İrəvan xanlığı
xanlıq / From Wikipedia, the free encyclopedia
İrəvan xanlığı (az-əbcəd. ایروان خانلیغی; fars. خانات ایروان, translit. Xānāt-e Iravān; erm. Երևանի խանություն, translit. Yerevani xanutyun) — Azərbaycan xanlıqlarından biri, Nadir şah Əfşarın vəfatı və Əfşarlar dövlətinin süqutundan sonra Çuxursəəd bəylərbəyliyinin əsasında yaranmış və 1747–1828-ci illərdə mövcud olmuş tarixi feodal dövlət. İrəvan xanlığının əsası XVIII əsrin ortalarında Mirmehdi xan tərəfindən qoyulub. Xanlıq Qarabağ, Naxçıvan və Maku xanlıqları ilə, Osmanlı imperiyası, Kartli-Kaxetiya çarlığı, Borçalı, Qazax sultanlıqları ilə həmsərhəd olub. Mərkəzi İrəvan şəhəri idi.[4]
Xanlıq | |||
İrəvan xanlığı | |||
---|---|---|---|
خانات ایروان | |||
|
|||
|
|||
|
|||
Paytaxt | İrəvan | ||
Dövlət dini | İslam (Şiə)[1] | ||
Valyuta | Qarapul, Tümən | ||
Ərazisi |
|
||
Əhalisi | 134.646 nəfər[3] | ||
İdarəetmə forması | Mütləq monarxiya | ||
Xan | |||
• 1747–1751 | Mirmehdi xan (ilk) | ||
• 1806–1827 | Hüseynqulu xan (son) | ||
Vikianbarda əlaqəli mediafayllar |
İrəvan xanlığı Mirmehdi xandan sonra Hüseynəli xanın dövründə möhkəmləndi. Hüseynəli xanın oğlu Məhəmməd xan Qacarın dövrü İrəvan xanlığında ən uzunmüddətli xan dövrü sayılır. Məhəmməd xan fasilələrlə İrəvan taxtında 21 il oturdu.
Məhəmməd xandan sonra hakimiyyətə Hüseynqulu xan Qacar gəldi. Onun hakimiyyəti dövründə İrəvan Rusiya imperiyasının dağıdıcı yürüşlərinə məruz qaldı. Hüseynqulu xanın hakimiyyəti dövrü İrəvan xanlığının mədəniyyətinin pik həddə çatdığı dövrdür. İrəvandakı Göy məscid və Sərdərabad mahalındakı eyniadlı qala Hüseynqulu xanın əmri ilə tikilmişdir.
1827-ci il oktyabrın 6-da İrəvan xanlığı Rusiya İmperiyası tərəfindən işğal edilir və bu işğal 1828-ci il fevralın 10-da Türkmənçay sülh müqaviləsi ilə möhkəmlənir. Bu müqavilənin 15-ci bəndinə əsasən Qacarlar və Osmanlı imperiyası ərazisində yaşayan erməni əhalisi Cənubi Qafqaza köçürülür.[4]