From Wikipedia, the free encyclopedia
Olimpiya simvolu — Olimpiya Oyunlarını təbliğ etmək üçün Beynəlxalq Olimpiya Komitəsi tərəfindən istifadə olunan nişanlar, bayraqlar və rəmzlərdir. Olimpiya Hərəkatının dəyərlərini və mənasını simvollarla ifadə edirlər. Bu simvollar həm də sadə və dolayı yolla Oyunlar haqqında məlumat verir.[1]
Olimpiya şüarı Citius (daha sürətli), Altius (daha yüksək), Fortius (daha güclü) latın sözlərindən əmələ gəlmişdir. Bu şüar 1894-ci ildə Beynəlxalq Olimpiya Komitəsi yaradılanda Pyer de Kuberten tərəfindən təklif olunub. Kuberten bu ideyanı patriot atlet olan dostu Dominikan keşiş Anri Didondan götürmüşdü.
Kuberten deyirdi: "Bu üç söz mənəvi gözəlliyin proqramını təmsil edir. İdmanın estetikası hiss olunmayandır." Şüar 1924-cu ildə Parisdə keçirilən Olimpiya Oyunlarında təqdim olunub.[2] Daha çox qeyri-rəsmi olan, ancaq daha çox səslənən bir fikri də Kuberti təqdim edib:" Ən vacib olan şey qalibiyyət deyil, iştirak etməkdir." Kuberten bu şüarı 1908-ci il London Oyunları zamanı Pensilvaniya Yepiskopu tərəfindən oxunan moizələrdən götürüb.[3]
Olimpiya oyunlarının əsas simvolu olan Olimpiya halqaları ağ fonda göy , sarı , qara, yaşıl və qırmızı rənglərdən ibarət olan beş bir-birinə birləşdirilmiş halqadan tərtib olunub . Simvol ilkin olaraq Baron Pyer de Kuberten - müasir Olimpiya Oyunlarının həmtəsisçisi tərəfindən 1912-ci ildə hazırlanıb. Kubertenin sözlərinə görə, ağ fondakı rəngli halqalar o vaxt Olimpiya Oyunlarında yarışan bütün milli bayraqlarda görünən rənglərdən xəbər verir. Bu simvolun ilk təqdimatında 1912-ci ilin Olimpiadasında Kuberten aşağıdakı bəyannamə ilə çıxış edib.
Bu beş rəng istisnasız olaraq, bütün xalqların rənglərini özündə cəmləşdirib. İsveçin göy və sarı, Yunanıstanın ağ və göy, Fransa, İngiltərə , Almaniya, Amerika , Belçika, İtaliya , Macarıstanın hər üç rəngini, İspaniyanın sarı və qırmızı, yeni Çin və qədim Yaponiyanın , Braziliya və Avstraliyanın yeniliklərini özündə təcəssüm etdirir. Bax bu həqiqətən də beynəlxalq simvoldur. |
1914-cü il Konqresi Birinci dünya müharibəsinin başlanmasına görə təxirə salındı, ancaq simvol və bayraq daha sonralar qəbul edildi. Onlar birinci dəfə rəsmi olaraq , 1920-ci ildə Belçikanın Antverpen şəhərində Yay Olimpiya Oyunlarında təqdim edildi.[4]
Simvolların məşhurluğu və geniş yayılaraq istifadəsi Berlində 1936-cı il Yay Olimpiya Oyunları ərəfəsində başladı. 1936-cı il Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin prezidenti Karl Diyem məşhur ibadətgahın yerləşdiyi və həm də , Pythian oyunlarının keçirildiyi Delphidə stadionda məşəlin estafetinin başlanmasını istəyirdi. Bu səbəbə görə o, həmin yerdə Olimpiya halqaları ilə mərhələnin başlanması üçün yerin tikintisinə və Berlinə buradan üç nəfərin müşaiəti ilə məşəlin daşınmasına göstəriş verdi. Bu mərasim təntənə ilə qeyd edilmişdir, ancaq burdakı mərhələnin başlanması yerində qurulmuş daş heç vaxt götürülməmişdir. Sonralar iki Britaniyalı təşəbbüskar Linn və Qrey Poole 1950 –ci illərdə Delphiyə səyahətləri zamanı bu daşı gördülər və “Qədim Oyunların Tarixi” haqqında bildirdilər ki, məhz Olimpiya halqalarının dizaynı qədim Yunanıstandan gəlir. Bu “Karl Diyemin Daşı” kimi də tanınır.[5] Halqalar sonradan Üçüncü Reyxi şöhrətləndirmək səyləri çərçivəsində 1936-ci ildə Nasist təsvirlərdə nəzərəçarpacaq dərəcədə göstərilirdi.[6]
Olimpiya nizamnaməsindən oxumaq olar ki, Olimpiya rəmzi Olimpiya Oyunlarında , dünyanın bütün ölkələrindəki idmançıların görüşünü və dünyanın beş bölgəsinin birliyini təsvir edir. Lakin, heç bir qitə xüsusi halqa ilə təsvir edilmir. 1951-ci ilə qədər, rəsmi rəhbərlik bəyan etmişdir ki, hər bir rəng xüsusi olaraq bir qitəyə uyğundur: göy rəng Avropanı, sarı rəng Asiyanı, qara rəng Afrikanı, yaşıl rəng Avstraliya və Okeaniyanı , qırmızı rəng isə Amerikanı təsvir edir. Ancaq bu ideya aradan qaldırılmışdır, çünki Kubertenin bu fikirdə olmasına aid heç bir sübut yoxdur.[7]
Olimpiya bayrağı 1914-cü ildə Pyer de Kuberten tərəfindən yaradılıb.
Olimpiya bayrağı... ağ fonun mərkəzində bir-birinə birləşmiş beş halqa var: göy, sarı, qara, yaşıl və qırmızı. Bu dizayn simvolikdir. Bu Olimpizmlə birləşmiş dünyanın beş insan məskunlaşmış qitəsini təsvir edir. Altı rəng hazırda dünyanın bütün milli bayraqlarında mövcud olan rənglərdir. |
—Pyer de Kuberten (1931)[8]
Növbəti Olimpiya oyunlarına ev sahibliyi edəcək şəhərlər tərəfindən sərgilənən xüsusi Olimpiya bayraqları var. Hər bir Olimpiadanın bağlanış mərasimi zamanı Antverpen mərasimindəki kimi tanınan ənənədə, Oyunların təşkil edildiyi şəhərin meri bayrağı Beynəlxalq Olimpiya Komitəsinin prezidentinə geri verir və sonra bayraq növbəti ev sahipliyi edəcək şəhərin merinə keçir. Bu bayraqlar hər bir oyunlar üçün xüsusi olaraq yaradılan və dizayn olunan— ev sahipliyi edən şəhərin stadionunda dövrə vurub və sonra aparılan çoxlu Olimpiya bayraqları ilə dəyişik salına bilməz. Çünki bu məqsədlər üçün xüsusi bayraqlar yoxdur. Ümumilikdə stadionun üzərində dövrə vuran bayraqlarda kiçik rəng dəyişiklikləri və nəzərəçarpacaq dərəcədə hər bir halqanın ətrafında ağ konturun olması kimi incə fərqlər var.
İlk Olimpiya bayrağı, Belçikanın Antverpen şəhərində baş tutmuş 1920-ci il Yay Olimpiya Oyunlarında Beynəlxalq Olimpiya Komitəsinə təqdim olunub. Oyunların sonunda bayrağı tapmaq mümkün olmadı və yeni Olimpiya bayrağı Parisdə təşkil olunacaq 1924-cü il Yay Olimpiya Oyunları üçün yenidən hazırlamalı idi. Bayrağın əvəzlənməsinə baxmayaraq, Beynəlxalq Olimpiya komitəsi hələ də, rəsmi olaraq ilk bayrağı “Antverpen bayrağı” adlandırır.[9] Norveçin paytaxtı Osloda 1952-ci il Qış Olimpiya Oyunlarına qədər Qış və Yay Olimpiya Oyunlarının bayraqları növbəti Oyunlar təşkil olunacaq şəhərə sirayət edirdi. 1952-ci ildə Osloda yalnız Qış Olimpiya Oyunları üçün istifadə ediləcək bayraq yaradıldı. 1924-cü ildən sonra bayrağın 1988-ci il Seul Yay Olimpiya Oyunlarına qədər istifadəsi davam etdi. 1988-ci ildə Seulda bu bayraqdan imtina edildi.
1997-ci ildə ABŞ Olimpiya Komitəsi tərəfindən təşkil olunmuş ziyafətdə , jurnalist 1920-ci il ABŞ Olimpiya yığmasının hümdürlükdən suya tullanma üzrə bürünc medal qazanmış üzvü — Hel Heyqin Priestedən müsahibə alıb. Jurnalist bildirmişdi ki, Beynəlxalq Olimpiya Komitəsi orinijal Olimpiya bayrağına nə baş verdiyini müəyyən edə bilməmişdir. Prieste dedi: "Mən bununla sizə kömək edə bilərəm. Bu mənim paltar çamadanımdadır". Antverpen Olimpiadasının sonunda, komanda yoldaşı dalğıc Duke Kahanamoku tərəfindən cəsarətləndirilən Prieste bayraq dirəyinə çıxdı və Olimpiya bayrağını oğurladı. 77 il ərzində bayraq onun çamadanın alt hissəsinin saxlanılırdı. Bayrağı 103 yaşlı Preiste Beynəlxalq Olimpiya Komitəsinə 2000-ci ildə Sidney Yay Olimpiadasında xüsusi mərasimdə qaytarıb.[10][11] Orijinal Antverpen Bayrağı indi İsveçrənin Lozanna şəhərində Olimpiya Muzeyində nümayiş olunur.
Oslo bayrağı 1952-ci il Qış Olimpiadası zamanı Oslo şəhərinin meri tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə təqdim edilib. O vaxtdan bəri bu Qış Olimpiadasını qəbul edəcək növbəti şəhərə keçib. Hazırda faktiki Oslo bayrağı xüsusi qutuda saxlanılır və tam surəti son bağlanış mərasimləri zamanı istifadə olunmuşdur.[12]
Antverpen bayrağının davamçısı kimi, Seul bayrağı Cənubi Koreyanın Seul şəhərində 1988-ci il Yay Olimpiya Oyunlarında Beynəlxalq Olimpiya Komitəsinə təqdim olunub və o vaxtdan bəri Yay Olimpiya Oyunlarının təşkil olunacağı növbəti şəhərə keçir.
Gənclər arası Olimpiya Oyunlarının inauqurasiyası üçün Olimpiya bayrağı Oyunların kiçik versiyası kimi yaradılıb.[13] Bayraq Olimpiya bayrağına oxşayır, ancaq üzərində Oyunlara ev sahipliyi edəcək ölkə və il var. Bayraq birinci dəfə Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Jak Roqqe tərəfindən Sinqapura təqdim edilib. Bayraq 26 avqust 2010-cu ildə bağlanış mərasimi zamanı növbəti ev sahipliyi edəcək ölkə olan Nankinə təhvil verilib.[14]
Olimpiya məşəlinin estafetlə Yunanıstandan Oyunlar keçiriləcək şəhərə hərəkətinin müasir ənənəsi 1936-cı ildə Berlin Yay Olimpiya Oyunları zamanı başladı. Oyunların başlanmasından bir neçə ay əvvəl Olimpiya məşəli Yunanıstanın Olimpiya şəhərində Qədim Olimpiyanın yerləşdiyi yerdə Günəş şüalarını parabolik güzgü vasitəsilə əks etdirməklə yandırılır. Məşəl sonra Oyunların keçiriləcəyi qitə və ya ölkələrə ətrafında səhayət etmək üçün Yunanıstandan çıxarılır. Olimpiya məşəli atletlər, tanınmış şəxslər və ya adi insanlar tərəfindən aparılır. Bir çox hallarda Olimpiya məşəli qeyri adi şəraitdədə aparılıb. Məsələn, məşəl 1976-cı ildə Monrel Yay Olimpiya Oyunları zamanı elektronikanın köməyi ilə peyk vasitəsilə, 2000-ci ildə Sidneydə sönmədən su altından, 2014-cü ildə Soçidə Şimal qütbü və ya kosmosa çıxarılaraq ötürülüb. Məşəlin estafetinin son günündə, məşəl Açılış Mərasiminin keçirildiyi stadiona gətirilir və oyunların başlanmasını bildirən Olimpiadanın məşəlini yandırmaq üçün istifadə olunur.
Qalibləri təltif etmək üçün hazırlanmış Olimpiya medalları Olimpiya oyunları ilə bağlı olan simvollardan biridir. Medal qızıl suyuna salınmış gümüş, gümüş və bürüncdən hazırlanır və xüsusi tədbirdə ən yaxşı 3 finalçıya layiq görülür. Olimpiadalar üçün hazırlanan hər bir medalın ümumi dizaynı var. 1928-ci ildən 2000-ci ilə qədər medalların üz tərəfində sağ əlində qələbəlik tacını, sol əlində palmanı tutmuş qələbə ilahəsi olan Nikanın təsviri var idi. Bu dizayn Cüzeppe Cassioli tərəfindən yaradılmışdı. Hər bir Olimpiya oyunları etiketlər dəyişdirilir və oyunların ev sahipi əks etdirənlərlə əvəz olunur.
2004-cü ildə medalların üz tərəfində oyunların Yunan xarakterli olmasına daha çox istinad edilmişdir. Bu dizaynda ilahə Nika oyunların bərpasını əks etdirən Panatinaikos stadionun üzərindən uçan şəkildə təsvir olunub. Bu dizayn Yunanıstanın zinət əşyaları dizayneri Yelena Votsi tərəfindən hazırlanmışdı.[15]
Olimpiya himni Olimpiya bayrağı qaldırılan zaman səsləndirilir. Bu musiqi parçasının bəstəkarı Spiridon Samaras sözlərinin müəllifi isə yunan şair Kostis Palamasdır. Həm şair, həm də bəstəkar Beynəlxalq Olimpiya Komitəsinin ilk Prezidenti olmuş yunan Dimitrios Vikelasın seçimi idi. Himn ilk dəfə 1896-cı il Olimpiya Oyunlarının açılış mərasimi zamanı ifa olunmuşdur, lakin 1957-ci ilədək, Beynəlxalq Olimpiya Komitəsinin rəsmi himni qəbul edilməmişdir. Sonrakı illərdə, 1960-ci İl Roma Yay Olimpiya Oyunlarına qədər, hər bir ev sahibliyi edən ölkənin təşkilatçıları xüsusi olaraq, Oyunların himnini bəstələməyi tapşırığını vermişlər. Digər tanınmış Olimpiya himni və fanfaraları da var:
Olimpiya Oyunlarının tarixi ərzində Henri Mançini, Fransis Ley, Marvin Hamlisch, Filip Qlass, Devid Foster, Mikis Theodorakis, Ryuiçi Sakamoto, Vangelis , Bezil Poledouris, Maykl Kamen, Mark Uoters kimi bəstəkarlar da Olimpiya musiqisinə öz töhfələrini veriblər.
1968-ci il Qrönobl Qış Olimpiya Oyunlarından bəri hər bir Olimpiya Oyunlarının talisanı var. Talismanlar adətən, həmin ölkənin mədəniyyət xüsusiyyətlərini əks etdirən heyvan və bəzən də insan fiqurlarından ibarət olur. Olimpiya Oyunlarında ilk belə talisman 1980-ci il Moskva Yay Olimpiya Oyunlarındakı Mişa idi. Mişa televiziya animasiya cizgi filmlərində və Oyunların açılış və bağlanış mərasimlərində çox istifadə olunub. Müasir dövrdə satış üçün nəzərdə tutulan malların üzərində Olimpiya bayrağı və təşkilatın loqosundan daha çox talismanlara diqqət yetirilir.
Olimpiya salamı sağ qolun və əlin yuxarını işarə edərək , uzadılması ilə olan Roma salamının variantlarından biridir. Bundan başqa, ovucun içi geri çəkilməli və barmaqlar bir-birinə toxunmalıdır.[19] 1924-cü il Paris[20] və 1936-cı il Berlin[21] Yay Olimpiya Oyunlarının rəsmi posterlərində Olimpiya salamının təsvirini görmək olar. Həmçinin 1936-cı ildə Fransa və Kanada komandalarının Berlində Olimpiya stadionuna daxil olanda qollarını qaldıraraq salamlaması da çox məşhurdur.
Olimpiya çələngi Herakl tərəfindən təqdim edilmiş at nalı və ya dairə formasında toxunmuş zeytun budaqlarından ibarətdir.[22] Qədim Olimpiya Oyunlarında qızıl , gümüş və bürünc medallar yox idi. Hər yarışda yalnız bir qalib olurdu və o, Olimpiyada Zevsin məbədinin yaxınlığında olan müqəddəs zeytun ağacının yarpaqlarından hazırlanmış olimpiya çələngi ilə mükafatlandırılırdı. Qədim yunan komediyası olan Plutusda Aristofan niyə oyunların qalibinin qızılla medalla yox zeytun budağından hazırlanmış çələnglə mükafatlandırıldığını məntiqi olaraq qeyd edir.
Herodot isə zeytun çələngi ilə bağlı bu əhvalatı təsvir edir. Fermopil vuruşmasından sonra I Kserks bəzi Arkadiansları dindirərək, onlardan məlumat alırdı. O maraqlanırdı ki, nə üçün Fermopilin müdafiəsində az Yunanıstanlı kişi dayanmışdı. “Bütün digər kişilər Olimpiya Oyunlarında iştirak edirlər“ deyə cavab verildi. “Qaliblər üçün hədiyyə nədir?” deyə soruşuldu. “Zeytun çələngi “ deyə cavab verildi.[23]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.