Əfqanıstan qızılbaşları (fars. افغانستان قزلباش) — Azərbaycan türklərinə daxil olan etnoslardan biri[1][2], Əfqanıstan əhalisinin bir etnik qrupu, ölkənin bir etnik azlıqlarından biri[3]. Əfqanıstan qızılbaşları həmçinin əfşarlar[4][5] olaraq da adlandırılırlar. «Sovet etnoqrafiyası», Böyük Rusiya ensiklopediyası və Joshua Projectə görə Əfqanıstan qızılbaşlarının əsas dili Daridir[6][7][8]. Kabil ətrafı (şimal hissədə), paytaxtın Çandavul rayonu, Herat şəhərində yaşayan qızılbaşlar azərbaycan türkcəsinin xüsusi bir şivəsində danışırlar[9][10][11][5][12][13][14]. Əfqanıstan mənbələrinə görə qızılbaşlar Kabil, Qəzni, Qəndəhar və digər iri şəhərlərdə cəmləşmişlər. Təhsilli etnik qrup olması səbəbindən tarixən məmur təbəqəsində önəmli yer tutmuşlar.
Cəld faktlar Özünüadlandırma, Ümumi sayı ...
Bağla