From Wikipedia, the free encyclopedia
Pyer de Frédi, Baron de Kuberten (fr. Pierre Fredy de Coubertin, 1 yanvar 1863[1][2][…], VII arondisman[3] – 2 sentyabr 1937[4][1][…], Cenevrə[4]) — Fransız maarifçi, tarixçi və Beynəlxalq Olimpiya Komitəsinin banisidir. O, müasir Olimpiya Oyunlarının atası sayılır. Fransada zadəgan ailəsində anadan olub və o, geniş əhatəli məsələlər xüsusilə də, maarif və tarix sahəsində təhsil alaraq, akademik olub.
Pyer de Kuberten | |
---|---|
fr. Pierre Fredy de Coubertin | |
Doğum tarixi | 1 yanvar 1863[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 sentyabr 1937[4][1][…] (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Bua-de-Vo qəbiristanlığı |
Milliyyəti | Fransız |
Fəaliyyəti | Beynəlxalq Olimpiya Komitəsinin 2-ci prezidenti |
Fəaliyyət illəri | 1896 - 1925 |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Pyer de Frédi 1 yanvar 1863-cü ildə Parisdə zadəgan ailəsində anadan olub. O, Şarl Lui de Fredi və Aqata-Qabriel de Mirvillin dördüncü uşağı idi. Onun atası Şarl de Fredi Kuberten rəssam idi. Kuberti Parisdə Yezuit Kollecində təhsil almışdı. O, 1880-ci ildə ədəbiyyat üzrə bakalavr dərəcəsi alıb.[5]
O, Böyük Britaniya və Amerikanın bir sıra kollec və universitetlərinə gedərək, öz təhsilni təkmilləşdirmək qərarına gəlmişdi. Kubertin idmana böyük əhəmiyyət verirdi və gənclərin həyatının mühüm tərkib hissəsi kimi idmanı şəxsiyyətin ahəngdar inkişafı şərtlərindən biri qəbul edirdi. Kubertin həmçinin, Fransada Racing Métro 92 və Stade Français reqbi komandaları arasında birinci final matçının hakimi olmuşdu.[6]
Kuberten idmanın populyarlaşdırılması məqsədi ilə beynəlxalq yarışların keçirilməsi ideyası üzərində çox düşünmüşdü. Cəmiyyətin antik Olimpiya oyunlarına artan marağını görən Kuberten, Olimpiya oyunlarının bərpası layihəsini işləyib hazırladı və 25 noyabr 1892-ci ildə dünya şöhrətli Paris universitetində Olimpizmin Bərpası məruzəsi ilə çıxış etdi.[7]
1894-ci il iyunun 23-də Kubertenin səylərini uğurla nəticələnmişdir. Sarbonnada keçirilən konqresdə tarixi qərar qəbul edilmişdir. Bu ildə Beynəlxalq Olimpiya Komitəsi təşkil edilmiş və Kuberten baş katib vəzifəsini tutmuşdur. Konqresdə hər dörd ildən bir Oyunları keçirmək qərara alınmışdır. Müzakirələrdən sonra konqres müasir dövrün Birinci Olimpiya oyunlarının keçirilməsi barədə qərar qəbul edir və qədim Olimpiya Oyunlarına əsaslanaraq, ilk Olimpiya Oyunlarının Afinada keçirilməsi təklif olunur. Yeni yaranan Beynəlxalq Olimpiya Komitəsinin ilk prezidenti isə Demetrius Vikelas seçilir.
Oyunlar 1896-ci ilin yayında baş tutur və bu böyük uğur kimi qiymətləndirilir. Oyunlar başa çatdıqdan sonar Kuberten BOK-un yeni prezidenti seçilir. Növbəti illərdə Olimpiya hərəkatı ciddi çətinliklərlə üzləşməli oldu. 1900-cü il Paris və 1904-cü il Sent Luis Yay Olimpiya oyunları onlarla eyni vaxtda keçirilən Ümumdünya sərgisindən az diqqət cəlb edib. Vəziyyət 1906-cı ildə dəyişib, beləki, bu ildə Olimpiya Oyunlarının 10-cu ilinin şərəfinə xüsusi Olimpiya oyunları təşkil edilib və bu Olimpiya oyunları tarixində ən böyük idman hadisəsi olub.
1912-ci il Stokholm Oyunlarında Pyer de Kubertin yeni idman növünü – müasir beşnövçülüyü Olimpiya Oyunlarının proqramına daxil edib.[8]
1912-ci ildən 1948-ci ilədək, Kubertenin təşəbbüsü ilə Olimpiya oyunlarında incəsənət Müsabiqələri də keçirilib.[9] 1912-ci ildə ədəbiyyat sahəsi üzrə qızıl mükafatın sahipi Kuberten olub.[10] Bu mükafat ona Ode to Sport şeirinə görə 1912-ci il Olimpiyadasında təqdim olunub.
1916-ci ildə, Birinci dünya müharibəsinin qızğın çağında, Kuberten Fransa ordusunun tərkibində cəbhəyə yollanır. Buna görə prezidentlik postu müvəqqəti olaraq, komitə üzvlərindən biri olan isveçrəli Qodfrua de Bloneyə tapşırılır. Müharibə qurtardıqdan bir il sonra, 1919-ci ildə Kuberten Beynəlxalq Olimpiya Komitəsinə yenidən başçılıq etməyə başlayır. Kuberteni 1925-ci ildə Anri de Baye-Latur əvəz edir. Pyer de Kuberten 1937-ci ildə vəfat edir və Beynəlxalq Olimpiya Komitəsinin iqamətgahının yerləşdiyi Lozanna şəhərinin Bua-de-Vo qəbiristanlığında dəfn edilir.
Aşağıdakılar Pyer de Kubertenin kitablarının siyahısıdır. Bunlardan başqa, o, jurnal və qəzetlər üçün də çoxsaylı məqalələr yazırdı.[11]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.