Kraliça Anna müharibəsi
1702-1713-cü illərdə Şimali Amerikada baş vermiş hərbi münaqişə / From Wikipedia, the free encyclopedia
Kraliça Anna müharibəsi və yaxud Üçüncü Hindu müharibəsi, həmçinin İkinci Beynəlxalq Koloniyalar müharibəsi — İspaniya mirası uğrunda müharibənin bir hissəsi olan 1702–1713-cü illərdə baş vermiş hərbi münaqişə. Döyüşən iki əsas dövlətlə yanaşı, Fransanın tərəfində vuruşan İspaniya imperiyası ilə bərabər, çoxsaylı Şimali Amerikanın hindi tayfaları da hərbi əməliyyatlarda iştirak edirdi.
Kraliça Anna müharibəsi | |||
---|---|---|---|
İspaniya mirası uğrunda müharibə | |||
| |||
Tarix | 1702-1713-cü illər | ||
Yeri | Şimali Amerika | ||
Nəticəsi | Utrext sülhü | ||
Ərazi dəyişikliyi | Fransa Akadiya, Nyufaundlend, Hudzon körfəzinin sahillərini və Sent-Kitsi Böyük Britaniyaya güzəştə getdi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Müharibənin belə adlanması Şimali Amerikadakı ingilis koloniyalarında geniş yayılmışdı. Bu ad 1702-ci ildən İngiltərə və Şotlandiya krallığı kraliçası, 1707-ci ildən isə rəsmi şəkildə birləşmiş Böyük Britaniya krallığının ilk kraliçası Anna Stüartın adından yaranıb. Lakin buna baxmayaraq müharibə Üçüncü Hindu müharibəsi[1] və İkinci Beynəlxalq Koloniyalar müharibəsi də adlandırılırdı.[2]
Müharibə üç cəbhədə aparılırdı. Yeni İngiltərə müstəmləkələri, paytaxtı Kvebek şəhəri olan Akadiya və Kanadada yerləşən Fransız və hindu qüvvələri ilə daima vuruşurdular. Kvebek şəhəri dəfələrlə ingilis ekspedisiyalarının əsas hədəfi (lakin heç vaxt müvəffəqiyyətlə fəth edilməyən) olurdu. Nyufaundlend adasına nəzarət uğrunda mübarizə daima Sent Con şəhərində yerləşdirilmiş ingilis müstəmləkə qoşunları və Plezansda qərar tutan fransızlar tərəfindən aparılırdı. İspan Floridası və İngiltərənin Karolina əyaləti də tərəflərin davamlı təkrar hücumlarına məruz qalırdılar. Karolinalılar da Mobil şəhərində olan fransızları qovmağa çalışdılar.
Cənubdakı müharibə məlum ərazi dəyişikliklərinə səbəb olmadı. Lakin onun nəticəsi müasir Cənubi Corciyanın bir hissəsi olan ərazilər də daxil olmaqla İspaniya Floridasının yerli hindu əhalisinin məhv edilməsi ilə sona çatdı. Yeni Fransa və Yeni İngiltərə arasındakı müharibə fransız və hindu qoşunlarının Massaçusetsə (müasir Men də daxil olmaqla) dəqiq zərbələr endirməsindən ibarət idi. Buna cavab tədbirləri Akadiyanın paytaxtı, Port Royal şəhərinin ingilislər tərəfindən ələ keçirilməsi oldu.
1713-cü ildə Utrext müqaviləsinin şərtlərinə əsasən, İngiltərə Akadiya (bunda sonra Yeni Şotlandiya adlandırdı), Nyufaundlend adasını, Hudzon körfəzi ərazisindəki torpaqların bir hissəsini və Karib dənizindəki Sent Kitts adasını aldı. Sülhə görə Fransızlar İrokezlər üzərində ingilislərin suverenliyini tanımalı və bütün millətlər üçün materik hinduları ilə ticarətə icazə verməli idilər. Fransa sülh müqaviləsi ilə yalnız Müqəddəs Lourens körfəzinin adalarını saxlaya bildi.