Hafiz Ələmdar oğlu Hacıyev (16 aprel 1956, Zod, Basarkeçər rayonu) — Azərbaycanlı siyasətçi, biologiya elmləri namizədi, Müasir Müsavat Partiyasının sədri (2001), "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri (1992–1993).
Hafiz Hacıyev | |
---|---|
Vəzifədədir | |
5 may 2001-ci ildən | |
Əvvəlki | Vəzifə təsis edildi. |
1992 – 1993 | |
Prezident | Əbülfəz Elçibəy |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 aprel 1956 (68 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | Azərbaycan Dövlət Aqrar Universiteti |
Fəaliyyəti | siyasətçi |
Atası | Ələmdar Hacıyev |
Dini | İslam |
Həyatı
Hafiz Hacıyev 1956-cı ilin aprel ayının 16-da Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1962–63-cü dərs ilində Zod kənd orta məktəbinə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1973–1979-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndislik fakültəsində təhsil almışdır. 1988-ci ildən biologiya elmləri namizədidir.
1979-cu ildən 1982-ci ilədək Azərbaycan LKGİ Kəlbəcər rayon komitəsində təşkilat şöbə müdiri və rayon komitəsinin II katibi işləmiş və I katibi əvəz etmişdir.[1]
1982–1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsinin ixtioloqu və şöbə müdiri əvəzi, şöbə müdiri, Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində balıqçılıq idarəsinin rəisi, 1989–90-cı illərdə Respublika Embrionköçürmə Mərkəzinin direktoru, Respublika Süni Mayalanma Mərkəzinin direktoru vəzifələrində, 1991–1992-ci illərdə "Azərbalıq" İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində çalışmışdır.
Ailəsi
Ailəlidir, 3 övladı var.
- İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin əmisi oğludur.[2]
- İctimai fəal Bəxtiyar Hacıyevin uzaq qohumudur.
- Sabiq deputat Arzu Səmədbəyli və siyasətçi Aqil Səmədbəylinin uzaq qohumudur.
Siyasi fəaliyyəti
1992–1993-cü illərdə Azərbaycan Respublikasının "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri vəzifəsində çalışmışdır.[3][4]
1999-cu ildə həbsdən azad olunduqdan sonra "Elçibəy Xalq Hərəkatı"nın yaradılmasının təşkilatçısı və hərəkatın rəhbəri olmuşdur.[5] Həmin dövrdə üzvü olduğu Müsavat Partiyasından uzaqlaşdırılmışdır.[6]
2001-ci ildən Müasir Müsavat Partiyasının sədri, "Müasir Müsavat" qəzetinin təsisçisi və baş redaktorudur.
Həbsi
1993-cü ildə Cinayət Məcəlləsinin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə məhkum olunmuş, 1996-cı ildə isə Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə 3 il müddətinə həbs edilmişdir.
Seçkilərdə iştirakı
2003-cü ildə Azərbaycanda Prezident seçkilərində namizədliyi irəli sürmüşdü. Bu seçkilərdə Hafiz Hacıyev 8 namizəd arasında 0,3% (9.990 səs) toplamaqla sonuncu yeri tutdu.
2008-ci ildə Azərbaycanda Prezident seçkilərində yenidən iştirak edib və 7 namizəd arasında yenidən sonuncu yeri tutub. Bu seçkilərdə Hafiz Hacıyev səslərin 0,64% -ni (23.771 səs) toplayıb.
Şəxsi həyatı
2018-ci ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamış, Əliyevin onu baş nazir təyin edəcəyinə inandığını qeyd etmişdir.[7] 2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.[8]
Mənbə
- Biografiya Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.