Ekbatan
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Ekbatan (q. türk.: Aqbatan, arami. אַחְמְתָא, q.yun. Ἀγβάτανα , lat. Ecbatana, ivr. אַחְמְתָא, Nabonidin xronikası və Bisütun yazılarında Aqmatana) — Herodotun "Ἐκβάτανα" kimi qeyd etdiyi[1] Midiyanın ən böyük şəhərlərindən biri. İ. M. Dyakonov yazır ki, bu şəhər qədim Midiyanın ürəyi idi.[2] Şəhər mənbələrdə daha çox Astiaqın paytaxtı kimi xatırlansa da, digər maday hökmdarlarının hakimiyyəti dövründə də siyasi və mədəni mərkəz Ekbatan olub. Sonuncu Midiya hökmdarı Astiaqın Fars qiyamını yatıra bilməməsi nəticəsində farslar tərəfindən işğal olunub və bu hadisə Midiyanın süqutu ilə nəticələnib.
Qədim şəhər | |
Ekbatan | |
---|---|
Ἀγβάτανα אַחְמְתָא | |
34°48′23″ şm. e. 48°30′58″ ş. u.HGYO | |
Ölkə | İran |
Vilayət | Həmədan |
Salınma tarixi | e.ə. III əsr |
Dağılma tarixi | XVIII əsr |
Milli tərkibi | madaylar, kaspilər, skiflər, mannalar |
Müasir yeri | Həmədan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Farsların əlinə keçdikdən sonra isə, Əlvənd dağının ətəyində yerləşən gözəl şəhər Əhəməni hökmdarlarının yay iqamətgahı olub. Daha sonra şəhər Parfiya hökmdarlarının paytaxtı olub. Həmin dövrdə Parfiya dövlətinin mühüm zərbxanalarının yerləşdiyi şəhərdə çoxlu draxma və tetradraxma kəsilib. Şəhərdən həmçinin "Achmetha" adı ilə Tövratda da bəhs edilmişdir.[3]
Mənbələrdə adı xatırlanan başqa bir Ekbatan şəhəri də vardır. Lakin bu iki şəhər qarışdırılmamalıdır. Onlardan biri Ekbatan / Həmədan – Midiyanın Azərbaycanda yerləşən paytaxtı, digəri isə Ekbatan / Həmət – Suriyada yerləşən və Herodotun dediyinə görə II Kambizin vəfat etdiyi şəhərdir. Midiyanın paytaxtı olan Ekbatan şəhəri e.ə. 330-cu ildə Makedoniyalı İskəndərin sərkərdəsi Parmenion tərəfindən işğal edilmişdir.
İ. M. Dyakonov bu toponimin Midiya dilində (Midiya dilini İranmənşəli sayır) Hanqmatana adlandığını və ―yığıncaq yeri mənasını verdiyini yazır.[4] Başqa yerdə müəllif bu toponimin İran dillərindəki ham ― bir yerdə, ―birlikdə (Azərbaycan dilindəki ― hamı sözü) və kam – getmək sözlərindən əmələ gəldiyini qeyd edir.[2] Lakin İ. M. Dyakonov fars dilində "ham" sözünün qədim türkcə qamu (hamu) sözündən olduğuna diqqət yetirməmişdir.[5] Başqa yerdə o yazır ki, Aqbatan elam dilindəki ―hanqmata , yəni midiyalıların ölkəsi sözlərindəndir.[2] Q. Qeybullayev isə qeyd edir ki, "əslində Həmədan toponimi Akbatan adının təhrifidir: ―ak sözünün əvvəlinə ―h səsi əlavə olunmuş, ―batan sözü isə türk dillərində b-m fonetik qanununa görə ―matan şəklinə keçmiş və qədim Akbatan Haqmatan, sonra Həmədan formasına düşmüşdür. Deməli, Həmədanın – Aqbatanın qədim fars dili vasitəsilə ―yığıncaq yeri mənasında olması fikri yanlışdır."[6]
Akbatan toponimi madayların dilində olmaqla türkcə "ak" və Azərbaycan ərazisində bir sıra qədim toponimlərdə iştirak edən bat, bad sözlərindən ibarətdir. Aq sözü bu toponimdə, məsələn, Aqdam, Aqdaş, Aqkənd və b. adlarda olduğu kimi, rəng bildirir və şəhərin qala divarlarının ağ rəngli daşdan tikilməsini ifadə edir. Herodot yazır ki, Akbatan qalasının birinci dövrələmə divarı ağ rəngdə idi.[7] Müqayisə üçün göstərilə bilər ki, Ağdam toponimi də Şahbulaqdakı qala ağ daşdan tikildiyinə görə ağ və qədim türk dillərindəki tam –qala, ―qala divarı sözlərindən əmələ gəlmişdir.[8]
Yunan mənbələrində qeyd edilir ki, şəhərin əsası e.ə. V əsrdə Midiyanın ilk hökmdarı (və ya Manna canişini) Deyok (assur mənbələrində Dayaukku) tərəfindən qoyulub. Deyok şəhərin ətrafına yeddi qatlı və hər qatı müxtəlif rəngli daşlardan inşa olunmuş qala divarı çəkdirərək, yaratdğı dövlətin mərkəzi elan edib. Herodot isə yazır:
"İndi Ekbatan adlanan və qala divarları nəhəng, güclü, bir-birinin üstünə yığılmış dairələri xatırladan şəhəri madaylar inşa ediblər. Qaladakı sarayın da planı qalanın planı kimidir, möhkəmləndirilmiş divarlar, künclərdəki mazqallı sipərlərlə mühafizə olunur. Ətrafdakı təbiət şəhərlə incə bir uyğunluq təşkil edir və bu daha çox sənət əsəri effekti yaradır. Qala divarlarının sayı yeddidir. Hökmdarın sarayı və dövlət xəzinəsi son axırıncı qala divarı içində yerləşir. Bayırdan birinci qala divar Afinanın qala divarına çox oxşayır. Həmin divar ağ, sonrakı qara, üçüncü qırmızı, dördüncü göy, beşinci divar isə narıncı rəngdədir. Son iki divar gümüşü və qızılı rənglərdədir. Bütü bu divarları Deyok inşa etdirmişdir."
— Herodot, III, 93
Şəhərdə ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Charles Fosseyin rəhbərliyi ilə aparılmışdır. İkinci tədqiqat işləri isə 1971-ci ildə aparılmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.