Cənubi Azərbaycan
İranın şimalında region / From Wikipedia, the free encyclopedia
Bu məqalə İran ərazisində yer alan bölgə haqqındadır. Azərbaycan Respublikası ilə səhv salmayın. Bu adın digər istifadə formaları üçün Azərbaycan (dəqiqləşdirmə) səhifəsinə baxın.
Cənubi Azərbaycan ya da Güney Azərbaycan (az-əbcəd. گونئی آذربایجان) və ya sadəcə Azərbaycan (az-əbcəd. آذربایجان) və ya bölgənin İran ərazisində yerləşdiyinə görə digər adı İran Azərbaycanı[1] (az-əbcəd. ایران آذربایجانی) — İran İslam Respublikasının şimal-qərbində, İraq Respublikası, Türkiyə Respublikası, Naxçıvan Muxtar Respublikası, Ermənistan Respublikası və Azərbaycan Respublikası ilə olan sərhədində yerləşən tarixi ərazi. İran Azərbaycanı rəsmi şəkildə 5 inzibati ərazi vahidinə bölünmüşdür – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Mərkəzi ostanları. Bölgədə əsasən Azərbaycan türkləri yaşayır. Buna baxmayaraq, bölgənin ərazilərində kürd, erməni, tat, talış, aysor və fars azlıqlar da yaşayır.