Remove ads
Azərbaycanlı siyasətçi From Wikipedia, the free encyclopedia
Əli Əliyev (19 avqust 1967, Bakı) — azərbaycanlı siyasətçi, biologiya elmləri namizədi, Vətəndaş və İnkişaf Partiyasının ilk və son sədri (2006–2023), Azərbaycan Milli İstiqlal Partiyasının sədri (2005–2006).
Əli Əliyev | |
---|---|
28 may 2006 – 25 iyun 2023 | |
Əvvəlki | Vəzifə təsis olunub. |
Sonrakı | Vəzifə ləğv olunub. |
7 fevral 2005 – 22 yanvar 2006 | |
Əvvəlki | Özü |
Sonrakı | Ayaz Rüstəmov |
2004 – 7 fevral 2005 | |
Əvvəlki | Etibar Məmmədov |
Sonrakı | Özü |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 avqust 1967 (57 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Əli Əliyev 1967-ci il avqustun 19-da Bakı şəhərində anadan olub. O, 1974–1984-cü illərdə Bakı şəhəri Nərimanov rayonu 45 saylı orta məktəbdə təhsil alıb. 1984-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1991-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib.[1]
1991-ci ildə Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasında işləməyə başlayıb. Hal-hazırda da həmin universitetdə çalışır. Biologiya elmləri namizədidir.
Əli Əliyev 1989–1991-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur.
Əli Əliyev 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının quruluşunda yaxından iştirak etmişdir. Müxtəlif dövrlərdə AMİP Gənclər Təşkilatının sədri, partiya sədrinin təşkilati məsələlər üzrə müavini olub. Etibar Məmmədovdan sonra müvəqqəti olaraq Azərbaycan Milli İstiqlal Partiyasının sədri olmuşdur.
2003-cü il prezident seçkilərinin ardından Azərbaycan Milli İstiqlal Partiyası sədri Etibar Məmmədov sədrlikdən istefa vermişdir. Sədr səlahiyyətləri isə onun qohumu Əli Əliyevə həvalə edilmişdir. 7 fevral 2005 tarixində Azərbaycan Milli İstiqlal Partiyasının növbədənkənar VIII Qurultayı keçirilmişdir. Qurultayda Əli Əliyev partiya sədri seçilmiş və partiyanın lideri postu yaradılmışdır.
2005-ci il parlament seçkiləri ərəfəsində, 13 iyul 2005-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası və bir qrup müstəqil siyasətçi Yeni Siyasət Seçki Blokunu (qısaca YeS) təsis etmiş və vahid namizədlərlə seçkiyə qatılmışdır.[2] Lakin seçkilərin nəticəsi açıqlandıqda Yeni Siyasət Seçki Blokunun vahid siyahısından sadəcə 2 müstəqil namizəd — 52 saylı Quba seçki dairəsi üzrə baş nazirin sabiq müavini Vahid Əhmədov və 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə sabiq baş nazir Əli Məsimli deputat seçilmişdir. Yeni Siyasət Seçki Blokunun üzv partiyaları seçki nəticələrinə etiraz etmiş və seçilmiş deputatları istefaya dəvət etmişdir, lakin Yeni Siyasət Seçki Blokuna üzv olan Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Arzuxan Əlizadə (hazırkı sədr) seçkinin yekun protokoluna imza atmışdır. Azərbaycan Milli İstiqlal Partiyası sədri Əli Əliyev buna etiraz etmişdir.[3] Partiya sədri Əli Əliyev fövqəladə iclas keçirmiş və iclasda Etibar Məmmədov və Arzuxan Əlizadənin dəstəkçilərini Siyasi Şura üzvlüyündən ixrac etmişdir.
21 yanvar 2006-cı ildə partiya sədri Əli Əliyev Azərbaycan Demokrat Partiyasının qərargahında quruıtay çağırımış, lakin 190 nümayəndənin iştirak etməli olduğu qurultayda 100 nümayəndə iştirak etmişdir. Kvorum olmadığından qurultay növbəti günə təxirə salınmışdır.[4] 22 yanvar 2006-cı ildə həm Əli Əliyev, həm də Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının növbədənkənar qurultayını keçirmişdir. Əli Əliyev keçirdiyi qurultayda Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokrat Partiyası, Müsavat Partiyası nümayəndələri iştirak etmiş, Etibar Məmmədov liderlik postundan uzaqlaşdırılmış, özü isə Azərbaycan Milli İstiqlal Partiyasının yenidən sədri seçilmişdir.[5] Etibar Məmmədov keçirdiyi qurultayda isə Əli Əliyevə etimadsızlıq göstərilmiş, Ayaz Rüstəmov partiyanın müvəqqəti sədri seçilmişdir.[6][7] Hər iki tərəf müvafiq qurultay sənədlərini Ədliyyə Nazirliyinə təqdim etmişdir. Ədliyyə Nazirliyi nəticə olaraq Etibar Məmmədovun keçirdiyi qurultayın nəticələrini tanımışdır.
Əli Əliyev və tərəfdarları 28 may 2006 tarixində Vətəndaş və İnkişaf Partiyasının Quruluş Qurultayını təşkil etmişdir.[8] Bu qurultayda Əli Əliyev Vətəndaş və İnkişaf Partiyasının sədri seçilmişdir.
O, 2006-cı ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası və Vətəndaş və İnkişaf Partiyasının iştirakı ilə yaradılan və 2010-cu ilə qədər fəaliyyət göstərən Azadlıq Siyasi Blokunun həmtəsisçisi və həmsədri olub.[1]
2010-cu il parlament seçkiləri ərəfəsində Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Partiyası və Azərbaycan Yaşıllar Partiyası tərəfindən yaradılmış "İnsan Naminə" seçki blokuna rəhbərlik edib.[1]
2014-cü ildə Vətəndaş və İnkişaf Partiyası və Azərbaycan Demokrat Partiyasının sədrləri partiyaların birləşdirilməsi üçün qarşılıqlı təmaslar başlatdılar. Təkliflərə əsasən Vətəndaş və İnkişaf Partiyası Azərbaycan Demokrat Partiyasına birləşəcək və partiya sədri Əli Əliyev birləşmiş partiyanın sədr müavini, daha sonra isə növbəti sədri olacaq idi.[9] Lakin yekun nəticədə birləşmə baş tutmamışdır.[10]
"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra, 25 iyun 2023-cü ildə Vətəndaş və İnkişaf Partiyası fəaliyyətini dayandırması ilə bağlı bəyanat yaymışdır.[11]
Əli Əliyev 2013-cü ildə keçirilmiş prezident seçkilərində prezidentliyə namizədliyini irəli sürsə də, Mərkəzi Seçki Komissiyası onun namizədliyinin qeydə alınmasından imtina edib.[1]
Əli Əliyev 2010-cu il parlament seçkilərində Vətəndaş və İnkişaf Partiyası ilə Azərbaycan Liberal Partiyasının təsisçisi olduğu "İnsan Naminə" Seçki Blokunun 15 saylı Yasamal birinci seçki dairəsi üzrə deputatlığa vahid namizədi olmuşdur.[12] O, seçkilərdə 1552 səs (12,56%) səs toplayaraq seçkiləri bitərəf namizəd Etibar Hüseynov və "AXCP-Müsavat" Seçki Blokunun deputatlığa vahid namizədi, Müsavat Partiyasının başqanı İsa Qəmbərdən sonra üçüncü sırada tamamlamışdır.[13]
Əli Əliyev 2015-ci il parlament seçkilərində Aydınlar Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Xalq Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Böyük Azərbaycan Partiyası və Vətəndaş və İnkişaf Partiyasının təsisçisi olduğu "Azadlıq-2015" Seçki Blokunun 15 saylı Yasamal birinci seçki dairəsi üzrə deputatlığa vahid namizədi olmuşdur.[14] O, seçkilərdə 570 səs (2,89%) səs toplayaraq seçkiləri bitərəf namizəd Ülvi Quliyev, bitərəf namizəd Nicat Mehdiyev, hakim Yeni Azərbaycan Partiyasının deputatlığa vahid namizədi Bayram Aslanov və Müsavat Partiyasının deputatlığa vahid namizədi İsa Qəmbərdən sonra beşinci sırada tamamlamışdır.[15]
Əli Əliyev 2020-ci il parlament seçkilərində Vətəndaş və İnkişaf Partiyasının sədri olaraq 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur.[16] O, 798 səs (15,15%) toplayaraq seçkiləri Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Elnur Allahverdiyevin ardından ikinci sırada tamamlamışdır.[17]
Əli Əliyev 9 dekabr 2021-ci ildə Sevinc Osmanqızının YouTube kanalı olan "Osmanqızı TV"də Qaraheybət aviasiya poliqonunda helikopter qəzası haqqında helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində fikirlər və iddialar səsləndirmişdir. Qəzada yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə verdilər. Şikayətçilər məhkəməyə Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət ediblər. Şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib. 13 yanvar 2021 tarixində Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasında Əli Əliyevə 5 ay həbs cəzası verilib.[18][19] 8 may 2023-cü ildə əfv sərəncamı ilə azadlığa buraxıldı.[20]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.