Midiya dövləti
From Wikipedia, the free encyclopedia
Midiya (q.yun. Μῆδοι), Mada (q. fars Māda-)[1] və ya Maday[2][3] (ivr. מָדַי, translit Maday) — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi,[4] eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi Azərbaycan[5][6][7][8][9][10] və ya Şimali İran[11] ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir.[12] Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.[13]
Dövləti | |||
Midiya dövləti | |||
---|---|---|---|
Maday | |||
|
|||
|
|||
— e.ə. 550
|
|||
Paytaxt | Ekbatan | ||
Ən böyük şəhər | Hirbə, Raqa, Qazaka | ||
Dilləri | Midiya dili | ||
Rəsmi dilləri | Maday dili | ||
Dövlət dini |
Politeizm, Zərdüştilik |
||
Ərazisi | 2.800.000 km² | ||
İdarəetmə forması | Monarxiya | ||
Sülalə | Maday | ||
Davamiyyət | |||
→ | |||
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri[14][15][16][17][18][19] – madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir.[2][20][21]
Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi.[22][23] Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə b.e.ə. IX əsr qaynaqlarında rast gəlinmişdir.[24] Midiya ərazisi b.e.ə. IX–VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə edilirdi. Mannanın Gizilbunda vilayəti hər iki ərazinin sərhəddini təşkil edirdi.[25]