Meydan TV

From Wikipedia, the free encyclopedia

Meydan TV

Meydan TV — 10 mart 2013-cü ildə Emin Milli, Həbib MüntəzirCamal Əlinin təsisçiliyi ilə yaradılmış internet kanalı.[1][2] Kanal ilk dəfə 15 may 2013-cü ildə peyk vasitəsilə yayımlanıb. Meydan TV Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumudur. Müstəqil fəaliyyət göstərdiyi üçün zaman–zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

Cəld faktlar Ölkə, Dil ...
Meydan TV
Thumb
Meydan TV- nin loqosu
Ölkə Almaniya
Dil Azərbaycan dili
Baş qərargah Berlin, Almaniya
Yaranma tarixi 15 may 2013
Rəhbərlik Emin Milli (2013–2019)
Şüar Azad və alternativ media kanalı
Sayt meydan.tv
Bağla

2015-ci ildə Meydan TV haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Abbasov 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində Meydan TV-nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə hack olunub, materialları silinib.

2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum oldu ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefon nömrələrini dinləyib.

İstinadlar

Xarici keçidlər

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.