Azərbaycan, Yaxın Şərq, dünya, xüsusilə İslam dünyasında baş verən hadisələr haqqında xəbər verən azərbaycandilli onlayn internet qəzeti və portalı. From Wikipedia, the free encyclopedia
İslamazeri.com — Azərbaycan, Yaxın Şərq, dünya, xüsusilə İslam dünyasında baş verən hadisələr haqqında xəbər verən azərbaycandilli onlayn internet qəzeti və portalı.
islamazeri.com | |
---|---|
URL | www.islamazeri.com |
Qeydiyyat | 2008 |
Dilləri | Azərbaycanca |
Sahibi | Ramin Bayramov[1][2] |
Açılma tarixi | 24 noyabr 2006 ) |
Sayt 24 noyabr 2006-cı ildə fəaliyyətə başlayıb. Gündəlik xəbərlər, islami və digər məlumatlar saytda yer almışdır.[3][4]
Azərbaycan internet məkanında ilk dəfə islami internet radiosu təsis edən "İslamazeri" portalı, sonradan video-xəbərlərin yayımına da başlamışdır.[5]
2008-ci ildən isə artıq peşakar səviyyədə onlayn xəbərlər xidmətinə keçmişdir.[3] 2010-cu ildə saytın rusca versiyası fəaliyyət göstərib.[6]
2011-ci ildə saytın baş redaktoru Ramin Bayramov Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb.[7][8][9] "Freedom House" müstəqil nəzarət təşkilatı 2012-ci ildə yayımladığı "İnternetdə azadlıq" (Arxivləşdirilib 2017-06-12 at the Wayback Machine) adlı hesabata əsasən Azərbaycanda internet "qismən azad" vəziyyətdə qeyd edilib və "İslamazeri" saytının baş redaktoru Ramin Bayramovun həbs olunması Ərəb Baharı ərəfəsində Azərbaycanda internet azadlığının məhdudlaşdırılması ilə əlaqəndirilib.[10][11]
26 yanvar 2015-ci ildə islamzeri.az saytında texniki problemlər yaşanıb. Həmin gün səhər saatlarından yaşanan problemin səbəbi müəyyən edilə bilməyib. Azərbaycan ərazisindən saytın “.az” domenindən girişə məhdudiyyət qoyulub. “.com” domeni isə fəaliyyətini davam etdirib.[12]
3 oktyabr 2015-ci ildə günorta saatlarından etibarən "İslamazeri" saytına xaker hücumları edilib. Hücumlar saytın yerləşdiyi serverə "DDOS Attack" üsulu ilə edilib. Buna görə də saytın yayımını bərpa etmək mümkün olmayıb.[13]
6 noyabr 2015-ci ildə "İslamazeri" saytı və rəsmi facebook səhifəsi xaker hücumuna məruz qalaraq ələ keçirilib.[14] Saytın ələ keçirilməsindən dərhal sonra son 10 günün xəbərləri xakerlər tərəfindən kütləvi şəkildə silinib. Bir müddət sonra sayt üzərindəki idarəçilik bərpa edilsə də, səhifəni geri qaytarmaq mümkün olmayıb.[15]
25 noyabr 2015-ci il tarixindən bir müddət Azərbaycandan islamazeri.az saytına giriş mümkünsüz hala gəlmişdir. Bununla bağlı sayt idarəçilərinin yaydığı məlumata görə, ölkə provayderləri saytı bloklamışdır. Sayt idarəçiləri bunu söz azadlığı və insan haqlarının kobud surətdə pozulması kimi qiymətləndirmiş, müvafiq orqanları bu qanunsuzluğun aradan qaldırılması üçün tədbir görməyə çağırmışdır.[16] Bir müddətdən sonra bu problem həll edilmiş və sayt öz əvvəlki fəaliyyətinə davam etməyə başlayıb.
8 sentyabr 2016-cı ildə sayt öz 10 illiyi münasibətilə həm veb, həm də mobil variantını 2-ci dəfə yeniləyərək, yeni qrafika ilə fəaliyyətini davam etdirməyə başlayıb.[17][18]
18 dekabr 2016-cı ildə Xəzər TV-də yayımlanan “Facebook”dan yalan məlumat yayanlara qarşı sanksiya" başlıqlı reportajda "İslamazeri" saytının hakerlər tərəfindən ələ keçirilmiş "Facebook" səhifəsində reportajdan iki il öncə paylaşılan məlumatı xəbərlər proqramında yayımlayıb.[19] "İslamazeri" saytı 19 dekabr tarixində bu hadisəyə münasibət bildirmiş və sözügedən iddianı qara PR adlandırmışdır.[20][21]
16-31 mart 2017-ci il tarixində Azərbaycandakı bəzi provayderlər tərəfindən saytın ".az" domenli formasına girişə tam, ".com" domenli formasına isə qismən məhdudiyyətlər qoyulmuşdur.[22][23] Bununla əlaqədar olaraq sayt ".az" domenindən tamamilə ".com" domeninə keçmişdir.
2017-ci ilin sonunda saytın təsisçisi və baş redaktoru Ramin Bayramov Bakı Hava Limanında yenidən saxlanılıb.[24]
5 aprel 2018-ci ildə Elçin Alıoğlu Milli.Az saytında "Azərbaycan müxalifətinin "sirdaş"ları: Pensilvaniyadan Quma uzanan yol" başlıqla məqalə yazaraq "İslamazeri" və saytın baş redaktoru Ramin Bayramova qarşı bəzi ittihamlar irəli sürmüş[25], R. Bayramov da 7 aprel tarixində bu ittihamlara cavab vermişdir.[26]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.