Ləzgi dilləri
From Wikipedia, the free encyclopedia
Ləzgi dilləri — Nax-dağıstan dilləri ailəsində on dili birləşdirən dil qrupu. Bu dillərdə təqribən 900 min nəfər danışır (2008). Dağıstanın cənub rayonlarında (Aqul, Axtın, Dərbənd, Məhərrəmkənd, Tabasaran və s.) və Azərbaycanın Xaçmaz, Şəki, Qax, Zaqatala, İsmayıllı, Quba, Oğuz, Qusar və Qəbələ rayonlarında yayılmışdır.
Cəld faktlar Danışanların ümumi sayı, Təsnifatı ...
Ləzgi dilləri | |
---|---|
Danışanların ümumi sayı |
|
Təsnifatı | |
|
|
Dil kodları | |
Glottolog | lezg1248 |
Bağla
Ləzgi dillərinin əhatə dairəsi müxtəlifdir. Məsələn, ləzgi dilinin yarım milyon istifadəçisi vardır, lakin arçin dilinin isə əlifbası yoxdur və cəmi kiçik bir kəndin əhalisi danışır.
Bir neçə min il əvvəl müasir ləzgi xalqlarının əcdadları ümumi bir proto-ləzgi dilini istifadə edirdi, lakin zamanla dillər dəyişib və indiki halını alıb.[1]