UNESCO
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
UNESCO (UNESCO — United Nations Educational, Scientific and Cultural Organization) – Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur.
YUNESKO UNESCO, ONUÉSC | |
---|---|
United Nations Educational, Scientific and Cultural Organization Organisation des Nations unies pour l'éducation, la science et la culture | |
Yaranma tarixi | 16 noyabr 1945 |
Rəsmi dili | |
Mərkəzi | |
Fəaliyyət göstərdiyi yer | Nyu-York, Doha, Kabil, Delft, Qahirə, Paris |
Sədr | Odri Azulay |
en.unesco.org fr.unesco.org es.unesco.org ru.unesco.org ar.unesco.org zh.unesco.org |
|
Vikianbarda əlaqəli mediafayllar |
Təşkilat 16 noyabr 1945-ci ildə yaradılmışdır, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşmişdir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir.
UNESCO-nun nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr 1946-cı ildə qüvvəyə minmişdir. Hal-hazırda dünyanın 194 ölkəsi bu təşkilatın üzvüdür.
UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır.
1972-ci ildə UNESCO tərəfindən "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya" qəbul edilmişdir.
Bu Təşkilatın Nizamnaməsi 1945-ci ilin noyabr ayında Londonda 44 ölkən nümayəndəsinin qatıldığı toplantıda qəbul edilmişdir. Türkiyə bu sənədi imzalayan ilk iyirmi dövlət arasındadır. (UNESCO Nizamnaməsi, Türkiyədə 20 may 1946 tarixli və 4895 saylı qanunla təsdiq edilmişdir).
Mərkəzi Parisdə olan və Ümumi Konfrans, İcra Şurası, Katiblik olmaqla üç ali orqanı olan UNESCO təhsil, elm və mədəniyyət sahələrindəki məqsədlərini, özünə üzv olan hər dövlətdə qurulan Milli Komissiyalar vasitəsilə reallaşdırmağa çalışır.
Üzv dövlətlərin nümayəndələrindən ibarət olan Ümumi Konfrans 1946–1953-cü illər arasında hər il, 1954-cü ildən bu günə qədər isə iki ildə bir çağırılır. Bu vaxta qədər 26 Ümumi Konfrans keçirilmişdir.
Ümumi Konfrans, Təşkilatın ən səlahiyyətli orqanı olaraq İcra Şurası üzvlərini və Baş Direktoru seçir, UNESCO-nun iş proqramlarını qəbul edir və büdcəni təsdiq edir.
UNESCO İcra Şurası Ümumi Konfransa qatılan və hökumətlər tərəfindən namizəd göstərilən nümayəndələr arasından dörd il müddətində 58 üzvdən ibarət seçilir.
Ümumi Konfrans tərəfindən altı il müddətində seçilən baş direktorun rəhbərliyi altında UNESCO katibliyi təhsil, elm, mədəniyyət və ünsiyyət sahələri ilə əlaqəli icraatları həyata keçirir.
Katibliyin başlıca vəzifəsi, iki illik UNESCO proqramlarının tətbiq olunması üçün bütün lazımi texniki işləri görmək və tədbirləri təşkil etməkdir.
Nr | Prezident | Millət | Tenure |
---|---|---|---|
11 | Odri Azulay | Fransa | 2017– hal-hazıradək |
10 | İrina Bokova | Bolqarıstan | 2009–2017 |
9 | Koïchiro Matsuura | Yaponiya | 1999–2009 |
8 | Federico Mayor Zaragoza | İspaniya | 1987–1999 |
7 | Amadou-Mahtar M'Bow | Seneqal | 1974–1987 |
6 | René Maheu | Fransa | 1962–1974 |
5 | Vittorino Veronese | İtaliya | 1958–1961 |
4 | Luther Evans | Amerika Birləşmiş Ştatları | 1953–1958 |
3 | John Wilkinson Taylor | Amerika Birləşmiş Ştatları | 1952–1953 |
2 | Jaime Torres Bodet | Meksika | 1948–1952 |
1 | Julian Huxley | Böyük Britaniya | 1946–1948 |
UNESCO İkinci Dünya müharibəsindən sonra, 1946-cı ildə qurulmuşdur. Nizamnaməsi 1945-ci il Noyabrın 4-də Londonda 44 ölkədən qatılan nümayəndə heyətlərinin iştirak etdiyi konfransda qəbul edilən UNESCO fəaliyyəti haqqında BMT-yə vaxtaşırı hesabat verir. Onun maliyyələşməsi, habelə texniki cəhətdən təmin olunması BMT-nin üzərinə düşür. Ancaq öz orqanları, büdcəsi və digər strukturları baxımından tamamilə müstəqildir. Bütün BMT-yə üzv dövlətlər eyni zamanda UNESCO-nun da üzvü ola bilərlər.
BMT-nin İqtisadi və İctimai şurasının ayrıca qolu olan UNESCO simvolik bir sözdür, mənası, "Təhsil, Elm və Mədəniyyət Təşkilatı" deməkdir. Nizamnaməsi 9 hissə, 57 maddədən ibarət olan UNESCO "Təhsil, Elm və Mədəniyyət Təşkilatı"nın ingiliscə qısaldılmış adıdır.
UNESCO məqsədini proqramının birinci maddəsində belə açıqlayar: "UNESCO, beynəlxalq əməkdaşlığına söykənən, elm, mədəniyyət və təhsil yolu ilə dünyamızın sülh və təhlükəsizliyini qorumaq məqsədilə qurulmuşdur".
UNESCO millətlərarası qarşılıqlı əlaqələri inkişaf etdirərək, anlaşmanı təmin etmək, insanları bir-birinə yaxınlaşdırmaq, habelə dünyanın geri qalmış ölkələrində kütləvi savadsızlığın aradan qaldırılması kimi prioritet istiqamətləri özünün əsas fəaliyyəti hesab edir. Yeni nəsilə sülh və insanlıq sevgisi vermək şübhəsiz ki, mədəniyyət və elm yolu ilə mümkündür. Cəhalət pis və qaranlıq düşüncələri bəslədiyi halda, mədəniyyət və elm insanlığa doğru yolu göstərir. Müharibə pis tərbiyə, despotizm və cahilliyin əsəridir. Dünyanı sülhə, insanlığa xoşbəxtliyi gətirəcək yol, azadlıq, mədəniyyət və elm yoludur.
UNESCO-ya üzv dövlətlər öz ölkələrində milli komissiyalar yaradırlar. Bu komissiyalar UNESCO məqsədlərinə uyğun işlərin aparılması üçün hökumətlə lazımi əməkdaşlıq təmin edir. Dünyada məktəbli yaşında olan uşaqların yarısından çoxu qeyri-kafilik və müəllim azlığı səbəbindən təhsil almaqdan məhrumdurlar. UNESCO-nun bu sahədəki ilk addımı , Latın Amerikasında ibtidai təhsil üçün ixtisaslı müəllim kadrlarının hazırlanması və şagirdlərin məktəb və onun xaricində rast gəldikləri problemləri həll etmək olmuşdur.
Müvəffəqiyyətli olan bu işin ardınca, həmin missiya Asiya və Afrikada da tətbiq edilərək, müsbət nəticələr əldə olunmuşdur. Bunların ən böyüklərindən olan "Qurucu Planı" 18 dövlət tərəfindən maliyyələşdirilmişdi. Bu proqrama əsasən, 1980-ci ildə 200 min Pakistanlı uşaq icbari şəkildə təhsilə cəlb olunaraq, öz tədris müddətlərini başa vururlar. Dünyada savadsız insanların kifayət qədər çox olması UNESCO-nun bu sahəyə olan diqqətinin daha da artırmasına səbəb oldu.
UNESCO-nun fəaliyyətinin əsas istiqamətlərindən biri tarixi mədəniyyət abidələrinin mühafizə edilməsidir. UNESCO hal-hazırda beynəlxalq sənətkarlar və alimlərin qurduqları təşkilatları dəstəkləyərək, elmin və müxtəlif mədəniyyətlərin yayılmasına kömək göstərir. Bu sahədəki ən mühüm işlər şərq-qərb mədəniyyət dəyərlərinin araşdırılması mövzusu üzərində qurulub.
Azərbaycan Respublikası 3 iyun 1992-ci ildə UNESCO-ya üzv qəbul edildi. Ölkəmizdə UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva nın təşəbbüsü ilə 2009-cu ilin mart ayında Bakıda Beynəlxalq Muğam Festivalı keçirilmişdir. Mart ayının 18-dən 25-nə qədər davam edən festivalın ilk günü saat 18.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı nda baş tutmuşdur.
Festival çərçivəsində Beynəlxalq Elmi Simpozium, Beynəlxalq Muğam musabiqəsi və festival konsertləri silsiləsi təşkil olunmuşdur.
Müsabiqədə İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə və Almaniya dan 67 iştirakçı qatılmışdı. Bu müsabiqədə 1 Qran-Pri və 3 mükafat var idi. Festivalın əsas mükafatını – qran-prini Azərbaycandan Təyyar Bayramov qazandı. Ümumiyyətlə , Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda təhsilin, mədəniyyətin və cəmiyyətin müxtəlif sahələri üzrə xoşməramlı missiya həyata keçirilir. Azərbaycanda uşaqların müdafiəsi sahəsindəki nəcib fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva YUNİSEF-in xüsusi mükafatına layiq görülmüşdür. Dekabrın 27-də Bakı da, Dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur.
Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşmışdır. Belə bir mədəniyyət ocağının tikilməsi, muğamın daha da inkişaf etdirilməsi və təbliği üçün görkəmli xanəndələrin, muğam ustadlarının iştirakı ilə "dəyirmi masa" keçirilərək Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınmışdı.
Bundan sonra 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzaladı. Beləliklə, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atılmışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
28 iyul 2010-cu ildə UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycana rəsmi səfər edib .[1] O Bakıda Azərbaycanın UNESCO üzrə milli komissiyasının təşkilatçılığı ilə dəyirmi masada iştirak edib.[2] "Azərbaycan mədəniyyətlərarası dialoq və yaxınlaşmada unikal yerə malikdir" kimi əhəmiyyətli bəyanat verdi. [3]
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri xarici işlər naziri Ceyhun Bayramovdur.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.