From Wikipedia, the free encyclopedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
← 2013 2024 → | ||||
Azərbaycanda prezident seçkiləri | ||||
---|---|---|---|---|
11 aprel 2018 | ||||
Seçici fəallığı | 74.52 % | |||
Namizəd | İlham Əliyev | Zahid Oruc | Sərdar Cəlaloğlu | |
Partiya | Yeni Azərbaycan Partiyası | Bitərəf | Azərbaycan Demokrat Partiyası | |
Səslər | 3 394 898 (86.02 %) |
122 956 (3.12 %) |
119 621 (3.03 %) | |
Namizəd | Qüdrət Həsənquliyev | Hafiz Hacıyev | Araz Əlizadə | |
Partiya | Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | Müasir Müsavat Partiyası | Azərbaycan Sosial Demokrat Partiyası | |
Səslər | 119 311 (3.02 %) |
59 924 (1.52 %) |
54 533 (1.38 %) | |
Namizəd | Fərəc Quliyev | Razi Nurullayev | ||
Partiya | Milli Dirçəliş Hərəkatı Partiyası | Bitərəf | ||
Səslər | 45 967 (1.17 %) |
29 229 (0,74 %) |
||
İlham Əliyev • Zahid Oruc • Sərdar Cəlaloğlu • Qüdrət Həsənquliyev • Hafiz Hacıyev • Araz Əlizadə | ||||
| ||||
Nəticə | Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 7 il müddətinə Azərbaycan Prezidenti seçildi. |
Azərbaycan Konstitusiyasına əsasən 2018-ci ildə Azərbaycan ərazisində növbəti Prezident seçkiləri baş tutmalı idi. Prezident seçkiləri Qanuna əsasən oktyabrın ayının ikinci çərşənbə gününə, yəni oktyabrın 10-na təyin edilməli idi.
Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci il aprelin 11-də Azərbaycana növbədənkənar Prezident seçkilərinin elan edilməsi qərara alındı. Azərbaycan tarixində birinci dəfə növbədənkənar Prezident seçkiləri təyin edilirdi.
Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamı ilə 2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsindən sonra bir sıra müxalif siyasi partiyalar seçkilərdə mübarizə aparmayacağını bildirdi.
Fevralın 10-da Müsavat Partiyası və Ümid Partiyası Prezident seçkilərində mübarizə aparmayacağını bildirdi. Müsavat Partiyasının Məclis üzvü Nailə Yaqublu BBC Azərbaycana verdiyi müsahibəsində, Azərbaycanda ədalətli seçki baş tutmasına münbit şəraitin olmadığını bildirib və Müsavat Partiyası olaraq Prezident seçkilərini boykot etməyi qərara alıblar.
Ümid Partiyasının Ali Məclisinin həmin gün baş tutan iclasında, partiyanın Prezident seçkilərində mübarizə aparmaması qərara alındı. Ümid Partiyasının nizamnaməsinə əsasən Ümid Partiyasının namizədini yalnızca Qurultay müəyyən edir. Partiyanın Qurultayı isə mayın 28-də baş tutmalı idi, aprelin 11-nə qədər isə növbədənkənar Qurultayın baş tutması isə qeyri realdır.
Fevralın 14-də baş tutan MSK-nın iclasında beş nəfərin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi haqqında Qərarlar qəbul edildi:
Həmin gün baş tutan iclasda həm də Yeni Azərbaycan Partiyasının (YAP) və Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətləri nümayəndələrinin qeydə alınması haqqında Qərarlar qəbul edildi. Habelə namizədliyini öz təşəbbüsü ilə irəli sürənlərdən Anar Umudovun, Tural Abbaslının və Zahid Orucoun səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Qərarlar qəbul edildi.
Fevralın 17-də baş tutan MSK-nın növbəti iclasında isə daha yeddi nəfərin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi haqqında Qərarlar qəbul edildi:
Həmin gün baş tutan iclasda həm də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP), Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP), Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) və Müasir Müsavat Partiyasının (MMP) səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətləri nümayəndələrinin qeydə alınması haqqında Qərarlar qəbul edildi. Habelə namizədliyini öz təşəbbüsü ilə irəli sürənlərdən Razi Nurullayev və Elşən Həsənovun səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Qərarlar qəbul edildi.
Fevralın 19-də baş tutan MSK-nın iclasında bir nəfərin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi haqqında Qərar qəbul edildi:
Fevralın 24-də baş tutan MSK-nın növbəti iclasında isə daha 2 nəfərin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi haqqında Qərarlar qəbul edildi:
Həmin gün baş tutan iclasda həm də Vətəndaş və İnkişaf Partiyasının (VİP) və Azərbaycan Demokrat Partiyasının (ADP) səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətləri nümayəndələrinin qeydə alınması haqqında Qərarlar qəbul edildi.
Fevralın 27-də baş tutan MSK-nın iclasında namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin namizəd olaraq qeydə alınması haqqında Qərar qəbul edildi.
Martın 7-də baş tutan MSK-nın növbəti iclasında isə daha üç nəfərin namizədliyi qeydə alındı. Namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Zahid Məhərrəm oğlu Orucun, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tərəfindən irəli sürülən Qüdrət Müzəffər oğlu Həsənquliyevin və namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) tərəfindən irəli sürülən Araz Məmməd Mübariz oğlu Əlizadənin namizəd olaraq qeydə alınması haqqında Qərarlar qəbul edildi.
Martın 10-da baş tutan MSK-nın iclasında daha üç nəfərin namizədliyi qeydə alındı. Namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) tərəfindən irəli sürülən Fərəc İbrahim oğlu Quliyevin, namizədliyi Müasir Müsavat Partiyası (MMP) tərəfindən irəli sürülən Hafiz Ələmdar oğlu Hacıyevin və namizədliyi "Cəbhəçilər" təşəbbüs qrupu tərəfindən irəli sürülən Razi Qulaməli oğlu Nurullayevin namizəd olaraq qeydə alınması haqqında Qərarlar qəbul edildi.
1951-ci ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1974-cü ildə S. Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca şərqşünasdır. 1982–1988-ci illərdə Kiyev Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda müəllim olaraq çalışıb. 1995–2012-ci illərdə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri olub. 2012-ci ildən isə ASDP sədridir. Azərbaycan Milli Məclisinin V çağırış deputatıdır. ASDP üzvüdür. Ailəlidir. 2 övladı var. | |||||
MDHP |
1962-ci ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1986-cı ildə Naxçıvanda xəstəxanada, 1987-ci ildə isə Ordubad rayonunun Çənnab qəsəbəsində xəstəxanada çalışıb. Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı olub. 2011-ci ildən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədridir. Azərbaycan Milli Məclisinin IV və V çağırış deputatıdır. MDHP üzvüdür. Ailəlidir. 3 övladı var. | ||||
1956-cı ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca zoomühəndisdir. 1982–1989-cu illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində çalışıb. 1991–1992-ci illərdə "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri olub. 2003-cü ildən Müasir Müsavat Partiyasının (MMP) sədridir. MMP üzvüdür. Ailəlidir. 3 övladı var. | |||||
1961-ci ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MDBMİ) bitirib. İxtisasca diplomatdır. 1985–1990-cı illərdə MDBMİ müəllim olaraq çalışıb. 1994–2003-cü illərdə SOCAR-ın vitse-prezidenti və birinci vitse-prezidenti vəzifələrində çalışıb. Azərbaycan Milli Məclisinin I və II çağırış deputatı olub. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 2003-cü ilin avqust-noyabr ayılarında Azərbaycanın Baş naziri olub. 2003-cü ildən Azərbaycan Prezidentidir. 2008 və 2013-cü illərdə yenidən Azərbaycan Prezidenti seçilib. Yeni Azərbaycan Partiyasının (YAP) 1999-cu ildən sədr müavini, 2001-ci ildən sədrin birinci müavini, 2005-ci ildən isə sədridir. YAP üzvdür. Ailəlidir. 3 övladı var. | |||||
1965-ci ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1992-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca hüquqşünasdır. 1998–2004-cü illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü olub. MSK-nın Baş Katibi vəzifəsində çalışıb. Azərbaycan Milli Məclisinin III, IV və V çağırış deputatıdır. 2004-cü ildən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədridir. BAXCP üzvüdür. Ailəlidir. 2 övladı var. | |||||
1971-ci ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1997-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunu bitirib. İxtisasca ingilis və frasız dili müəllimidir. 2001–2003-cü illərdə Azərbaycan Dillər Universitetində müəllim olaraq çalışıb. 2009–2015-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini olub. Bitərəfdir. Ailəlidir. 2 övladı var. | |||||
1954-cü ildən anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1977-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1996–2005-ci illərdə Azərbaycan Demokrat Partiyasının (ADP) Baş Katibi olub. 2005–2007-ci illərdə ADP sədrinin birinci müavini, 2007-ci ildən isə sədridir. ADP üzvüdür. Ailəlidir. 4 övladı var. | |||||
1972-ci ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1989-cu ildə Azərbaycan Texniki Universitetini bitirib. 1999–2000-ci illərdə "Ana Vətən" qəzetində çalışıb. 1992–2013-cü illərdə Ana Vətən Partiyasının üzvü olub. Azərbaycan Milli Məclisinin III, IV və V çağırış deputatıdır. Bitərəfdir. Ailəlidir. 2 övladı var. |
Siyasi partiya | Namizəd | Topladığı səs | |||
---|---|---|---|---|---|
Say | % | +/- | |||
Yeni Azərbaycan Partiyası | İlham Heydər oğlu Əliyev | 3 394 898 | 86.02% | ▲1.48 | |
Bitərəf | Zahid Məhərrəm oğlu Oruc | 122 956 | 3.13% | ▲1.66 | |
Azərbaycan Demokrat Partiyası | Sərdar Cəlal oğlu Məmmədov | 119 621 | 3.03% | ▲2.41 | |
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | Qüdrət Müzəffər oğlu Həsənquliyev | 119 311 | 3.02% | ▲1.03 | |
Müasir Müsavat Partiyası | Hafiz Ələmdar oğlu Hacıyev | 59 924 | 1.52% | ▲0.86 | |
Azərbaycan Sosial Demokrat Partiyası | Araz Məmməd Mübariz oğlu Əlizadə | 54 533 | 1.38% | ▲0.51 | |
Milli Dirçəliş Hərəkatı Partiyası | Fərəc İbrahim oğlu Quliyev | 45 967 | 1.17% | ▲0.31 | |
Bitərəf | Razi Qulaməli oğlu Nurullayev | 29 229 | 0.74 | Yeni | |
Etibarlı səslərin sayı | 3 946 439 | ||||
Etibarsız səslərin sayı | 12 413 | ||||
Ümumi səslərin sayı | 3 958 852 | ||||
Seçicilərin sayı | 5 332 817 | ||||
Seçici aktivliyi: 71,63% | |||||
Mənbə:[1] |
2018-ci il aprelin 11-də baş tutan Prezident seçkiləri total qanun pozuntuları ilə müşahidə olundu. Seçki günü sosial medialarda, Meydan TV və Azadlıq Radiosunda məntəqələrdə qanun pozuntularının olmasını sübut edən videolar yayımlandı. Bir sıra dairələrdə və məntəqələrdə "Karusel" əməliyyatları oldu, səsvermə kabinalarına eyni anda bir neçə nəfər daxil oldu, seçki qutularına topa bülletenlər atıldı, adı seçici siyahısında olmayan vətəndaşlar səs verdi.
Həmçinin seçki günü məntəqələrdə səsvermə prosesini işıqlandıran jurnalistlərdə təyziqlərə məruz qaldı. 25 saylı Nizami II dairəsinin səsvermə prosesini işıqlandıran Meydan TV-nin jurnalistinə qarşı zor tətbiq edildi və o, zorla məntəqədən çıxarıldı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.