Ləzgi dili
From Wikipedia, the free encyclopedia
Ləzgi dili (Лезги чІал) — ləzgilərin ana dili və Dağıstan Respublikasının[2] rəsmi dövlət dili. Qafqaz dilləri ailəsinin Dağıstan dilləri şöbəsinin Ləzgi sinfinin qərb qrupuna daxildir.
Cəld faktlar Orijinal adı, Ölkələr ...
Ləzgi dili | |
---|---|
Orijinal adı | Лезги чІал |
Ölkələr | Rusiya, Azərbaycan |
Region | Dağıstan |
Rəsmi status | Dağıstan |
Danışanların ümumi sayı | təxm. 0.5 milyon.[1] |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
Şimali Qafqaz dilləri |
|
Yazı | kiril əlifbası (ləzgi yazısı) |
Dil kodları | |
QOST 7.75–97 | лез 390 |
ISO 639-1 | — |
ISO 639-2 | lez |
ISO 639-3 | lez |
Dilin strukturlarının dünya atlası | lez |
Atlas of the World’s Languages in Danger | 1072 |
Ethnologue | lez |
IETF | lez |
Glottolog | lezg1247 |
![]() |
Bağla
Ləzgi dili əsasən Dağıstan və Azərbaycan ərazisində istifadə olunur, həmçinin Qafqaz muharibəsi nəticəsində Türkiyədə Ləzgi muhacir kəndlərində. Ümumilikdə təxminən yarım milyon insan bu dildə danışır.[1]
Ləzgi dilin cüzi fərqlənən 3 dialekti vardır:
- Müşkür dialekti — Quba, Qusar və Xaçmaz dialektləri
- Küre dialekti — Qurah, Qasımkənd, Məhərrəmkənd, Xiv və Dərbənd dialektləri
- Samur dialekti — Qəbələ, Oğuz, İsmayıllı, Doqquzpara və Axtı dialektləri
Son illərdə yeni nəsil arasında Ləzgicə bilənlərin sayı azaldıqdan UNESCO Ləzgi dilinin yox olma təhlükəsinin olduğundan xəbərdar etdi.[3]
2000 | 2005 | 2010 | 2015 | 2020 |
---|---|---|---|---|
98,72 % | 87,26 % | 48,25 % | 39,22 % | 28,79 % |
Rəsmi məlumata görə Azərbaycan Respublikası ərazisində 170 min civarında ləzgi dili daşıyıcısı var.[1]