Sirli ulduz — Məşhur belçikalı komiks yazıçısı Erjenin qələmə aldığı Tintin macəralarının bir seriyası. Bu seriyanın qəhrəmanı Yerə düşən meteoriti tapmaq üçün Şimal dənizinə yollanan müxbir Tintindir.
"Sirli ulduz" Tintin macəralarının 10-cu hissəsidir. Macəra 1941-ci il 20 oktyabrından 21 may 1942-ci ilə qədər "Le Soir" qəzetində yayımlanmışdır.
Mövzu
Tintin bir isti yay günü Milu ilə gəzişərkən göydə əvvəl heç vaxt görmədiyi parlaq ulduz diqqətini çəkir. Ulduz haqqında məlumat almaq üçün rəsədxanaya baş vuran Tintin onun əslində ulduz yox, Yerlə toqquşacaq olan kometa olduğunu öyrənir. Dünyanın sonun gəldiyini düşünən Tintin kədərlənir. Amma sabahısı gün zəlzələdən başqa hadisə baş vermir. Astronomlar kometanın trayektoriyasını səhv hesablamışdılar. Kometa Yer ilə toqquşmamışdır, amma bir hissəsi Şimal dənizinə düşmüşdür. Bu hissə isə naməlum kimyəvi elementdən təşkil olunmuşdur. Tintin həmin hissənni tapmaq üçün Avropa Elmi Araşdırma Qurumu (uydurma) tərəfindən təşkil olunan səfər qatılır. Səfərə Tintinlə yanaşı müxtəlif ölkələrdən elm adamları və "Üfiq" gəmisinin kapitanı Haddok da qatılır. Amma həmin parçanı tapmaq istəyən onlar deyildirlər: Sao Riko (uydurma) ölkəsinin bankiri yeni elementi ələ keçirmək istəyir. Bunun üçün sadəcə öz adamlarını göndərir, həm də "Üfiq" gəmisini dayandırmaq üçün müxtəlif hiylələrdən istifadə edir. Sonda komet parçasına birinci Tintin çatır. Amma özünü yeni elementin təsiri ilə sürətlə böyüyən bitkilərin dünyasında tapır . Kometadan bir kiçik nümunə alan Tintin gəmiyə minib ölkəsinə qayıdır. Kometanın qalan hissəsi Şimal dənizinə batır.
Bəzi qeydlər
- Bu kitab Erje tərəfindən yazılanda onun yaşadığı Belçika Almaniyanın işğalı altında idi. Buna görə komiksdə iştirak edən alimlər və dənizçilər tərəfsiz ölkələrin vətəndaşları kimi təsvir olunub. Həmin səbəbə görə Tintinin rəqibi olan bankir əvvəl ABŞ-lı kimi təqdim edilsə də, daha sonra onu Sao Riko adlı xəyali ölkənin bankiri ilə əvəz etdi. Həmçinin 35-ci səhifədəki ABŞ bayrağı Sao Riko-nun xəyali bayrağı ilə əvəz olunmuşdu. Amma bəzi nüanslar, məsələn, rəqib şirkətlərin gəmilərinin adları (Peary ve Kentucky Star) ABŞ mənşəlidir. Bankın adamları (Conson, Duqlas) Amerikan adları daşıyırlar.
- Tintinin səyahət zamanı onun istifadə etdiyi təyyarə İkinci dünya müharibəsində Almaniyanın istifadə etdiyi cəsus təyyarəsidir.
- 20-ci səhifədə Dupont və Dupondun önündə Erjenin digər komiksinin qəhrəmanları Kvik və Flupk təsvir olunub.
- Bu macərada Tintin istədiyi etmək üçün Kapitan Haddoka içki içizdirir (səhifə 37). Tintin bunu bir daha "Tintin Tibetdə" macərasında edəcəkdir.
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.