From Wikipedia, the free encyclopedia
Fəth — düşmənin silah gücünə hərbi tabe edilməsi aktı.[1][2] Normanların İngiltərəni fəthi hərb tarixindəki fəth nümunələrindən biridir. Bu hadisə İngiltərə Krallığının normanların nəzarətinə keçməsinə səbəb olmuş və 1066-cı ildə Fateh Vilhemi ingilis taxtına gətirmişdir.
Müharibə |
Hərbi tarix |
Müharibə dövrləri |
Ən qədim tarix müharibələri · Qədim dövr müharibələri Orta əsr müharibələri · Barıt müharibələri Sənaye müharibələri · Müasir müharibələr |
Döyüş meydanları |
Hava döyüşləri · İnformasiya müharibələri Quru qoşun döyüşləri · Dəniz müharibələri Kosmos müharibələri · Hərbi itkilər · |
Silahlar |
Zirehli maşınlar · Artilleriya Bioloji silahlar · Süvari qoşunları Kimyəvi silahlar · Elektron silahlar Piyada · Nüvə silahı Psixoloji silah |
Hərbi taktika |
Gücdən salma taktikası · Partizan müharibəsi |
Hərbi strategiya |
Silahlı Qüvvələrin strukturu |
Silahlı Qüvvələrin strukturu · Hərbi rütbə |
Hərbi logistika |
Hərbi avadanlıq · Materiallar |
Digər |
Müharibə cinayətləri · Soyuq müharibə (dəqiqləşdirmə) |
Hərbi siyahılar |
Döyüşlərin siyahısı · Komandanların siyahısı Hərbi əməliyyatların siyahısı · Mühasirə siyahısı Hərbi nəzəriyyəçilərin siyahısı · Müharibələrin siyahısı Hərbi cinayətlərin siyahısı · Silahların siyahısı Hərbi yazıçıların siyahısı |
Fəth müəyyən mənada müstəmləkəçiliklə əlaqələndirilə bilər. Məsələn, İngiltərə anqlo-saksların, vikinqlərin və franko-normanların müstəmləkəçiliyi və fəthinin mərhələlərini yaşamışdır.
Qədim sivil xalqlar böyük miqyasda müharibələr aparırdılar ki, bu da əslində işğalçılıq idi.[3] Misirdə işğal və fəthin təsirləri rəsm və heykəllərdə təmsil olunan müxtəlif irq tiplərində müşahidə olunur.[4] Təkmilləşdirilmiş təsərrüfat getdikcə daha böyük orduların formalaşmasına və təkmilləşdirilmiş silah texnologiyasını əhatə edən ixtisaslaşmaya imkan vermiş və bu, əhalinin artması və siyasi nəzarətlə birlikdə müharibənin daha geniş vüsət alması və dağıdıcı xüsusiyyət alması ilə nəticələnmişdir.[5] Nəticədə asteklər, inklər, Dahomeya, Benin, Misir, Babilistan, Assuriya və İran kimi qədim sivilizasiyalar ətrafdakı az təşkilatlanmış cəmiyyətlərdən daha militarist xüsusiyyətləri ilə seçilmiş və hərbi sərgüzəştləri daha geniş miqyas alaraq ilk effektiv fəthləri mümkünləşdirmişdir.
Hərbi fəth insan miqrasiyasının ən davamlı səbəblərindən biri olmuşdur.[6] Siyasi inkişafa və dövlətin formalaşmasına miqrasiya və fəthlərin əhəmiyyətli təsiri var. Miqrasiyaya səbəb olan fəthlər irqlərin qarışmasına və mədəni mübadilələrə töhfə vermişdir.
Talançılıq hər zaman və hər yerdə müharibənin nəticələrindən biri olub: fatehlər tapdıqları dəyərli əşyaları mənimsəyiblər. Bu arzu həm də müharibə və fəthlərin ən əsas səbəblərindən biri olmuşdur.[7]
Tabelik nəticəsində sinif fərqi yaranır: fəth edilən xalq kölələşdirilir. Beləliklə, mümkün olan ən geniş sosial siniflər yaranır: kölələr və azadlar. Qullar müharibəni özlərinin əsas işi hesab edən yuxarı təbəqələri dəstəkləmək üçün işlədilir.[8]
Alimlər 1945-ci ildən bəri işğala qarşı normanın mövcudluğunu müzakirə edirlər.[9][10] İkinci dünya müharibəsindən sonra böyük ərazilərin zəbt edilməsi nadir hal olsa da, dövlətlər hələ də kiçik ərazilərin ilhaqını davam etdirirlər.[10]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.