Tintin macəraları
From Wikipedia, the free encyclopedia
Tintin macəraları (fr. Les Aventures de Tintin) — Belçikalı Erje tərəfindən yaradılmış komiks. XX əsrin ən məşhur komikslərindən biridir. Komiks əsasında çəkilmiş serial 50 dilə tərcümə olunmuşdur
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tintin macəraları | |
---|---|
Les Aventures de Tintin | |
| |
Müəllif | Erje |
Janr | Komiks |
Orijinalın dili | fransız dili |
Ölkə | Belçika |
Orijinalın nəşr ili | 1929 |
Vikianbarda əlaqəli mediafayllar |
Komiksin qəhrəmanı jurnalist və səyyah olan gənc Tintindir. Macəralarında ona sadiq iti Milu, dostu kapitan Heddok və digər personajlar kömək göstərirlər.
Bu komiksin "ligne claire" tərzində olması, gözlənilməz hadisələri böyük rəğbət qazanmışdır. Hadisələr bir çox janrı əhatə edir: kriminal, elmi, fantaziya və s.
Tintin Belçikanın paytaxtı və Erjenin doğum yeri olan Brüsseldə yaşayır. Bu faktı Tintinin Brüsselə geri qayıtdığı deyilən "Tintin SSRİ-də" və dostu Çanqın Tintin üçün məktubunu Brüsselə göndərdiyi danışılan "Tintin Tibetdə" kitabında görmək olar. Digər kitablarda da bununla bağlı faktlar tapmaq mümkündür (Brüsselin tanınmış yerləri, maşın seriya nömrələri və s.). Amma "Qızıl quldurun xəzinəsi" kitabında xəzinənin Mulensar qəsrinə aparıldığı deyilir və buranın hansı yer olduğu mübahisəli olaraq qalır.