Həmədan
İranın Həmədan ostanında şəhər From Wikipedia, the free encyclopedia
İranın Həmədan ostanında şəhər From Wikipedia, the free encyclopedia
Həmədan — İranın Həmədan ostanında şəhər.Tarixi Azərbaycan şəhəri. Şəhər həm vilayətin, həm də eyni adlı şəhristanın və bəxşin inzibati mərkəzidir.
Həmədan | |
---|---|
34°48′ şm. e. 48°31′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.850 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 813 |
Digər | |
hamedan.ir | |
Vikianbarda əlaqəli mediafayllar |
Rəsmi mənbələrə əsasən Həmədan şəhərinin əhalisi :
Həmədan yalnız İranın deyil, həm də dünyanın qədim şəhərlərindən sayılır. Şəhərin salınması tarixi xristianlığın yaranmasından əvvəl dövrə təsadüf edir. Həmədan Midiya hökmdarlarının yay paytaxtı olub, sonradan adı dəyişidirilərək Ekbatan və ya Heqmatani kimi tanınıb.
Həmədan şərq sivilizasiyasının mərkəzlərindəndir. Tarixi məlumatlara görə, bu şəhərdə «Yeddi Duvar» adlı 1000 otaqlı qala olub. Qala öz əzəmətinə görə Babil şəhərindən heç də geri qalmırmış. Ölkənin ətrafında bütün xalqlar qədim dövrdən orta əsrlərə kimi Həmədanı əllərinə keçirməyi arzulayırmışlar. Şəhər bir neçə dəfə işğala məruz qalıb. İlk dəfə Assuriyalılar Həmədanı dağıdıb.
Ekbatan (qədim türkcə:Aqbatan,yunanca: Ἀγβάτανα , latınca: Ecbatana, ibranicə: אַחְמְתָא, Nabonidin xronikası və Bisütun yazılarında Aqmatana) Herodotun “Eκβάτανα" kimi qeyd etdiyi qədim dünyanın ən böyük şəhərlərindən biri olub. İ. M. Dyakonov “bu şəhər qədim Midiyanın ürəyi idi” yazıb. Şəhər mənbələrdə daha çox Astiaqın paytaxtı kimi xatırlansa da, digər maday hökmdarlarının hakimiyyəti dövründə də siyasi və mədəni mərkəz Ekbatan olub. Sonuncu Midiya hökmdarı Astiaqın fars qiyamını yatıra bilməməsi nəticəsində şəhər onlar tərəfindən işğal olunub. Bu hadisə Midiyanın süqutunun səbəblərdən biri sayılır. Farsların əlinə keçdikdən sonra isə Əlvənd dağının ətəyində yerləşən gözəl şəhər Əhəməni hökmdarlarının yay iqamətgahı olub. Daha sonra şəhər Parfiya hökmdarlarının baş şəhərinə çevrilib. Həmin dövrdə Parfiya dövlətinin mühüm zərbxanalarının yerləşdiyi şəhərdə çoxlu draxma və tetradraxma kəsilib. Şəhərdən həmçinin "Achmetha" adı ilə Tövratda da bəhs edilir. Mənbələrdə xatırlanan başqa yerlərdən biri də Ekbatan şəhəridir. Ancaq bu iki şəhər qarışdırılmamalıdır. Onlardan biri Ekbatan - Həmədan Midiyanın Azərbaycanda yerləşən paytaxtı, o biri Ekbatan - Həmət isə Suriyada yerləşən və Herodotun dediyinə görə II Kambizin (sasani hökmdarı) vəfat etdiyi şəhərdir. Midiyanın paytaxtı olmuş Ekbatan şəhəri e.ə. 330-cu ildə Makedoniyalı İskəndərin sərkərdəsi Parmenion tərəfindən işğal edilib. Yunan mənbələrində qeyd edilib ki, şəhərin əsası e.ə. V əsrdə Midiyanın ilk hökmdarı (və ya Manna canişini) Deyok (assur mənbələrində Dayaukku) tərəfindən qoyulub. Deyok şəhərin ətrafına yeddi qatlı və hər qatı müxtəlif rəngli daşlardan inşa olunmuş qala divarı çəkdirərək, buranı yaratdığı dövlətin mərkəzi elan edib. Herodot isə yazır: “İndi Ekbatan adlanan və qala divarları nəhəng, güclü, bir-birinin üstünə yığılmış dairələri xatırladan şəhəri madaylar inşa edib. Qaladakı sarayın da planı qalanınkı kimi möhkəmləndirilmiş divarlar, künclərdəki mazqallı sipərlərlə mühafizə olunur. Ətrafdakı təbiət şəhərlə incə bir uyğunluq təşkil edir və bu daha çox sənət əsəri təsiri yaradır. Qala divarlarının sayı yeddidir. Hökmdarın sarayı və dövlət xəzinəsi son axırıncı qala divarında yerləşir. Bayırdan birinci qala divar Afinanın qala divarına çox oxşayır. Həmin divar ağ, sonrakı qara, üçüncü qırmızı, dördüncü göy, beşinci divar isə narıncı rəngdədir. Son iki divar gümüşü və qızılı rənglərdədir. Bütün bu divarları Deyok inşa etdirib”. Həmədan haqqında mərhum ziyalımız doktor Məhəmmədtağı Zehtabi “İran Türklərinin əski tarixi” əsərində belə yazır: “Bugünkü Həmədan və ya qədim Ekbatan Mad (Midiya - ODAM) dövlətinin paytaxtı, başkəndi idi. Mad dövlətinin başkəndi olduğu dövrdə Həmədan olduqca böyük, abad və gözəl olub. Şübhəsiz, məhv olmuş və bu gün yer altında qalan Mad və Həmədanın bu zəngin mədəniyyəti çox yəqin ki miladdan qabaq 6-7-ci yüzilliklərə aid deyil. Ondan çox qabaqların - Madların babaları olmuş Qutti və Lullubilərin Miladdan qabaq 2 və 3-cü min illiklərinə mənsub mədəniyyətidir. Madlar bu mədəniyyətin varisi olublar...”
Hazırda əhalinin yalnız 37%-i Azərbaycan kökənlidir.[4] Şəhərdə əsas əhali olan farslardan başqa az sayda yəhudi də yaşamaqdadır.[5]
Həmədan məşhur yazıçı, müəllimlər, şairlər vətənidir.
İbni Sinanın və Baba Tahirin məzarları Həmədan şəhərdədir. Həmədan islam dövründə də bir mərkəz kimi öz əhəmiyyətini saxlayıb.
Həmədan şəhəri sərin və sabit iqlimə malikdir. Bütün səyahətçilərin yadında qalan yerlər Əlvənd dağı zirvəsinin, Abbasabad təpəsi təbiət vadilərinin mənzərələri olub. Burada aparılan arxeoloji qazıntılar zamanı Midiya və Əhəmənilər dövrünə aid nadir tapıntılar aşkarlanıb. Qədim lövhələr, qızıl və gümüş əşyalar Həmədanın tarix muzeyində özünəməxsus yer tutur. Həmədanda səyahət etməli tarixi yerlər hələ də çoxdur. Onların bir neçəsinin adını çəkmək istəyirik: Daş Şir (Şir daşı). Daşdan düzəldilmiş, şirə oxşayan bu tarixi abidə Parfiya dövrünə aid edilir. İbn Sinanın memarlıq abidəsi. Məşhur alim İbn Sinanın məzarı və onun üstündə olan türbə 1954-cü ildə tikilib. Bu türbə qədim Qabus Voşmiq şəhərinin qülləsi ruhunda bəzədilib. Burada əlyazmalar kitabxanası yerləşir. Kompleksin həyətində Qacarlar dövrünün tanınmış şairi və bəstəkarı Əbülqasim Arifin məzarı yerləşir. Baba Tahir məqbərəsi. Həmədanın gözəl parklarından biri də romantik şeirlər müəllifi Baba Tahirin məqbərəsi tikilib. Bura həmədanlıların ən çox ziyarət etdikləri yerlərdən biridir. Həmədan əhalisi müqəddəs sayılan yerlərə, pirlərə həmişə dərin hörmət və ehtiram bəsləyib. Burada tanınmış İmamzadə İsmayılın, İmamzadə Abdullanın adı ilə bağlı müqəddəs yerlər, mavzoleylər, məscidlər və xanəgahlar var. Həmədanda səyahət edən turistlərin çoxu epiqrafik yazıları olan abidləri görmək istəyir. Bu yazılar Əlvənd dağında olan qalanın divarlarındadır. Həmin yazıların Əhəməni dövlətinin hökmdarı Daranın dövrünə aid olduğu deyilir. Həmin abidələri görmək üçün Abbasabadın gözəl, qədim tarixinin tamaşasına baxmaq lazımdır. Ələvilər məqbərəsi. Bu, Həmədanda olan mühüm əhəmiyyətli islam abidəsidir. Məqbərə Həmədanın mərkəzi meydanında, səlcuqlar dövründə tikilib. Bu məqbərədə Ələvilər ailəsinin 2 üzvünün məzarı var. Qurban qülləsi. Şəhərin şərq hissəsində yerləşən bu abidə kərpicdən tikilmiş 12 guşəli məqbərəsi ilə formaca piramidaya oxşayır. Ester və Mordexay məqbərəsi. Daşdan tikilmiş bu kompleksin içində taxta qutularda antik dövrdən qalmış Tövratın əlyazmaları vardır. Adları Tövratın bu əlyazmalarında çəkilən iki yəhudinin - Xaşayarşahın həyat yoldaşı və onun dayısının məzarları da bu kompleksdə yerləşir. Mağaralar. Həmədanın dağlarında saysız-hesabsız mağaralar var. Alisods mağarasını, özəlliklə qeyd etmək lazımdır. Yerli əhali onu «Əlisədr» və «Əlisad» adlandırır. Bu mağaranın içində uzunluğu 10 km-ə kimi olan göl də var. Mağaranın divarları və tavanı heyranedici stalaktitlərlə örtülüb. Orada və göldə heç bir canlı yaşamır, bunun da əsas səbəbi təbii gün işığının olmamasıdır. Mağaranı seyr etmək üçün turistlərə qayıqlar və katerlər təklif olunur. Mağaranın orta hündürlüyü 8 metrdir. Ancaq bəzi yerlərdə onun hündürlüyü 40 metrə də çatır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.