Remove ads
Azərbaycanda siyasi partiya From Wikipedia, the free encyclopedia
Milli Dirçəliş Hərəkatı Partiyası və ya qısaca MDHP — Azərbaycanda rəsmi dövlət qeydiyyatında olaraq aktiv fəaliyyət göstərən milliyyətçi, sağ mərkəzçi müxalif siyasi partiya. Qurucusu və hazırkı sədri istiqlalçı deputat Fərəc Quliyevdir.
Milli Dirçəliş Hərəkatı Partiyası MDHP | |
---|---|
Sədri | Fərəc Quliyev |
Qurucu | Fərəc Quliyev |
Quruluş tarixi | 17 noyabr 2002 |
Qeydiyyat tarixi | 31 may 2011 |
Birləşən | Demokratik Sol Partiya [a] (2015) |
Baş qərargah | Bakı, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 177 |
İdeologiya |
Millətçilik Bütöv Azərbaycan Türk-islam sintezi |
İdeoloji spektr | Sağ mərkəzçi |
Üzv sayı | 6000-dən çox [1] (2023) |
Şüar |
Biz gələcəyik! Millətləşmək, bütövləşmək, dövlətləşmək! |
Rəngləri | Qırmızı-ağ |
Milli Məclisdə |
0 / 125 |
Ali Məclisdə |
0 / 45 |
Bələdiyyə sədrləri |
0 / 1.605 |
Bələdiyyə üzvləri |
0 / 15.156 |
Saytı | mdhp.az |
Milli Dirçəliş Hərəkatı Partiyası rəsmi qeydiyyata alındığı gündən bəri bütün prezident, parlament və bələdiyyə seçkilərində iştirak etmişdir. Partiya Azərbaycan Respublikasının Milli Məclisinin IV və V çağırışlarında 1 deputatla — Fərəc Quliyev ilə təmsil olunmuşdur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Milli Dirçəliş Hərəkatı Partiyasının üzvlərinin 88%-i kişi, 12%-i isə qadın olmuşdur.[2]
Milli Dirçəliı Hərəkatı Partiyası 2002-ci ildə formalaşdırılmış təşəbbüs qrupu tərəfindən yaradılıb. 2005-ci il may ayının 7-də keçirilmiş təsis qurultayı ilə Milli Dirçəliş Hərəkatı Partiyası fəaliyyətə başlamışdır. İstiqlalçı deputat Fərəc Quliyev bu qurultayda sədr seçilmişdir. 2011-ci il may ayının 31 — də partiya dövlət qeydiyyatına alınmışdır.[3][4] 2017-ci il mayın 14-də Partiyanın ikinci qurultayı keçirilib və Fərəc Quliyev yenidən sədr seçilib.[5]
2008-ci ildən Partiyanın "Elçibəy məktəbi" fəaliyyət göstərir və gənclərlə ictimai-siyasi şəxslərin görüşləri təşkil edilir.[6][7][8]
MDHP Gənclər Təşkilatının dəstəyi ilə Bakının düşmən işğalından qurtuluşu günü münasibətilə şəhidlər xiyabanına "Türk yürüşü" adlı tədbir keçirilmişdir.[9]
2020-ci ildə Partiyanın 20 illik yubileyi keçirilmişdir.[10]
Milli Dirçəliş Hərəkatı Partiyası Milli Məclisdə təmsil olunduğu 2011–2019-cu illər ərzində Dövlət tərəfindən maliyyələşdirilən partiyalardan olmuşdur.[11][12]
Milli Dirçəliş Hərəkatı Partiyası 2015-ci ildə başladılmış iqtidar-müxalifət dialoquna qatılmış və öz təkliflərini irəli sürmüşdür.[13]
Partiya 2020-ci ildə başladılmış iqtidar-müxalifət dialoquna da qatılmış, partiya sədri bir neçə dəfə Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev ilə görüşmüşdür.[14][15]
MDHP İkinci Qarabağ müharibəsi dönəmində və sonrasında siyasi partiyaların iqtidara dəstək, dünya ictimaiyyətinə müraciət, lokal antiterror əməliyyatlarına dəstək və s. kimi ortaq qərarlarına imza atmışdır.[16][17]
"Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulundan sonra siyasi partiyalar üçün siyasi partiyaların yenidən dövlət qeydiyyatına alınması prosesi başladıldı. Bu proses çərçivəsində Milli Dirçəliş Hərəkatı Partiyası siyahısını Ədliyyə Nazirliyinə təqdim etdi, lakin avqust ayında siyahıya bəzi düzəlişlər edilməsi səbəbi ilə nazirlikdən rədd cavabı gəlmiş və partiyaya 1 ay müddət verilmişdir.[18] Milli Dirçəliş Hərəkatı Partiyası üzv reyestrini nəzərdən keçirərək yenidən nazirliyə göndərmiş və partiya 5 sentyabr 2023-cü ildə yenidən dövlət qeydiyyatına alınmışdır.[19][20]
Azərbaycan Sosial Demokrat Partiyasından ayrılmış Azərbaycan Demokratik Sol Partiyası 2015-ci ildə Milli Dirçəliş Hərəkatı Partiyasına birləşmişdir.[21] 2015-ci ildə ölkədə keçirilən parlament seçkilərində həmin partiyanın sədri Elşən Manafovun namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən 10 saylı Binəqədi 3-cü seçki dairəsindən irəli sürülmüş və daha sonra E. Manafov MDHP sədrinin müavini vəzifəsini tutmuşdur.[22][23]
Partiyanın 2012-ci ildən etibarən fəaliyyət göstərən və bütün fəaliyyətinin işıqlandırıldığı rəsmi veb səhifəsi (www.mdhp.az) mövcuddur.[24]
MDHP "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisə təkliflər paketi göndərən partiyalardan biri olmuşdur.[25][26]
7 fevral 2024-cü ildə Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkiləri ilə bağlı Milli Dirçəliş Hərəlatı Partiyası bəyanat vermişdir. Prezident seçkilərində böyük təcrübəsi olan Milli Dirçəliş Hərəkatı Partiyası Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində birbaşa namizədlə deyil, seçkiləri müşahidə missiyası ilə təmsil olunmuşdur. Partiya öz müşahidəçilərini qanunvericiliyin tələblərinə uyğun şəkildə qeydiyyatdan keçirmiş və müşahidəçilər seçki günü səsvermənin izlənməsi, müvafiq məlumatların partiyanın qərargahı ilə paylaşılması üçün təlimlərə cəlb edilmişdir. MDHP qələbə münasibətilə İlham Əliyevi təbrik etmişdir.[27]
Milli Dirçəliş Hərəkatı Partiyasının Nizamnamə, Məramnamə və strukturuna aid 12 Əsasnaməsi partiyanın rəsmi səhifəsində ictimaiyyətə təqdim edilmişdir.[28]
Milli Dirçəliş Hərəkatı Partiyasının Qadın qolları mövcuddur. Bu təşkilata hazırda MDHP sədrinin köməkçi müşaviri Leyla Cahangirova rəhbərlik edir.[32]
Milli Dirçəliş Hərəkatı Partiyasının Gənclik qolları mövcuddur. MDHP Gənclik qollarının sədri Nikbin Quliyevdir.[33]
Milli Dirçəliş Hərəkatı Partiyası 2010-cu ildən bəri Azərbaycan Respublikasında keçirilmiş bütün seçkilərdə öz nəmizədləri ilə iştirak etmişdir. Partiya Azərbaycan Respublikasının Milli Məclisinin IV və V çağırışlarında 1 deputatla təmsil olunmuşdur.[34][35][36][37][38]
Partiya 2013 və 2018-ci il prezident seçkilərində sədr Fərəc Quliyevin namizədliyini irəli sürmüşdür.[39][40][41]
Seçki | Sədr | Nəticə | ||
---|---|---|---|---|
Səs | % | Mandat | ||
2015 | Fərəc Quliyev | 12 043 | 0.42 | 1 / 125 |
2020 | 0 / 125 | |||
2024 |
Seçki | Sədr | Nəticə | ||
---|---|---|---|---|
Səs | % | Mandat | ||
2015 | Fərəc Quliyev | 0 / 45 | ||
2020 | İştirak etmədi. |
Seçki | Sədr | Nəticə | ||
---|---|---|---|---|
Səs | % | Yer | ||
2014 | Fərəc Quliyev | 1 / 15.035 [b] | ||
2019[42] | 1 / 15.156 [b] |
Partiya qərargah ilə təmin olunmamışdır. Baş qərargah kirayə götürülmüş aşağıdakı ünvanda yerləşir: Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 177.[43]
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri | Fərəc Quliyev | |
Milli Dirçəliş Hərəkatı Partiyası Ali Məclisinin sədri | Tahir Seyidov | |
Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini | Həbib Ələkbərsoy | |
Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini | Şakir Ağayev | |
Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini | Elşən Manafov | |
Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini | Əli Rzayev |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.