Remove ads
1756-1763, Böyük Britaniyanın və Fransanın Şimali Amerika və Ost-Hindistanda müstəmləkəçilik rəqabəti, və Prussiyanın aqressiv xarici siyasətinin Rusiya və Avstriyanın xarici maraqları ilə toqquşmasından yaranan müharibə From Wikipedia, the free encyclopedia
Yeddiillik müharibə (1756–1763) — Böyük Britaniyanın və Fransanın Şimali Amerika və Ost-Hindistanda müstəmləkəçilik rəqabəti, və Prussiyanın aqressiv xarici siyasətinin Rusiya və Avstriyanın xarici maraqları ilə toqquşmasından yaranan müharibə.
Yeddillik müharibə | |||
---|---|---|---|
| |||
Tarix | 1756-1763 | ||
Yeri | Avropa, Afrika, Şimali Amerika, Cənubi Amerika, Hindistan, Karib hövzəsi, Filippin | ||
Səbəbi | Prusiyanın Avropada güclənməsi, İngiltərə ilə Fransanın müstəmləkə rəqabəti | ||
Nəticəsi | Prusiyanın yüksəlişi; Fransa üzərində bir sıra qələbə qazanaraq və ondan Kanadanı, Şərqi Luiziananı, Dominika adalarını, Sent-Vinsent və Qrenadin, Qrenada və Tobaqo, Seneqalı və Fransanın Hindistandakı bütün faktoriyalarını alaraq; İspaniyadan Qərbi Luiziananı alaraq, İngiltərə ən güclü müstəmləkə dövlətinə çevrildi. | ||
Ərazi dəyişikliyi | Peterburq sülh müqaviləsi (1762) | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Britaniya — Fransanın müstəmləkələrini zəbt etmək və dənizdə mütləq ağalığa nail olmağa, Prusiya — Saksoniyanı özünə qatmaq və Polşanı vassal etməyə, Avstriya — Mərkəzi Avropada onun rəqibi olan Prussiyanı zəiflətmək və 1740-cı ildə işğal olunan Sileziyanı qaytarmağı çalışırdılar. Fransa ingilis kralının Avropadakı irsi mülkü olan Hannoveri tutmaq, Amerika və Ost-Hindistandakı müstəmləkələrini qorumaq və Prussiyanın güclənməsinin qarşısını almaq istəyirdi; İsveç — prus Pomeraniyasını işğal etmək; Rusiya — Prussiyanın təzyiqini azaltmaq və Qərbdə ərazilərini artırmaq istəyirdilər. Maraqların və ziddiyətlərin qəliz düyünü iki qarşıduran koalisiyanın yaranmasına gətirdi: Hannover, Hessen-Kassel, Braunşveyq və bir neçə başqa alman kyazlıqlarının da qoşulduğu ingilis-prus, və İsveçin, Saksoniyanın, və Müqəddəs Roma imperiyasına daxil olan əksər alman knyazlıqlarının qoşulduğu fransız-avstriyalı-rus ittifaqı.
Müharibə Prussiyanın Saksoniyaya hucumu ilə başladı. Bu Fransa və İsveçin zamin olduqları Vestfaliya sülhünü pozdu. II Fridrixin 95 minlik prus ordusu 17 avqust 1756-cı ildə qəflətən Saksoniyaya soxulub, 18 minlik Saksoniya ordusunu mühasirəyə salır və oktyabrın 4-də onu təslim olmağa məcbur edir. Fransız- Avstriya-rus koalisiyasının ordularının (300 min adam) hazır olmaması və planlarının koordinasiya olmamasından (Fransa yazda, Rusiya isə yayda döyüş əməliyatlarına başladı) yararlanan II Fridrix, 1757-ci il kampaniyasında öncə Avstriya üzərinə yeridi. 192 minlik prus ordusu dörd istiqamətdən Praqa üzərinə təmərküzlü hucuma başladı. Aprelin 25-də prus ordusu feldmarşal M. Braunun 60 minlik avstriyalı ordusunu məğlub edərək, onu Praqada qapatdı, lakin feldmarşal L. Daunun komandanlığı ilə köməyə yetişən 50 minlik avstriyalı ordusu iyunun 7-də prusları Koline yaxınlığında məğlub edərək, onları Çexiyadan çəkilməyə məcbur etdi. Apreldə marşal L. Ş.d'Estrenin 70 minlik fransız ordusu Hessen-Kasseli tutdu və Kloster — Sevendə 30 minlik hannoverli ordusunu məğlub edərək Hannoveri aldı. Şahzadə Ş. Sibizin 57 minlik fransız ordusu avqustda Eyzenaha yaxınlaşdı və Prussiyanın özünü zərbə altına aldı. II Fridrix ona qarşı əsas qüvvələri çıxardı və oktyabrın 25-də Rozbax döyüşündə fransızları məğlub etdi, sonra isə fors — marşla 40 minlik qoşununu Sileziyaya ötürdü. Burada Daunun avstriyalı ordusu Şveydnisi mühasirəyə almışdı və Breslaunu tutmuşdu. Noyabrın 24-də II Fridrix burada, Leyten döyüşündə qalib gəldi. Şərqi Prussiyada əməliyatlara başlayan 70 minlik rus ordusuna qarşı feldmarşal X. Levaldın 30 minlik prus ordusu hərəkat edirdi. İyunun 24-də S. F. Apraksinin komandanlığı ilə rus ordusu qüvvələrin 24 minlik hissəsi və Baltik donanmasının dəstəyi ilə Memel(Klaypeda), Tilzit, Qumbinnen və İnsterburqu aldılar. Avqustun 19-da Qros Yeqersdorf döyüşündə rus ordusu Levaldın qoşunlarını darmadağın etdilər. Şərqi Prussiyaya yol açıldı, ama, yaxın vaxtlarda IIFridrixin tərəfdarı III Pyotrun(imperatriça Yelizaveta xəstə idi) hakimiyətə gələcəyini düşünən Apraksin geriyə Memelə çəkilmək barədə əmr verdi, və buna görə imperatriça tərəfindən məhkəməyə verildi. Onu bu vəzifədə general V. V. Fermor əvəz etdi. Sentyabrda 23 minlik isveçli ordusu Pomeraniyadakı Ştetinə(Şeçin) qarşı hucum əməliyatına başladı, lakin rus ordusunun geriyə çəkilməsindən sonra, Ştralzunda çəkildi. Beləliklə 1757-ci il kampaniyasında Prussiya qalib gəldi.
1758-ci il kampaniyasında Prussiya — əleyhinə koalisiya, II Fridrixin 145 minlik ordusuna qarşı 316 min adam çıxarmışdı. Lakin yenə də müttəfiqlərin hərəkətlərini uzlaşdırmaması, ikiqat hərbi üstünlüyü mənasız edirdi. 1757-ci ilin dekabrında Şərqi Prussiyada geniş hucuma keçən Rusiya, 1758-ci ilin yanvarında bu əraziləri özünə qatdı. 1758-ci ilin yayında 58 minlik rus ordusu Küstrini aldı. Rusiyanın uğurlarından əndişələnən Avstriya Sileziyada və Saksoniyada, Fransa isə Hessen — Kassel və Hannoverdə ləng — müdafiə əməliyatları keçirirdilər. II Fridrix, əsas rəqibləri Avstriya və Rusiyanı ardıcıl olaraq darmadağın etmək üçün, səylərini gücləndirdi. Sileziyadan Çexiyaya müdaxilə edərək, Olmüzü mühasirəyə aldı, lakin, Küstrinin mühasirəyə düşdüyünü bilib, qüvvələrin əsas hissəsini ora ötürdü. Ancaq 1758-ci il avqustun 14-də baş verən qanlı Zorndorf döyüşü tərəflərin heç birinə qələbə qazandırmadı. Prus ordusu Küstrinə, rus ordusu isə Landsberqə oradan isə Pomeraniyaya, çəkildilər. Qışın girməsi ilə rus ordusu Vislanın öz tayına keçdi. 1759-cu ildə prus-əleyhinə koalisiyanın qoşunlarının sayı 352 minə çatdı, ingilis-prus koalisiyasının isə 220 min idi. Kampaniyada Rusiyanın planı, sonradan avstriyalılarla birləşmək üçün Oderə çıxmaq məqsədilə, rus qoşunlarının Poznana cəmləşdirilməsini nəzərdə tuturdu. Apreldə general P. S. Saltıkovun başçılığı ilə 40 minlik rus ordusu Oderə tərəf yeridi. General K. Q. Vedelin 30 minlik prus korpusu onun qarşısını almağa çalışarkən, 12 iyulda Palziq döyüşündə məğlub edildi. Krossen yaxınlığında Saltıkov B. E. Laudenin 18 minlik avstriyalı korpusu ilə birləşdi, və Frankfurtu(Oderdə) tutaraq, Dauna, Berlin üzərinə birgə hərəkət etməyi təklif etdi. Əməliyatları Sileziyaya yönəltməyə çalışan Daun buna qarşı çıxdı. II Fridrix rusların Berlin üzərinə hərəkətinin qarşısını almağa çalışdı. 12 avqustda Kunersdorf döyüşündə 48 minlik prus ordusu məğlub oldu. Lakin Prussiyanın paytaxtı Berlinin alınması, avstriyalılara görə mümkün olmadı. Rus ordusu Vislanın o biri tayına qayıtdı. Qərbdə fransızların birləşmiş ordusu Hessen-Kassel uğrunda döyüş əməliyatları aparırdı, və iyulun 21-də Mindən qalasının mühasirəsində uğursuzluğa düçar oldu. Beləliklə 1759-cu il kampaniyası, rusların güclənməsindən və Prussiyanın tamam darmadağın edilməsindən əndişələnən avstriyalıların siyasətinə görə, ruslar üçün nəticəsiz qaldı. 1759-cu il kampaniyasında prus-əleyhinə koalisiyanın daxilindəki ziddiyətlər bir az da dərinləşdi. Fransa Şərqi Prussiyanın Rusiyanın tərkibinə qatılmasının əleyhinə çıxdı, və İngiltərə ilə separat sülh anlaşması bağlamağa hazırlaşırdı, ama sülh danışıqları uğursuz oldu.
1760-cı ildə II Fridrix çətinliklə ordusunun sayını 100–120 minə çatdırdı. Prus-əleyhinə koalsiyanın 220 minlik qoşunu vardı. Koalisiyanın planına: avstriyalıların ruslarla birlikdə Sileziyada; imperiya qüvvələrinin Saksoniyada; və fransız qoşunlarının — Hannover əleyhinə hərəkətləri daxil idi. II Fridrix öz saxlanclarını və komunikasiyalarını qorumaq üçün müdafiəyə keçdi. Rus və Avstriya orduları, düşmənin komunikasiyalarında əməliyat apararaq, onu tutduğu qala və şəhərlərdən çıxarmağa çalışırdılar. Rus və Avstriya ordusu birgə əməliyatlardan qaçdığına görə, Saltıkov rus ordusunun əsas səylərini Pomeraniyaya keçirdi, qüvvələrin bir hissəsini isə Berlin üzərinə reydə göndərdi. Nəticədə general Z. Q. Çernışovun 23 minlik rus korpusu sentyabrın 28-də Berlini tutdu. Ancaq Berlinə II Fridrixin 70 minlik prus ordusunun yaxınlaşlması səbəbindən, hərbi saxlancları və başqa obyektləri məhv edən rus korpusu rus ordusunun əsas qüvvələri ilə birləşmək üçün Frankfurt rayonuna çəkildi. Beləliklə 1760-cı il kampaniyası ərzində tərəflərin vəziyətində mühüm dəyişikliklər baş vermədi. 1761-ci il kampaniyasında dekabrın 5-də P. A. Rumyantsevin komandanlığı altında rus qoşunlarının (Baltik dənizi donanması ilə birgə) Prussiyanın güclü Kolberq qalasının alınması oldu. Pomeraniyada möhkəmlənərək, feldmarşal A. B. Buturlinin rus ordusu, Berlinə şimaldan birgə zərbə üçün, isveç ordusu ilə əlaqə yaratdı. Bu kampaniyada Prussiya Cənubi Sileziyanı itirdi, onu ərzaqla təmin edən Polşa və Baltik dənizi ilə əlaqəsi kəsildi. Prussiyanın vəziyəti ağırlaşdı. Lakin 1761-ci il dekabrın 25-də rus imperatriçası Yelisaveta öldü, onun yerinə gələn prus tərəfdarı olan III Pyotr Rusiyanı müharibədən çıxardı, rusların tutduğu bütün Prussiya əraziləri boşaltdı, aprelin 24-də isə onunla sülh sazişi bağladı ki, bununla da onu tamamilə məğlub olmaqdan qurtardı. Rusiyadan sonra 1762-ci il mayın 11-də İsveç də müharibədən çıxdı. Prus ordusu (müvəqqəti olaraq prus ordusunun tərkibində olan) Çernışovun rus ordusunun köməyi ilə, avstriyalıları Sileziya və Saksoniyadan sıxışdırdılar və 1762-ci ilin oktyabrında imperiya qüvvələri üzərində Freyburq döyüşündə qələbə çaldılar. Lakin müharibədən tükənən rəqiblər oktyabrın 23-də Fransa və Prussiya, noyabrın 13-də isə Prussiya ilə Avstriya arasında preliminar (əvvəlcədən) sülh sazişi bağladılar.
Yeddiliik müharibənin başqa cəbhəsi Böyük Britaniya ilə Fransanın dənizdə və müstəmləkələrdəki müharibəsi idi. Bu müharibənin əvvəlində 1756–1757-ci illərdə Fransa daha uğurlu idi. 20 may 1756-cı ildə Balear adaları yanındakı Menork vuruşmasında fransız donanması ingilis donanmasını məğlub etdi. Lakin 1758-ci ildən başlayaraq Fransa, Avropada müharibə ilə bağlı olduğundan, dənizdə və müstəmləkələrdə məğlub olmağa başladı. Müharibənin Avropadakı cəbhəsində ancaq Prussiyaya maddi yardımla iştirak edən İngiltərə, müstəmləkələrdə öz gücünü artıraraq, tədricən təşəbbüsü ələ aldı. İngiltərə 1760-cı ildə Kanadanı, Luiziananın bir hissəsini, Floridanı və Fransanın Hindistandakı əksər müstəmləkələrini ondan aldı. 1763-cü ilin əvvəlində Yeddillik müharibə qurtardı. Yanvarın 30-da İngiltərə ilə Fransa arasında Paris sülh müqaviləsi bağlandı, bu müqaviləyə müharibəyə 1761-ci ildə qoşulan(İspaniya Fransanın, Portuqaliya isə İngiltərənin tərəfində) Portuqaliya və İspaniya da qoşuldu. 4 fevral 1763-cü ildə bir tərəfdən Prussiya ilə — o biri tərəfdən Avstriya və Saksoniya arasında, Yeddillik müharibəyə son qoyan Hubertusburq sülh müqaviləsi bağlandı. Bu sülh müqaviləsi Prussiyanın Sileziyaya və Qlatz qraflığına haqqını təsdiq edirdi.
Yeddillik müharibənin mühüm hərbi-siyasi nəticəsi Avropada qüvvələr nisbətinin dəyişməsi oldu. Fransız və ispan müstəmləkələrinin mühüm hissəsinə yiyələnən Böyük Britaniya ən qüdrətli dəniz dövlətinə çevrildi. Prussiya alman dövlətləri arasında öz mövqeyini o dərəcədə möhkəmlətdi ki, öz eqidası altında Almaniyanın birləşməsi uğrunda mübarizəyə başlamaq imkanı qazandı. Müharibədən xeyli zəifləmiş Fransa, daxili ziddiyətlər içində qalaraq, burjua inqilabına daha da yaxınlaşdı. Müharibədən tükənən Avstriya, Osmanlı imperiyasına qarşı, Rusiya ilə yaxınlaşmağa başladı. Rusiya böyük Avropa qüvvəsi kimi mövqelərini möhkəmlətdi. Yeddillik müharibə hərbi sənətin inkişafına böyük təsir göstərmişdir, kordon strateqiyası və xətt taktikasının böhranını aşkar etmişdir. Rəqibin qüvvələrinin səhra döyüşlərində məğlub edilməsi üstünlükləri aşkar olundu, döyüş əməliyatlarının aparılmasının yeni üsulları və formaları yarandı. Qərbi Avropa ordularından fərqli olaraq, məsələn, rus ordusu muzdlu deyildi, rekrut əsasında komplektləşdirilən milli ordu idi. Rus ordusunda ilk dəfə atıcıların səpələnmiş düzülüşü kolon düzülüşü ilə birgə tətbiq olunmağa başlandı. Yeddillik müharibədə artilleriya ilk dəfə taybuynuzlardan istifadə etməyə başladı. Topçular öz sıraları üstündən düşməni top atəşinə tuturdular.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.