Ərəb qrafikalı Azərbaycan əlifbası
From Wikipedia, the free encyclopedia
Ərəb yazılı Azərbaycan əlifbası, tarixi adı Türk əlifbası (az-əbcəd. تُرک الف باسی, fars. الف با ترکی alefbâ-i torkî) və eləcə də Əbcəd[1] (az-əbcəd. ابجد) — Azərbaycan dilində yazmaq üçün ərəb əlifbasının əsasında qurulmuş və inkişaf olmuş əlifba. Sağdan sola yazılan bu əlifba X əsrdən 1929-cu ildə SSRİ hökuməti tərəfindən ləğv edilənə kimi Şimali Azərbaycanda, və indiyənə kimi Güney Azərbaycanda işlənilir. Bu əlifbanı Əfqanıstan qızılbaşları, İraq türkmanları və Suriya türkmanları da işlədir.