From Wikipedia, the free encyclopedia
Olimpiya oyunları (yunanların (ellinlər) ən böyük milli bayramı. Dörd ildən bir Peloponnes yarımadasında yerləşən Olimpiya şəhərində keçirilirdi.
Qədim rəvayətə görə bu oyunlar hələ Kronosun dövründə İdalı Heraklın (Zevsin oğlu Herakl ilə qarışdırılmamalıdır) şərəfinə yaranmışdır.
Belə ki, rəvayətə əsasən Reya yeni anadan olmuş Zevsi kahinləri kuretlərə verir. Onlardan beşi Krit adasında yerləşən İda şəhərindən Olimpiyaya gəlir. Həmin vaxt Olimpiyada artıq Kronosun şərəfinə ucaldılmış məbəd var idi. Hamını qaçış yarışlarında məğlub edən Herakl cır zeytun ağacının budağı ilə mükafatlandırılır. Herakl həm də yarışları Olimpiyaya gəlmiş idiyalı qardaşların sayına görə beş ildən bir (bütün illər sayılır) keçirilməsinin əsasını qoyur[1]. Lakin sonra oyunların keçirilməsinə son qoyulur. Oyunlar bir də e.ə. 776-ci ildə bərpa edilir[2].
Homerin İliadasında Elidanın (Olimpiya şəhərinin yerləşdiyi Peloponnes yarımadasında) sakinləri tərəfindən keçirilən kvadriqaların (dörd atlı döyüş arabası) yarışı haqqında məlumat verilir.
Oyunlar Elidasın şahı İfit və Spartanın qanunvericisi Likurq tərəfindən bərpa edilir. İfit və Likurqun adları Olimpiyadakı Heranın məbədindəli diskin üzərində həkk olunub. Beləliklə e.ə. 776-cı ildən başlayaraq hər dörd ildən bir Olimpiya oyunları yenidən keçirilməyə başladı. Bu Olimpiya oyunları haqqında məlumat IV əsrin əvvəlində yaşamış Kesariyalı Yevseviy tərəfindən yazılmış Xronikada verilir. Qeyd etmək lazımdır ki, XIV Olimpiya oyunlarına qədər ancaq stadiy (192 m) məsafəsinə qaçışlar üzrə yarışlar keçirilirdi. Bu yarışlar üzrə ilk qalib Elidalı Koreb olub. Sonrakı illərdə oyunlara 2 stadiyaya qaçış, uzun qaçış (7 stadiya), güləş, beşnövçülük (pentatlon), boks, kvadriqaların (dörd atlı döyüş arabaları) yarışması, pankration, oğlanlar arasında (20 yaşa qədər) qaçış, güləş, boks və pankration, tam dəbilqəli qaçış (hoplitlərin qaçışı), iki atlı döyüş arabalarının yarışması, trubaçalanlar və carçıların yarışması, dörd və bir dayçalı döyüş arabaların yarışması kimi idman növləri əlavə olunur.
Oyunları bərpa edərkən İfit oyunlar zamanı müqəddəs sülh (q.yun. ἐκεχειρία) elan edir. Sülhü xüsusi carçılar (q.yun. σπονδοφόροι) əvvəlcə Elidada, sonra isə bütün Yunan şəhərlərində elan edirdilər. Sülhün davam etdiyi ay ἱερομηνία adlanırdı.
Oyunlarda yalnız təmiz yunanlar iştirak edə bilərdi. Barbar adlanan digər millətlər ancaq oyunları izləyə bilərdilər. İstisna romalılar üçün edilir. Belə ki, romalılar ölkənin sahibləri kimi, özləri qaydaları müəyyənləşdirə bilərdilər. Qadınlar isə, Demetranın kahinləri istisna olmaqla, yarışları heç izləyədə bilməzdilər. Ancaq qanılar öz döyüş arabalarını oyunlara göndərəkən, qiyabi olaraq yarışlarda iştirak edə bilədrdilər. Sparta şahının bacısı Kiniska hətta Olimpiya çempionu adını da qazana bilmişdir.
Oyunlar zamanı tamaşaçalın sayı çox olurdu. Çox adam oyunlarda istifadə edərək alış-veriş edirdi, şairlər və rəssamlar isə insanları fürsətdən istifadə edərək öz əsərləri ilə tanış edirdi. Oyunlar zamanı Yunanıstana bir sıra ölkədən səfirlər də göndərilirdi.
Bayram beş gün davam edirdi. Bunlarda bir hissəsi yarışlar, digər hissəsi isə dini qurbankəsmə mərasimləri, ainlər və qaliblərin şərəfinə verilən ziyafətlər üçün ayrılırdı. Pavsaniyin dediyinə görə e.ə. 472-ci ilə qədər bütün yarışlar bir gündə keçirilirdi, sonra isə bayramın bütün günləri keçirilməyə başladı[3].
293-cü Olimpiadanın 1-ci ilində (394-cü il) xristian olan bütöv Roma İmperiyasının sonuncu imperatoru Feodosi Olimpiya oyunlarını bütpərəstlərin (paqan) oyunu kimi qadağan edir. Olimpiya oyunları bir də 1896-cı ildə bərpa edilir (daha ətraflı Olimpiya oyunları məqaləsinə bax).
e.ə. 724-cü ilə qədər ancaq stadiy (192 m) məsafəsinə qaçışlar üzrə yarışlar keçirilirdi.[4]
XIV Olimpiya oyunlarında (e.ə. 724-cü il), Yevseviyə görə, yarışlara ikili qaçış (iki stadiyaya qaçış) əlavə olunub. Bu idman növündə ilk qalib Elidalı Hipen olub. Növbəti, 15-ci oyunlarda (e.ə. 720-ci il) uzun qaçış (7 stadiya) əlavə olunub. Həmin yarışlarda qalib Lakonikalı Akanf olub. Qeyd etmək lazımdır ki, Akanf həm də ikili qaçış yarışlarının qalibi olub. Həmin ildən etibarən idmançılar Akanf kimi lüt iştirak etməyə başladılar[5]. 18-ci Olimpiya oyunlarında (e.ə. 708-ci il) yarışlara iki yeni idman növü, güləş və beşnövçülük əlavə olunur. Güləşdə ilk qalib Lakonikalı Yevribat, beşnövçülükdə isə Lakonikalı Lampis olurlar.[4]
23-cü Olimpiya oyunlarından (e.ə. 688-ci il) boks üzrə yarışlar keçirilməyə başlanılıb. Həmin il boks üzrə keçirilən yarışların qalibi Smirnalı Onomast olur. 25-ci oyunlar zamanı (e.ə. 680-ci il) kvadriqaların (dörd atlı döyüş arabaları) yarışması əlavə olunur. Bu yarışların birinci qalibi Fivdən olan Pagon olur.[4]
33-cü oyunlardan başlayaraq (e.ə. 648-ci il) pankration üzrə yarışlar (ilk qalib Sirakuzlu Liqdamis) və at çaparların yarışları (ilk qalib Fessaliyalı Kraksil) keçirilməyə başladı. E.ə. 632-ci ildə, 37-ci Olimpiya oyunlarında oğlanlar arasında (20 yaşa qədər) qaçış (alib Elidalı Polinik) və güləş yarışları keçirilməyə başladı. Bu güləş yarışlarında qalib olmuş lakonikalı Hipposfen sonralar 5 dəfə böyüklər arasında keçirilən güləş yarışlarının qalibi olur. 41-ci oyunlar zamanı (e.ə. 632-ci il) oğlanlar arasında boks yarışlara əlavə olunur. Burada qalib Sibarisli Filot olur.[4]
e.ə. 520-ci ildə 65-ci Olimpiya oyunları zamanı hoplitlərin qaçışı adlanan (tam dəbilqəli qaçış) yarış oyunlara əlavə olunur. Bu yarışın ilk qalibi Herai şəhərindən olan Damaret olur. E.ə. 408-ci ildə 93-cü Olimpiya oyunlarında iki atlı döyüş arabalarının yarışları əlavə olunur. Bu yarışların qalibi Elidalı Yevaqor olur.[4]
E.ə. 396-cı ildə 96-cı oyunlarda yeni və qeyri-adi bir yarışlar əlavə olunur. Bu zaman trubaçalanlar və carçılar da Olimpiya olyunlarında yarışmağa baəlayırlar. Trubaçalanların yarışmasında qalib Elidalı Timey, carçılarn yarışmasında isə Elidalı Kratey olur. 384-cü ildə 99-cu Olimpiya oyunları zamanı dörd dayçalı döyüş arabaların yarışması əlavə edilir. Bu yarışlarda Lakonikalı Yevribat qalib gəlir.[4]
131-ci Olimpiya oyunları zamanı (e.ə. 256-cı il) bir dayçalı döyüş arabaların yarışması əlavə edilir. Bu yarışlarda Fessliyalı Hippokrat qalib gəlir. E.ə. 200-cü ildə isə oğlanlar arasında pankration yarışları oyunlara daxil edilir. Bu yarışların qalibi İsgəndəriyyəli Fedim olur.[4]
Sonuncu tarixdə adı məlum olan Olimpiya oyunlarının qalibi İsgəndəriyyəli Heliodordur. O, e.ə. 217-ci (248-ci Olimpiada) və e.ə. 213-cü (249-ci Olimpiada) illərdə stadiya qaçışlarının qalibi olur. 249-cu Olimpiadadan sonra, Yevseviy, öz dediyinə görə, məlumat tapa bilməyib.[4]
At yarışları Olimpiya oyunlarında yeganə idman növü idi ki, burede qadınlarda qələbə qazana bilərdi. Belə ki, qalib adını çapar və ya arabaçı deyil birinci çatmış atın sahibi qazanırdı. Sparta şahının Kiniksa bu fürsətdən istidadə edərək ilk qadın Olimpiya çempionu olmuşdur.
Əvvəlcə 25-ci Olimpiya oyunlarında (e.ə. 680-ci il) kvadriqaların (dörd atlı döyüş arabaları) yarışması oyunlara daxil edildi. Daha sonra, 33-cü Olimpiya oyunlarında (e.ə. 648-ci il) atların üstündə yarışlar, 93-cü Olimpiya oyunlarında isə (e.ə. 408-ci il) iki atlı döyüş arabalarının yarışması oyunlara əlavə edilir. Böyüklərin və oğlanların yarışı kimi, burada da yarışlar yetkin atlar və dayçalar arasında keçirilirdi.
Kvadriqakarın yarışında iştirakçılar 12 dövrə vururdular. Çox vaxt arabalar aşaraq arabaçınl zədələyirdilər. Qaçış və ya əlbəyaxa döyüçlərdən fərqli olaraq at yarışlarında ancaq varlı yunanlar iştirak edə bilərdilər. Çünki məhz atların sahibləri Olimpiya çempionu adını qazana bilərdi. Kvadriqaların yarışında Makedoniyanın şahı II Filip və Roma imperatorları Olimpiya çempionu adını qazana bilmişlər. Belə ki, 17-ci ildə keçirilən 199-cu Olimpiadada kvadriqaların yarışmasında bu idman növünü yenidən bərpa edən qələbən imperator Tiberi Sezar qazanmışdır. 65-ci ildə isə 211-ci Olimpiya oyunlarında döyüş arabalarının yarışlarında imperator Neron qələbə qazanmışdır[4].
68-ci Olimpiadada (e.ə. 508-ci il) maraqlı hadisə qeydə alınmışdır. Belə ki, Korinfli Feydolun atı çaparı üzərindən atmış ancaq bütün məsafəni düzgün keçərək, dirəyin ətrafından dönüb finiş xəttindən sonra dayanmışdır və qələbə qazanmışdır[3].
96-cı Olimpiya oyunları zamanı (e.ə. 396-cı il) Olimpiadaya trubaçalanların və carçıların da yarışması əlavə olunur. Bu, qədim yunanlara görə idmanla estetik həzzin birləşməsinin məntiqi nəticəsi idi[9]. Məlumdur ki, Olimpiya oyunları zamanı şairlər öz şerlərini oxuyur, rəssamlar çəkdiyi şəkilləri göstərirdilər. Oyunlar bitəndən sonra isə heykəltəraşlar qaliblərin heykəllərini ucaldırdılar, şairlər isə onların şərəfinə enkomiy adlanan mahnılar bəstələyirdilər[10].
Yarışları izləyən və qaliblərə mükafat təqdim edən hakimlər ellanodon adlanırdılar. Onlar yerli yunanlardan püşk atma yolu ilə təyin edilirdi və bütün bayramın gedişinə nəzarət edirdilər. Ellanodiklər əvvəl iki nəfər, sonra isə onların sayı ona çatmışdı. 103-cü Olimpiya oyunlarından başlayarkən (e.ə. 368-ci ildən) ellanodonların sayı 12 olur. 104-cü Olimpiadada onların sayı 8-ə qədər azalır. Nəhayət, 108-ci Olimpiya oyunlarından Pavsaniyin dövrünə qədər hakimlərin sayı 10 nəfər olur. Onlar tünd qırmızı rəngdə paltar geyinirdilər və stadionda xüsusi yer tuturdular. Ellanodonlar başda aditarx olan alitaylarda ibarət polis dəstəsinə rəhbərlik edirdilər.
Tamaşaçıların qarşısında çıxış etməzdən əvvəl oyunlarda iştirak etmək istəyən hər kəs Zevsin heykəli qarşısında and içərək ellanodonlara sübut etməliydilər ki, onlar yarışlardan qabaq 10 ay ərzində məşq edirdilər. İştirak etmək istəyənlərin ataları, qardaşları və məşqçiləri and içməliyilər ki, onlar heç bir cinayətdə günahkar olmayacaqlar. Yarışlara 30 gün qalmış bütün iştirak etmək istəyənlər Olimpiya gimnaziyasında ellenodonların qarşısında öz məharətlərini göstərməliydilər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.