Remove ads
From Wikipedia, the free encyclopedia
Maarifçilik — bilik və mədəniyyətin ötürülməsi, yayılması ilə əlaqədar fəaliyyətdir. Maarifçilik elmi tutumlu və sistemli bir fikri cərəyan kimi XVIII əsrdə meydana çıxsa da, maarifçilik ideyaları çox qədimlərdən mövcud olmuş və bəşər mədəniyyətinin inkişafında müstəsna rol oynamışdır.
Orta əsrlər Azərbaycan ədəbiyyatında da maarifçilik ideyalarının geniş yayıldığını görmək olar. Xüsusən dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ölməz poemalarında bu ideyalara böyük önəm verildiyinin şahidi olmaq mümkündür. Belə ki, «Xəmsə»yə daxil olan poemaların hamısında maarifçi hökmdar ideyasının qızıl xətlə keçdiyini aşkara çıxarmaq olar.
Məhz bu cür zəngin maarifçilik ənənələrinə malik olduğundandır ki, Azərbaycan ədəbi-fəlsəfi fikir yeni dövrdə maarifçilik hərəkatına yaxından qoşularaq bu ideyaların qızğın təbliğatçısına çevrildi.[1]
XIX–XX əsr Azərbaycan maarifçiləri sırasına Həsən bəy Zərdabi, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əbdürrəhim bəy Haqverdiyev, Səfərəli bəy Vəlibəyov, Aleksey Osipoviç Çernyayevski və başqaları aid edilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.