Danimarka-Norveç

hazırkı Danimarka və Norveç torpaqlarında qurulmuş uniya From Wikipedia, the free encyclopedia

Danimarka-Norveç

Danimarka-Norveç — hazırkı DanimarkaNorveç torpaqlarında qurulmuş uniya. Həmçinin İslandiya, QrenlandiyaFarer adalarını da əhatə edirdi. 1536-cı ildə qurulmuş, 1814-cü ilə qədər davam etmişdir. Bu tarixdən sonra Norveç,İsveçin bir parçası olmuş; İslandiya, QrenlandiyaFarer adaları isə Danimarkaya bağlı qalmağa davam etmişdir.

Cəld faktlar Paytaxt, Ən böyük şəhər ...
Parçalanmış
Danimarka-Norveç
Danmark-Norge
«Guds hjælp, Folkets kærlighed, Danmarks styrke»
Thumb
1700-cü illərdə Danimarka torpaqları
 
 
 
1536  1814

Paytaxt Kopenhagen
Ən böyük şəhər Kopenhagen, Oslo
Dil Norveç dili, Dan dili
Rəsmi dilləri Danimarka diliAlman dili
Din Lüteranizm
Ərazisi 487,476 km2
Əhalisi 1,859,000
İdarəetmə forması Monarxiya
Sülalə Oldenburqlar
Kral
  1524–1533 I Frederik
  1588–1648 IV Kristian
  1808–1839 VI Frederik
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

Quruluş

Danimarka-Norveç əslində Kalmar Birliyinin qanuni varisi idi. Lakin İsveçdə baş verən üsyan Qustav Vazanın hakimiyyətə gəlməsinə və İsveçin ayrı bir dövlət yaratmasına təkan verdi. Bundan sonra dövlət Danimarka-Norveç adlanmağa başladı.

Yeddi illik Şimal müharibəsi

İsveç'in dövlətdən ayrılmasını qəbul edə bilməyən Kral III Kristian özünü hələ də İsveçin hökmdarı kimi görürdü. İsveçlə mütəmadi olaraq müharibə aparan dövlət 7 ildən sonra Stettin sülhünü imzaladı.

Koloniyaların yaranması

Böyük coğrafi kəşflər dövründə Danimarkanın da əsas maraqlarından biri AmerikaHindistan oldu. Kral IV Kristian Danimarka Ost Hind Şirkətinin əsasını 1616-cı ildə qoydu.

Otuzillik müharibə

1618-ci ildə Avropada Katolik dövlətlərlə Protestant dövlətlər arasında müharibə başladı. Əsasən Skandinav ölkələriMüqəddəs Roma imperiyası arasında keçən bu müharibədə məğlub tərəf olan Danimarka-Norveç protestant alman dövlətləri üzərindəki hegemonluq ümidini itirdi.

Norveçin ayrılması

Napoleon müharibələri dövründə Danimarka'nın məğlubiyyəti 1814-cü ildə Norveçin İsveçə verilməsi ilə nəticələndi. Bu dövrDanimarka-Norveçin hərbi olaraq ən zəif, elmi olaraq isə Qızıl əsri adlanır. Belə ki, Hans Kristian AndersenKyerkeqor kimi dahilər məhz bu illər yetişmişdi.

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.