviyada yayınlananda isə nəşriyyatçılar 56-cı səhifədəki biabırçı səhnəyə etiraz bildirdilər. Bu səhnədə Tintin dinamit çubuğu ilə kərgadanı partladırdı. Erjedən səhifənin yenidən çəkilməsini istədilər və Erje bu istəklərini yerinə yetirdi. Heyvanı parçalamaq əvəzinə kərgədan səhvən Tintinin silahını işə salır və qorxub qaçır.
Belçika poçtu 1979-cu il 1 oktyabrda Gənclik Marka Kolleksiyaçılığı gününü qeyd etmək üçün üzərində Tintin şəkli olan marka buraxdı. Bu ilk poçt markası idi ki, üzərində bir komiks qəhrəmanının təsviri var idi. Bu markalar Belçikanım Brayn-le-Komte, Yadoyn, Maasmexelen və Zviynarde şəhərlərində satıldı və qiyməti 8 Belçika frankı idi. Belçikada ikinci Tintinli marka isə 1999-cu il 15 oktyabrında buraxılıb və "Aya ayaq basdıq" albomuna həsr olunub. Hollandiya Krallıq Poçtu isə 8 oktyabr 1999-cu ildə bir neçə Tintin markaları buraxdı və bir neçə saat içində hamısı satıldı. 2004-cü il yanvarında isə Tintinin 75 yaşı münasibətilə Belçikada 50.000 ədəd limitli 10 avroluk xatirə sikkələri buraxıldı.
Tintin macəraları albom halına gətirilməzdən əvvəl bölümlər şəklində 3 nəşriyyatda yayınlanırdı. Bu nəşriyyatlardan iki qəzet biri jurnal idi. 1929–1939-cu illərdəki Tintinin ilk səkkiz macərası və 1939–1940-cı illərdəki 15-ci macərası Belçikada çıxan "Le Vingtième Siècle" ("İyirminci Əsr") qəzetinin uşaqlar üçün həftəlik əlavəsi olan "Le Petit Vingtième"-də yayınlandıqdan sonra ağ-qara şəkildə albom halına gətirildi. "Tintin SSRİ-də" xaric bütün macəraları sonradan rəngləndirilmişdir. "Tintin SSRİ-də" heç vaxt rəngləndirilməmişdir. (Qeyri-rəsmi albomlar istisnadır). İkinci dünya müharibəsi illərində — 1940–1944-cü illərində Tintinin macəraları digər Belçika qəzeti olan "Le Soir"-də ("Axşam") nəşr olunduqdan sonra kitablaşdırıldı. 1946-cı ildən isə macəralar yenə Tintinin adını daşıyan "Le Journal de Tintin"də ("Tintin jurnalı") bölümlər şəklində yayınlandı, daha sonra albomlaşdırıldı. 1941-ci ildən sonra çıxan albomlar rəngli çəkilmişdi.[1]
Jurnal / Qəzet | Albom | ||||||
Fransızca adı | Azərbaycanca adı | Le Petit Vingtième |
Le Soir | Le Journal de Tintin |
Ağ-qara albom |
Rəngli albom | |
---|---|---|---|---|---|---|---|
1 | Tintin au pays des Soviets | Tintin SSRİ-də | 1929–1930 | - | - | 1930 | - |
2 | Tintin au Congo | Tintin Konqoda | 1930–1931 | - | - | 1931 | 1946 |
3 | Tintin en Amérique | Tintin Amerikada | 1931–1932 | - | - | 1932 | 1946 |
4 | Les Cigares du pharaon | Fironun siqarları | 1932–1934 | - | - | 1934 | 1955 |
5 | Le Lotus Bleu | Mavi Lotus | 1934–1935 | - | - | 1936 | 1946 |
6 | L'Oreille cassée | Qırıq qulaq | 1935–1937 | - | - | 1937 | 1943 |
7 | L'Île Noire | Qara ada | 1937–1938 | - | 1965–1966 | 1938 | 1943 / 1966 |
8 | Le Sceptre d'Ottokar | Ottokarın əsası | 1938–1939 | 1939 | 1947 | ||
9 | Le Crabe aux pinces d'or | Qızıl qısqaclı xərçəng | - | 1940–1941 | 1941 | 1943 | |
10 | L'Étoile mystérieuse | Sirli ulduz | - | 1941–1942 | - | - | 1942 |
11 | Le Secret de la Licorne | Təkboynuzun sirri | - | 1942–1943 | - | 1943 | |
12 | Le Trésor de Rackham le Rouge | Qızıl quldurun xəzinəsi | - | 1943 | - | - | 1945 |
13 | Les 7 boules de cristal | Yeddi kristal kürə | - | 1943–1944 | - | - | 1948 |
14 | Le Temple du Soleil | Günəş Məbədi | - | - | 1946–1948 | - | 1949 |
15 | Tintin au pays de l'or noir | Qara qızıl diyarında | 1939–1940 | - | 1948–1950 | - | 1950 /1971 |
16 | Objectif Lune | Hədəf Ay | - | - | 1950–1953 | - | 1953 |
17 | On a marché sur la Lune | Aya ayaq basıldı | - | - | 1950–1953 | - | 1954 |
18 | L'Affaire Tournesol | Turnosol hadisəsi | - | - | 1954–1956 | - | 1956 |
19 | Coke en stock | Anbardakı kömür | - | - | 1956–1958 | - | 1958 |
20 | Tintin au Tibet | Tintin Tibetdə | - | - | 1958–1959 | - | 1960 |
21 | Les Bijoux de la Castafiore | Kastafiorenin zinət əşyaları | - | - | 1961–1962 | - | 1963 |
22 | Vol 714 pour Sydney | Sidneyə 714 nömrəli reys | - | - | 1966–1967 | - | 1968 |
23 | Tintin et les Picaros | Tintin və Pikarolar | - | - | 1975–1976 | - | 1976 |
24 | Tintin et l'Alph-Art | Tintin və Alf Art | - | - | - | 1986 / 2004 |
"Tintin SSRi-də"dən "Qızıl qısqaclı xərçəng"ə qədər olan 9 albom ağ-qara çəkildi. Bunlardan ilki istisna olmaqla sonradan rəngləndirildi. 1941-ci ildən sonrakı albomlar başdan rəngli hazırlandılar. Rəngləndirilmiş albomlar ən çox 21, ən az 3 il sonrakı nəşrlərində göründülər.[1] "Tintin SSRİ-də" ən uzun albomdur və 138 səhifədir. Digər bütün albomlar 62 səhifədir.
Sıra | İl | Fransızca adı | Azərbaycanca adı |
---|---|---|---|
1 | 1930 | Tintin au pays des Soviets | Tintin SSRİ-də |
2 | 1931 | Tintin au Congo | Tintin Konqoda |
3 | 1932 | Tintin en Amérique | Tintin Amerikada |
4 | 1934 | Les Cigares du pharaon | Fironun siqarları |
5 | 1936 | Le Lotus Bleu | Mavi Lotus |
6 | 1937 | L'Oreille cassée | Qırıq qulaq |
7 | 1938 | L'Île Noire | Qara ada |
8 | 1939 | Le Sceptre d'Ottokar | Ottokarın əsası |
9 | 1941 | Le Crabe aux pinces d'or | Qızıl qısqaclı xərçəng |
10 | 1942 | L'Étoile mystérieuse | Sirli ulduz |
11 | 1943 | Le Secret de la Licorne | Təkboynuzun sirri |
12 | 1944 | Le Trésor de Rackham le Rouge | Qızıl quldurun xəzinəsi |
13 | 1944 | Les 7 boules de cristal | Yeddik kristal kürə |
14 | 1949 | Le Temple du Soleil | Günəş məbədi |
15 | 1951 | Tintin au pays de l'or noir | Qara qızıl diyarında |
16 | 1953 | Objectif Lune | Hədəf Ay |
17 | 1954 | On a marché sur la Lune | Aya ayaq basıldı |
18 | 1956 | L'Affaire Tournesol | Turnosol hadisəsi |
19 | 1958 | Coke en stock | Anbardakı kömür |
20 | 1960 | Tintin au Tibet | Tintin Tibetdə |
21 | 1963 | Les Bijoux de la Castafiore | Kastafiorenin zinət əşyaları |
22 | 1968 | Vol 714 pour Sydney | Sidneyə 714 nömrəli reys |
23 | 1976 | Tintin et les Picaros | Tintin və Pikarolar |
24 | 1986 | Tintin et l'Alph-Art | Tintin və Alf-Art |
"Tintin və Qızıl Kürk" filmi və albomunda hadisələr Yunanıstan və İstambulda cərəyan edir. 1961-ci ildə film əsasında albom hazırlanmışdır.[2] Filmin rejissoru Jan-Jak Vyarn olmuş, baş rollarında Jan-Pyer Talbot (Tintin rolunda) və Corc Vilson (Kapitan Haddok) oynamışdılar.[3] "Tintin və Mavi portağallar" film[4], "Tintin və Köpək balıqlı göl" isə cizgi film olmuşdur.[5]
İl | Fransızca adı | Azərbaycanca adı |
---|---|---|
1961 | Tintin et le mystère de la Toison d'or | Tintin və Qızıl Kürk |
1964 | Tintin et les oranges bleues | Tintin və Mavi portağallar |
1972 | Tintin et le lac aux requins | Tintin və Köpək balıqlı göl |
İl | Orjinal adı | Azərbaycanca adı | Haqqında |
---|---|---|---|
1988 | Breaking Free | Qurtuluş | Albomda Tintin kommunist baxışındadır. 176 səhifəlik albom J. Daniels adlı yazıçı tərəfindən yazıldı və "Attack International" nəşr evi tərəfindən ingiliscə İngiltərədə yayınlandı. Albomda Tintinin İngiltərənin yoxsul ailə sinfində doğulub inqilaba qatılmasından söz açılır. |
Tintin in Lebanon | Tintin Livanda | "National Lampoon" jurnalında yayınlandı. Antiislam mövzusuna yer verən albomda Ronald Reyqanın siyasəti dəstəklənir. | |
2003 | Tintin in Iraq | Tintin İraqda | 2003-cü ildə İraq işğalından sonra yaradıldı. Albomda müharibəyə yol açanlar və yol açan amilllər pislənilir. |
1960-cı illərdə Türkiyədə bir sıra Tintin albomları nəşr olunmuşdur (Çıxış sırası ilə);[*]
Türk Tintinləri |
---|
Tintin İstanbulda |
Mərmərə canavarı |
Tintin Afrikada |
Marsa gedirik! |
Uğursuz film |
Sirli sirk |
Aristokratlara qarşı |
Pərili dağ |
Adamyeyənlər adasında |
1991-ci ildə Erjenin macəralarına əsasən "Les Aventures de Tintin" adlı cizgi filmi yayınlanmağa başlandı. 21 Tintin macərası 30 dəqiqəlik 39 hissə şəklində 3 mövsüm boyunca efirə çıxdı. Macəralar əsasən 2 hissə ilə göstərilirdi və xronloji ardıcıllıq nəzərə alınmamışdı. Cizgi film 1941-ci ildəki "Qızıl qısqaclı xərçəng" macərası ilə başlayır, 1932-ci ildəki "Tintin Amerikada" macərası ilə bitir. 24 macəranın 3-ü bilərəkdən yayınlanmadı. Bunlar "Tintin SSRİ-də", "Tintin Konqoda" və "Tintin və Alf-Art" olmuşdur. Bu cizgi film sonda DVD şəklinə salındı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.