bitki cinsi From Wikipedia, the free encyclopedia
Alströmeriya (lat. Alstroemeria) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin alströmeriyakimilər fəsiləsinə aid bitki cinsi. Cinsin bütün nümayəndələri Cənubi Amerika üçün səciyyəvi olsa da, bəzilərinə ABŞ, Meksika, Avstraliya, Yeni Zelandiya, Madeyra və Kanar adalarında da rast gəlmək olar. Cinsə daxil olan bütün növlər demək olar ki, iki fərqli yayılma arealından biri ilə məhdudlaşır. Bu mərkəzlərdən biri Çilidə, digəri isə Braziliyanın şərqində yerləşir. Çilidə olan Alstroemeria növləri qışda, Braziliyada olanlar isə yayda inkişaf edir. Çilinin Atakama səhrasında yetişən A. graminea istisna olmaqla, digər bütün növlər uzunömürlü çoxillik bitkilərdir.
Alströmeriya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Alströmeriya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bu cinsin nümayəndələri kök yumrularına malikdir. Bəzi növlərin gövdələrinin hündürlüyü 1.5 metr (4.9 ft)-ə çatır. Bitkinin yarpaqları növbə ilə düzülür, formaları dəyişkəndir və yarpaq damarları paraleldir. Çiçəklər tək olur və ya çətirdə yığılır. Çiçəklərdə hər birinin uzunluğu 5 santimetrə (2,0 düym) qədər olan altı ləçək var. Onlar qırmızı, narıncı, bənövşəyi, yaşıl və ağ rənglərin bir çox çalarlarında ola bilir və tünd rəngli ləkə və ya zolaqlara malikdirlər. Çiçəklərdə altı erkəkcik və üç ağızcığa malik bir dişicik var. Alstroemeria-da çiçəyin ləçəkləri yumurtalığın üstündə yerləşir.[1]
Bitkinin çiçəkləmə dövrü yaz və yaydır. Tozlanma həşəratların (arıların), həmçinin kolibrilərin köməyi ilə baş verir. Tozlayıcılar olmadıqda bitkinin küləklə tozlanması da mümkündür.[2]
Cins İoqann Peter Falk və onun dissertasiya rəhbəri Karl Linney tərəfindən 1762-ci ildə Planta Alströmeria adlı dissertasiyasında təsvir edilmişdir.[3] Cins Linneyin tələbəsi olan isveçli baron Klas Alstryomerin (1736–1794) şərəfinə adlandırılmışdır.[3] Linneyə cinsə aid iki növün toxum nümunələrini o vaxt bitkinin artıq yetişdirildiyi İspaniyadan məhz Alstryomer gətirmişdi.[2]
Cinsin ağ, sarı, narıncı, ərik, çəhrayı, qırmızı, bənövşəyi və bənövşəyi də daxil olmaqla bir çox rəngi və bəzəyi özündə əks etdirən bir çox hibridi və ən az 190 sortu hazırlanmışdır. Bu gün tez-tez yetişdirilən ən məşhur hibridlər Çilidən olan növlər (qışda çiçəkləyən) ilə Braziliyadan gələn növlər (yayda çiçəkləyən) arasında çarpazlaşma nəticəsində əldə edilir. Bu strategiya cinsə aid bitkilərin həmişəyaşıl olması və demək olar ki, ilin çox hissəsində çiçəkləməsi ilə nəticələnmişdir. Cinsin əsas yetişdirmə prosesi bu gün Hollandiyadakı şirkətlər tərəfindən həyata keçirilir. Miniatür zanbağa bənzəyən bu çiçəklər kəsmə gül ticarətində buket və gül kompozisiyaları üçün olduqca məşhurdur. Bu zərif çiçəklər heç bir büzüşmə əlaməti olmadan suda 14 günə qədər yaşayır.[4]
Bağ üçün mövcud olan növlərin əksəriyyəti yazın sonunda və yazın əvvəlində çiçək açır. Bitkinin kökləri 23 °F (−5 °C) dərəcə istiliyə davamlıdır. Bitki ən azı altı saat gün işığı, müntəzəm su və yaxşı havalandırılan torpaq tələb edir.
Alstroemeria cinsinin nümayəndələrinin köklərindən nişasta əldə edilir. Bitkidən həmçinin xalq təbabətində və yüksək keyfiyyətli yapışqan hazırlamaqda da istifadə olunur.[2]
Alstroemeria cinsinə aid təxminən 126 növ var.[5][6]
Şəkil | Ad | Yayılma arealı |
---|---|---|
Alstroemeria achirae | Maule | |
Alstroemeria albescens | Riu-Qrandi-du-Sul | |
Alstroemeria altoparadisea | Qoyas | |
Alstroemeria amabilis | Braziliya | |
Alstroemeria amazonica | Para, Bolivar | |
Alstroemeria andina | Çili, Argentina | |
Alstroemeria angustifolia | Çili | |
Alstroemeria annapolina | Qoyas | |
Alstroemeria apertiflora | Braziliya, Argentina, Paraqvay | |
Alstroemeria aquidauanica | Matu-Qrosu | |
Alstroemeria arnicana | Qoyas | |
Alstroemeria aulica | Valparaiso | |
Alstroemeria aurea | Çili, Argentina; Yeni Zelandiya, Viktoriya (Avstraliya) bölgələrinə gətirilib uyğunlaşdırılmışdır. | |
Alstroemeria bahiensis | Baiya | |
Alstroemeria bakeri | Catamarca | |
Alstroemeria bilabiata | Santyaqo | |
Alstroemeria brasiliensis | Braziliya | |
Alstroemeria burchellii | Qoyas | |
Alstroemeria cabralensis | Minas-Jerays | |
Alstroemeria caiaponica | Qoyas | |
Alstroemeria calliantha | Minas-Jerays | |
Alstroemeria cantillanica | O'Higgins | |
Alstroemeria capixaba | Espírito Santo | |
Alstroemeria caryophyllaea | Braziliya | |
Alstroemeria chapadensis | Matu-Qrosu | |
Alstroemeria chorillensis | Peru | |
Alstroemeria crispata | şimali Çili | |
Alstroemeria cuiabana | Matu-Qrosu | |
Alstroemeria cultrifolia | Brazilia | |
Alstroemeria cunha | Braziliya | |
Alstroemeria decora | Valparaiso | |
Alstroemeria diluta | Çili | |
Alstroemeria discolor | Valparaiso | |
Alstroemeria douradensis | Qoyas | |
Alstroemeria espigonensis | Bahia | |
Alstroemeria exserens | Çili, Argentina | |
Alstroemeria fiebrigiana | Bolivia | |
Alstroemeria firmulifolia | Minas-Jerays | |
Alstroemeria foliosa | Braziliya, Paraqvay | |
Alstroemeria fuscovinosa | Braziliya | |
Alstroemeria garaventae | Çili | |
Alstroemeria gardneri | Braziliya | |
Alstroemeria glaucandra | Valparaiso | |
Alstroemeria gouveiana | Minas-Jerays | |
Alstroemeria graminea | Çili | |
Alstroemeria hookeri | Çili | |
Alstroemeria huemulina | Bío Bío | |
Alstroemeria ibitipocae | Minas-Jerays | |
Alstroemeria igarapavica | São Paulo | |
Alstroemeria inodora | Braziliya | |
Alstroemeria isabellana | Braziliya, Argentina, Uruguay, Paraqvay | |
Alstroemeria itabiritensis | Minas-Jerays | |
Alstroemeria jequitiana | Minas-Jerays | |
Alstroemeria jocunda | Santiago de Chile | |
Alstroemeria julieae | Minas-Jerays | |
Alstroemeria kingii | Çili | |
Alstroemeria lactilutea | Tarapacá | |
Alstroemeria landimana | Braziliya | |
Alstroemeria leporina | Çili | |
Alstroemeria ligtu, St. Martin's flower | Peru, Çili, Argentina | |
Alstroemeria litterata | Matu-Qrosu | |
Alstroemeria longaviensis | Maule | |
Alstroemeria longistaminea | Braziliya | |
Alstroemeria longistyla | Qoyas, Minas-Jerays | |
Alstroemeria lutea | Tarapacá | |
Alstroemeria magna | Valparaiso | |
Alstroemeria magnifica | Çili | |
Alstroemeria malmeana | Braziliya | |
Alstroemeria modesta | Çili | |
Alstroemeria mollensis | Kokimbo | |
Alstroemeria monantha | Çili | |
Alstroemeria monticola | Bahia, Minas-Jerays | |
Alstroemeria nidularis | Maule | |
Alstroemeria nivea | Kokimbo | |
Alstroemeria ochracea | Minas-Jerays | |
Alstroemeria orchidioides | Brazilia, Qoyas | |
Alstroemeria pallida | Çili | |
Alstroemeria paraensis | Para | |
Alstroemeria patagonica | cənubi Argentina, cənubi Çili | |
Alstroemeria paupercula | Peru, şimali Çili | |
Alstroemeria pelegrina, Peruvian lily | Peru, Çili | |
Alstroemeria penduliflora | Minas-Jerays | |
Alstroemeria philippii | şimali Çili | |
Alstroemeria piauhyensis | Braziliya | |
Alstroemeria plantaginea | Braziliya, Venesuela | |
Alstroemeria poetica | Çili | |
Alstroemeria polpaicana | Santiago | |
Alstroemeria polyphylla | Çili | |
Alstroemeria presliana | Çili, Argentina | |
Alstroemeria pseudospathulata | Çili, Argentina | |
Alstroemeria psittacina | Braziliya, Argentina; naturalized in Australia, New Zealand, Southeastern United States, cənubi Mexico, Madeira, Canary Islands | |
Alstroemeria pubiflora | Qoyas | |
Alstroemeria pudica | Santiago | |
Alstroemeria pulchra | Çili | |
Alstroemeria punctata | Brazilia, Qoyas | |
Alstroemeria pygmaea | Peru, Braziliya, Argentina | |
Alstroemeria radula | Braziliya | |
Alstroemeria recumbens | Çili | |
Alstroemeria revoluta | Çili | |
Alstroemeria ribeirensis | Parana ştatı | |
Alstroemeria roseoviridis | Matu-Qrosu-du-Sul | |
Alstroemeria rupestris | Minas-Jerays | |
Alstroemeria sabulosa | Valparaiso | |
Alstroemeria schizanthoides | Çili | |
Alstroemeria sellowiana | Braziliya | |
Alstroemeria spathulata | Çili, Argentina | |
Alstroemeria speciosa | São Paulo | |
Alstroemeria spectabilis | Santiago | |
Alstroemeria stenopetala | Qoyas, Minas-Jerays | |
Alstroemeria talcaensis | Maule | |
Alstroemeria timida | Santiago | |
Alstroemeria tombolatoana | Qoyas, Minas-Jerays | |
Alstroemeria umbellata | Çili, Argentina | |
Alstroemeria variegata | Minas-Jerays | |
Alstroemeria venusta | Çili | |
Alstroemeria versicolor | Çili | |
Alstroemeria virginalis | Kokimbo | |
Alstroemeria viridiflora | Braziliya | |
Alstroemeria werdermannii | Çili | |
Alstroemeria xavantinensis | Matu-Qrosu | |
Alstroemeria yaelae | Santyaqo | |
Alstroemeria zoelneri | Çili | |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.