Qəbələ rayonu
Azərbaycanda rayon / From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Qəbələ (dəqiqləşdirmə).
Qəbələ rayonu — Azərbaycan Respublikasının şimal-qərb hissəsində, Şəki-Zaqatala iqtisadi rayonunun tərkibində yerləşən rayon. 8 sentyabr 1930-cu ildə Azərbaycanın inzibati rayonlarından biri kimi yaradılmışdır. Qərbdən Oğuz rayonu, şimaldan Rusiya Federasiyası və Qusar rayonu, şərqdən Quba və İsmayıllı, cənubdan isə Ağdaş və Göyçay rayonları ilə həmsərhəddir. Mərkəzi Qəbələ şəhəridir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Qutqaşen rayonu Qəbələ rayonu adlandırılmışdır.[6] Qəbələ–Bakı 225 km-dir.
Cəld faktlar Ölkə, Daxildir ...
Rayon | |
Qəbələ | |
---|---|
40°58′53″ şm. e. 47°50′45″ ş. u. |
|
Ölkə | |
Daxildir | Şəki-Zaqatala |
İnzibati mərkəz | Qəbələ |
İcra başçısı | Səbuhi Abdullayev |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 30 avqust 1930 |
Sahəsi | 1 548.6[1][2] km² |
Hündürlük
|
|
Əhalisi | |
Əhalisi | 107 786 nəfər (2019[3]) |
Etnik tərkib | Azərbaycanlılar, ləzgilər, udinlər, türklər, ruslar, ukraynalılar[4] |
Dini tərkib | Müsəlmanlar, xristianlar |
Rəsmi dillər | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Abreviatura | QAB |
ISO kodu | AZ-QAB |
Telefon kodu | +994 24[5] |
Poçt indeksi | 3600 |
Avtomobil nömrəsi | 36 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla