Alströmeriyakimilər (lat. Alstroemeriaceae) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsilənin Mərkəzi Amerikadan Cənubi Amerikaya qədər demək olar ki, sadəcə Amerika qitəsində yayılan, dörd cinsə aid 254 növü məlumdur. Fəsilədəki cinslərdən Luzuriaganın bir növünə Yeni Zelandiyada rast gəlinir və Drymophila cinsi Avstraliyanın cənub-şərqi üçün endemikdir.
Alströmeriyakimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Alströmeriyakimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Alstroemeria cinsi dekorativ bitki olaraq populyar olarkən, Bomarea cinsi isə müxtəlif rəngli zəngvari çiçəklərdən ibarət salxımlar əmələ gətirən dırmaşan bir bitki qrupudur.
Fəsiləni Alstroemeria cinsinə görə Şarlz Jozef Bartelemi Dümortye adlandırmışdır. Müvafiq cins isə öz Karl Linney tərəfindən, onun tələbəsi isveçli botanik Klas Alströmerin şərəfinə almışdır.[3]
Paylanma
Alstroemeriaceae Meksika və Antil adalarından Odlu Torpaq arxipelaqına qədər tropik və mülayim Amerikada yayılmışdır. Luzuriageae cinsinə isə Perudan Folklend adalarına və Odlu Torpağa qədər ərazilərlə birlikdə Yeni Zelandiya və Avstraliyada da rast gəlmək mümkündür.[4][5]
İstifadəsi
Qida kimi
Bomarea edulis növü Meksikadan Argentinaya qədər ərazidə rast gəlinir. Onun kök yumruları Kolumbdan əvvəlki dövrlərdən qida mənbəyi kimi istifadə edilmişdir. Bu növə aid bir bitkidə hər biri 5 sm olan 20-yə qədər kök yumrusu ola bilər.[6][7]
Dekorativ bitki kimi
Fəsilənin bəzi üzvlərinin nisbətən böyük və müxtəlif parlaq rəngli çiçəkləri var. Bu səbəbdən, bu fəsilənin bəzi növləri dekorativ bitki olaraq məşhurdur və xüsusən də çiçək ticarətində istifadə olunur.[8][9][10]
Təsnifat
2003-cü ildəki APG II sistemi fəsiləni Liliales sırasına, birləpəlilərə daxil etmişdir.
Triba | Şəkil | Cins | Növlər |
---|---|---|---|
Alstroemeriae | Alstroemeria L. 1762 | 123 növ | |
Bomarea Mirb., 1804 | 110–122 növ | ||
Luzuriageae | Drymophila R.Br. (1810) |
| |
Luzuriaga Ruiz & Pav. 1802 |
|
İstinadlar
Həmçinin bax
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.