From Wikipedia, the free encyclopedia
Məhəmməd xan Həsənəli xan oğlu Ziyadlı-Qacar (?—?) — İrəvan xanlığının hakimi (1805–1806), Rus-İran savaşlarının iştirakçısı, Abbas mirzə Qovanlı-Qacarın şəxsi mühafizəsinin rəisi.
Məhəmməd xan Ziyadoğlu-Qacar | |
---|---|
Məhəmməd xan Həsənəli xan oğlu Ziyadoğlu-Qacar | |
İrəvan xanlığının VI xanı | |
1784 – iyun 1805 | |
Əvvəlki | Qulaməli xan |
Sonrakı | Mehdiqulu xan |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Atası | Həsənəli xan Ziyadlı-Qacar |
Uşağı | |
Ailəsi | Ziyadoğlular sülaləsi |
Dini | islam |
Məhəmməd xan Həsənəli xan oğlu İrəvan şəhərində doğulmuşdu. Ailə təlim-tərbiyəsi, saray təhsili almışdı. Onun gəncliyi haqqında mənbələr günümüzə çox az gəlib çatmışdır. Bəzi müəlliflər belə hesab edirlər ki, Məhəmməd xan İrəvan xanı Hüseynəli xanın gürcü qızından olan oğlu, Qulaməli xanın isə ögey qardaşıdır.[1]
1783-cü ildə hakimiyyətə gəlmiş Qulaməli xan, hakimiyyətə gəldiyi günlərdən təcrübəsiz və gənc olduğu üçün digər dövlətlərlə əlaqə saxlayırdı. Səkkiz aylıq hakimiyyətdə olan Qulaməli xan, 1784-cü ilin yayında sui-qəsd nəticəsində qətlə yetirildi.[2] Beləliklə, xarici düşmənlərin İranda siyasi nüfuzu, nəzarəti itirmək istəməyən bir sıra güclərin və hakimiyyət uğrunda mübarizə aparan yerli qruplaşmaların fəaliyyətinin nəticəsi olan bu sui-qəsd İrəvanda siyasi-sosial durumu daha da kəskinləşdirdi. Daxili və xarici durumda gərginlik artmaqda davam etdi.[1]
Sui-qəsddən sonra İrəvan əhalisinin əksəriyyəti Qulaməli xanın 12 yaşlı qardaşı Məhəmmədi xan seçdi.[3] Eyni zamanda bu hakim İrəvan əhalisinin seçdiyi yerli Qacarlar sülaləsinin sonuncu nümayəndəsi olmuşdu. Məhəmməd xan İrəvan taxtında ən uzun müddət oturan hakimlərdən biri olmuşdur. Məhəmməd xan azyaşlı olduğuna görə, hakimiyyətinin ilk illərində anasından, ona sadiq olan nüfuzlu əyanlardan asılı qalmış, Kartli-Kaxetiya çarlığına təzminat vermək məcburiyyətində qalmışdı.[1]
İrəvan taxtına sahib olan Məhəmməd xan ilk gündən ona müxalif olan qüvvələrin təzyiqi ilə üzləşdi. Qulaməli xanın ölümündən sonra İrəvan əhalisi iki dəstəyə bölünmüşdü. Birinci dəstə Məhəmməd xanın tərəfdarları idi. Bu dəstəni xoylu Əhməd xan dəstəkləyirdi. İkinci-müxalif qüvvənin başında isə makulu Əhməd sultan dururdu. Əhməd sultan İrəvan taxt-tacını ələ keçirmək üçün fürsət axtarırdı. Xalqın dəstəklədiyi Qulaməli xanın hakimiyyətə gəlməsi onun bu planını pozmuşdu. Lakin xanın öldürülməsi ilə Əhməd soltan yenidən taxta sahib olmaq niyyətinə düşdü. S.D.Burnaşov 1784-cü il iyulun 25-də yazdığı məktubların birində qeyd edir ki, Əhməd sultan İrəvanda ən nüfuzlu əyanlardan biridir və Arazın o tayında zəngin malikənələri var. O, planını həyata keçirmək üçün Kartli-Kaxetiya çarı ilə əlaqə saxlayırdı. II İrakli isə Mirzə Gürgenə tapşırmışdı ki, Əhməd sultana bildirsin ki, çar onun İrəvan xanlığının hakimi olmasına kömək edəcəkdir.[4]
Əslində II İrakli İrəvanda baş verən hadisələrdən istifadə edərək nüfuzunu möhkəmləndirmək qərarına gəlmişdi. İrəvanda vəziyyət gərginləşdikdə İshaq paşa Xoy hakimi ilə əlaqəyə girərək, onu burada olan hadisələrə müdaxilə etməyə çağırdı. Nəticədə, Əhməd xan nümayəndəsi Mirzə Əbdülhəsəni, İshaq paşa isə xəzinədarı Rizvan ağanı Məhəmməd xanın adına yazılmış fərman və məktubla İrəvana göndərdi. Onların səyi nəticəsində əhali arasında iğtişaş yatırılmış və dinclik yaranmışdı. II İrakli tərəfindən göndərilən Mirzə Gürgen 70–80 süvari ilə İrəvana daxil olanda gec idi. Bu səbəbdən çarın adamları Tiflisə geri qayıtmağa məcbur oldular. Mirzə Gürgen isə bir neçə nəfərlə İrəvanda qalmışdı.[5]
İrəvanda baş verən qarşıdurmada Məhəmməd xanın tərəfdarları qələbə çaldılar. Nəticədə, Osmanlı tərəfdarlarının köməyi ilə müxalif qüvvələr məğlub oldu.[5]
Məhəmməd xanın II İraklidən asılılığının güclənəcəyindən ehtiyat edən Osmanlı sarayı təcili tədbirlər görməyə başlamışdı. Sultan Əbdülhəmid Məhəmməd xana fərman göndərərək, onu digər Azərbaycan xanları ilə birləşərək, gürcü-rus qüvvələrinə qarşı mübarizəyə çağırırdı.[6]
İrəvan xanlığının Osmanlı dövləti ilə yaxınlaşması rus-gürcü siyasətinə ağır zərbə vura bilərdi. Buna görə II İrakli İrəvana iki min nəfərlik qoşun göndərdi. O.P.Markovanın yazdığına görə, İrəvan xanı tələsik axalsıxlı Süleyman paşaya bildirdi ki, o, II İrakliyə tabe olacaqdır. Bununla da tərəflər arasındakı gərginlik müvəqqəti olaraq sakitləşdi.[7]
Sultan 1784-cü ilin payızında İbrahim Əfəndinin başçılığı altında 60 nəfərdən ibarət yeni nümayəndə heyətini Cənubi Qafqaza göndərdi. İbrahim Əfəndi Cənubi Qafqaza gələrkən sultan fərmanı ilə yanaşı Azərbaycan xanları və Dağıstan hakimlərinə çoxlu pul və hədiyyələr gətirmişdi. Fərmanda sultan bütün Cənubi Qafqaz müsəlmanlarını Rusiya təcavüzü qarşısında birləşməyə və müqəddəs müharibəyə hazır olmağa çağırırdı.[7][8][9]
Tarixçi Mirzə Yusif Qarabaği yazır: "Məhəmməd xanı Tiflisə aparan zaman bir neçə gün Şuşa qalasında saxladılar. Məhəmməd xan Qacar nücabalarından olub, qısaboylu, seyrəksaqqalı, qamətcə kiçik bir adam idi. Çox iri atı vardı. At üstündə balaca bir uşaq kimi görünərdi. Abbas mirzə оnun süstlüyünü və qalanı əldən verməsini nəzərə alaraq, yüksək mənsəbdən məhrum etdi və həmin mənsəbi sərdar Əmir xanın böyük oğluna verdi. Abbas mirzənin bacısı Məhəmməd xanın arvadı idi. О, bacısını Məhəmməd xandan boşatdırıb dedi: — Qalanı düşmənə verən bir adam mənimlə arvad qohumu ola bilməz."[10]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.